Мир культуры



Yüklə 54,11 Kb.

tarix17.09.2017
ölçüsü54,11 Kb.
növüСборник


58 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXVIII buraxılış, Bakı, 2014 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХVIII выпуск, Баку, 2014 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХVIII edition, Baku, 2014 

 

UOT 351.85 

 Günəş  Cəbrayılova  

 Azərbaycan Dövlət  Mədəniyyət  

və İncəsənət Universitetinin doktorantı 

AZ – 1065, Bakı şəhəri, İnşaatçılar prospekti,  39 

E-mail: 

g.jabrayilova@yandex.ru

 

 

DÜNYA   BİRLİYİNƏ   İNTEQRASİYA   MƏDƏNİYYƏT 

 SİYASƏTİ  FONUNDA 

 

Xülasə:  Mədəniyyət  insanların  dünyanı  mənimsəməyə  yönəlmiş 

yaradıcı  fəaliyyətidir,  bu  prosesdə  maddi  və  mənəvi  dəyərlər  yaradılır  və 

istehlak  olunur.  Dünyada  mövcud  olan  resurslar  sosial,  mədəni  və  iqtisadi 

münasibətlər  sistemində  qloballaşmanın  tələblərinə  zidd  olaraq  dövlətlərin 

statusunu  qorumağa  xidmət  edir.  Müəllif  məqalədə  mədəniyyət  siyasətinin 

tarixindən,  həmçinin  Azərbaycan  mədəniyyətinin  dünyaya  inteqrasiyasından 

söhbət açır. 

Açar  sözlər:  mədəniyyət  siyasəti,  mədəni  sfera,  “beyin  mərkəzləri”, 

dünyaya inteqrasiya.  



 

 

“Mədəniyyət  siyasəti”  termini  cəmiyyətdə  mədəniyyət  məsələlərində 



rəhbər  tutulan  dəyər  və  prinsiplərin  məcmusunu  bildirir.  Mədəniyyət  siyasəti 

dövlət  –qanunverici  və  icra  hakimiyyəti  orqanları  tərəfindən  həyata  keçirilir. 

Həmçinin mədəniyyət siyasəti özəl sektorun müxtəlif institutları (korporasiyalar, 

ictimai  təşkilatlar)  tərəfindən  həyata  keçirilə  bilər.  Mədəniyyət  siyasəti 

funksiyalarında insan həyatlarının sosiomədəni tənzimlənməsi məqsədi, onların 

adət  və  ənənələri,  şəxsiyyətin  kulturoloji  təhsil  və  mədəni  komponentliliyi,  din 

sahəsində iş, kitab nəşri, KİV və s. nəzərdə tutulmur.  

 

Mədəniyyət  siyasəti  dövlət  idarəetmə  fəaliyyət  dairəsi  olaraq  aşağıdakı 



sahələri əhatə edir: 

-

 



Tarixi  və  bədii  əhəmiyyət  daşıyan  (yazılı,  memarlıq,  tətbiqi-sənət 

nümunələrinin, tarixi sənədli və maddi paritetlərin, arxeoloji abidələrin, mədəni-

tarixi  əhəmiyyət  daşıyan  qoruqların)  dünya  və  milli-mədəni  irs  nümunələrinin 

axtarış  sistemi,  qorunması,  bərpası,  yığılması  və  saxlanılması,  ölkədən 




59 

 

qanunsuz  çıxarılması,  həmçinin,  mütəxəssislərə  tədqiq  edilmək  üçün  kütlələrin 



isə maarifləndirilməsi məqsədilə ixtiyarlarına verilməsi; 

-

 



Ölkədə bədii yaradıcılıq fəaliyyətinin inkişafına dövlət və ictimai dəstək sistemi 

(bədii  əsərlərin  yaradılmasına,  nümayişinə  və  həyata  keçirilməsinə  şəraitin 

yaradılması,  onların  dövlət  və  şəxsi  kolleksiyalı  muzeylər  tərəfindən  alınması, 

müsabiqə, festival və ixtisaslaşdırılmış sərgilərin keçirilməsi, professional bədii 

təhsilin  təşkili,  uşaqların  estetik  tərbiyə  proqramlarında  iştirak,  incəsənət 

haqqında  elmi  biliklərin,  professional  bədii  tənqid  və  publisistikanın  inkişafına 

dəstək, ixtisaslaşdırılmış, fundamental və bədii profilli dövrü ədəbiyyatın nəşri, 

bədii-kollektiv  və  birliklərə  maddi  yardım  göstərilməsi,  incəsənət  xadimlərinin 

sosial  təminatı,  bədii  fəaliyyət  fondlarının  və  maddi-texniki  bazasının 

modernləşdirilməsi və s.) 

-

 

Təşkilatlanmış  asudə  vaxtın  müxtəlif  forma  sistemi  (klub,  dərnək  və  mədəni-



maarif işi, kütləvi-idman və bayram tədbirlərinin, tarixi obyekt və rayonlar üzrə 

turizm,  bədii  və  sənət  yaradıcılığı  sahəsində  “xalq  özfəaliyyəti”,  şəxsiyyətin 

intellektual  və  mədəni  özünüinkişafının  stimullaşdırılması).  Göstərilən 

funksional  altsistemin  aktiv  inkişaf  edən  istiqaməti  şəxsiyyətin  sosiallaşması 

institusializasiyası kimi çıxış edən sosial pedaqogikadır; 

-

 



Beynəlxalq  və  millətlərarası  mədəni  əməkdaşlıq,  həmçinin,  fəaliyyətin  digər 

istiqamətləri. 

“Mədəniyyət  siyasəti”  mədəniyyət  sahəsində  dövlət  tədbirləri  üçün 

ümumi çərçivələr kimi müəyyən olunur ki, həmin tədbirlər milli hökümətlər və 

yerli  hakimiyyət  orqanları  və  yaxud  onların  agentlikləri   tərəfindən  qəbul  edilə 

bilər. Mədəniyyət siyasəti dəqiq müəyyən olunmuş məqsədlər tələb edir. 

 

XX  əsrin  60-cı  illərində  Qərbi  Avropada  “mədəniyyət  siyasəti”nə 



xüsusi  maraq  oyandı.1968-ci  ildə  gənclər  hərəkatının  geniş  vüsət  alması,  “yeni 

solçular”ın  və  xippinin  təşəkkülü,  narkotik  vasitələrdən  kütləvi  istifadə  halları 

Avropa  dünyasını  sarsıtdı.Bununla  yanaşı,  böyüyən  gənc  nəslin  sosiomədəni 

problemləri  həyəcana  səbəb  oldu.Bu  illərdə  YUNESKO  mədəniyyət  siyasəti 

sahəsində 

aparılan 

elmi-tədqiqat 

işlərinin 

maliyyələşdirilməsinə 

başlamışdı.YUNESKO müvafiq təlimatlar nəşr etdirmiş, göstərilən  mövzu üzrə 

beynəlxalq konfranslar təşkil etmiş, bu sahədə təcrübə mübadiləsi aparmışdı. 

Mədəniyyət siyasətinə dair aparılan tədqiqatlara maraq XX əsrin 80-90-

cı  illərinə  təsadüf  edir.Avropa  Şurasının  təşəbbüsü  ilə  Şuraya  üzv  ölkələr 

apardıqları 

mədəniyyət 

siyasətlərinə 

dair 

məruzələr 



hazırlamağa 

başladılar.Məruzələr  hazırlanarkən  Avropa  Şurasının  ekspertləri  tərəfindən  bu 

işə  nəzarət  edilirdi.  1886-cı  ildə  Avropa  Şurası  Avropa  ölkələrində  geniş 

yayılmış  “Mədəniyyət  siyasətinin  qısa  proqramı”nın  reallaşdırılmasına  başladı. 

1985-1995-ci  illər  ərzində  Fransa  (1987),  İsveç  (1989),  Avstriya  (1993), 

Niderland  və  Finlandiya  (1994),  həmçinin  İtaliyanın  (1995)  mədəniyyət 

siyasətlərinə  dair  məruzə  hazırlandı.  1994-cü  ildə  həmin  proqram  çərçivəsində 

Şərqi  Avropa  ölkələrinin  mədəniyyət  siyasətinə  həsr  olunmuş  xüsusi  bölmə 

nəzərdə  tutuldu.Proqramın  nəzərdə  tutduğu  mədəniyyət  nazirliklərinin  milli 

hesabatlarının  əsasında  Avropa  Şurasının  ekspertləri  tərəfindən  təhlil  edilərək 

tövsiyyələr hazırlanırdı. 



60 

 

 



1997-ci  ildə  Avropa  Şurasının  mədəniyyət  siyasəti  şöbəsinin 

fəaliyyətini  təkmilləşdirən  və  əlaqələndirən,  “Mədəniyyət  siyasətlərinin  tədqiqi 

və  inkişafı  ittifaqı”  yaradıldı.  Bu  qurumun  əsas  məqsədi  mədəniyyət  siyasəti 

üzrə  materiallarının  yığılması,  sistemləşdirilməsi,  istehsalın  çoxaldılaraq 

müxtəlif  ölkələrin  dövlət  və  qeyri-hökümət  strukturları  arasında  yayılmasından 

ibarətdir.İttifaq  mədəniyyət  siyasəti  üzrə  çalışan  mütəxəssislər  üçün  təmas 

şəbəkəsi roluoynuyurdu. 

 

1998-ci ildə Avropada mədəniyyətin inkişafı və mədəniyyət siyasətinin 



reallaşdırılmasını,  bu  sahədə  fikir  və  təcrübə  mübadiləsini  tənzimləyən,  40-dan 

çox  mədəniyyət  şəbəkəsi  və  təşkilatını  birləşdirən  forum  fəaliyyətə  başladı. 

Forum  ölkələrarası  qarşılıqlı  anlaşmanın,  mədəni  mübadilənin,  dostluq  və 

sülhün  qurulmasının,  dünya  ölkələrində  demokratik  mədəniyyətin  inkişaf 

etdirilməsində  mühüm  vasitə  idi.  Avropa  Şurası  1997-ci  ildə  Strasburq 

Sammitində dünyada informasiya texnologiyalarının rolunu müzakirə obyektinə 

çevirmişdir.  Avropa  Komitəsi  “Yeni  informasiya  texnologiyaları  üzrə  Avropa 

siyasəti”  bəyannaməsini  qəbul  etmişdir.  Layihənin  məqsədi  Avropa  Şurası  və 

digər  ölkələri  informasiya  cəmiyyətində  səmərəli  mədəniyyət  siyasətinin 

işlənməsi  üçün  zəruri  məlumatla  təmin  etmək  idi.  1998-ci  ildə  Stokholmda 

mədəniyyət  siyasəti  üzrə  silsilə  hökümətlərarası  seminarlar  keçirilmişdir. 

Seminarlarda  hər  bir  ölkənin  inkişaf  xüsusiyyətləri  nəzərə  alınaraq  mədəniyyət 

və  mədəniyyət  siyasətinin  vətəndaş  cəmiyyətinə  uyğun  təkamül  prinsipləri, 

reallıqlar müzakirə edilmiş, perspektivlər müəyyən edilmişdir. 

 

Beləliklə,  90-cı  illərin  əvvəllərindən  başlayaraq  “mədəniyyət  siyasəti” 



termini Avropa ölkələrində ənənəvi hal almağa başladı. Bu ölkələrin hər birində 

özünəməxsus  mədəniyyət  siyasəti  həyata  keçirilirdi.  “Mədəniyyət  siyasəti” 

termini fransız dilində - “politiques culturelles”, isveç dilində - “a kulturpolitik”, 

ingilis dilində - “a cultural policu” kimi səslənir. Müxtəlif ölkələrdə mədəniyyət 

siyasətinin obyekti müxtəlif cür təsəvvür edilir. Lakin “mədəniyyət” termininin 

izahını təşkiledən vahid “consensus omnium”unu “mədəniyyət” özü təşkil edir. 

“Mədəniyyət”  sözü  vahid  məna  kəsb  etmir,  “mədəniyyət”  anlayışının  tərifi 

müasir  elmdə  hələ  də  həll  edilməmiş  sahələrdəndir.  1991-1992-ci  illərdə 

Avropa mətbuatında mədəniyyət siyasətinə dair mübahisələr baş verirdi. 

 

Mədəniyyət  siyasətinin  mədəniyyətin  inkişafında  mühüm  rolu  vardır. 



Mədəniyyət  siyasi  amillərdən,  dövlətin  mədəni  inkişafını  tənzimləyən  siyasi 

sistemindən asılıdır.Sivil,  mədəni dövlətin  mədəniyyət siyasəti cəmiyyətin  elmi 

surətdə təşkil və idarə edilməsi əsasında ölkənin harmonik inkişafına yönəldilən, 

tənzimlənmə  əsasında  insan  və  cəmiyyətin  qeyri-bərabər  mədəni  inkişafının 

aradan  qaldırılmasına,  mədəniyyəti  kütlələrin  qəbul  etməzliyinin  və  mədəni 

diletantlıq səviyyəsinin aşağı salınmasına kömək göstərməlidir. 

Dünya hər kəsi olduğu kimi qəbul edərək, həmçinin qarşılıqlı hörmət və 

məsuliyyət  məsələlərində  ortaq  nöqtədə  birləşərək,  birgə  yaşamağın 

əhəmiyyətinə  daha  çox  ehtiyac  duyur.  Qərb  ölkələrinin  inkişafında  bu  sahədə 

“think  tank”  quruluşlarının,  yeni  ideyalar  ortaya  qoyan  “beyin  mərkəzləri”nin 

rolu  böyükdür.  Dünyada  mövcud  olan  5  mindən  çox  “beyin  mərkəzi”ndən 

çoxunun  Avropa  və  ABŞ-da  yerləşməsinin  səbəbi  elə  budur.  Asiya  və  Şərq 

ölkələri də “beyin  mərkəzləri”nin sayını artırırlar. XX əsrin əvvəllərində  qeyri-



61 

 

Qərb  ölkələrinin  bir  müddət  sonra  daim  təkmilləşən  və  xaricdən  idxal  olunan 



texnologiyalardan  asılı  vəziyyətə  düşmələri  əsas  rol  oynadı.Təkcə  iqtisadi 

sahədə  deyil,  siyasi,  ictimai  və  mədəni  sahələrdə  də  istehsal  etdikləri 

texnologiyaları  öz  mənfəətləri  üçün  istifadə  etməyə  başlayan  ABŞ  və  Avropa 

hegemonluğundan xilas olmaq üçün çalışan Yaponiya, sonralar Çin kimi ölkələr 

uzun zaman ərzində alternativ kimi göründülər. 

XX  əsrin  sonlarında  iqtisadiyyat  və  texnologiya  sahələrində  inkişaf 

edən  Asiya  və  Şərq  ölkələri  “beyin  mərkəzlə”nə  daha  çox  ehtiyac 

duydular.“Beyin mərkəzləri” ölkə xaricində, qonşu ölkələrlə əlaqədar baş verən 

siyasi,  iqtisadi,  mədəni,  təhsil  və  digər  sahələrdə  ortaya  çıxan  ehtimal  və  real 

imkanları  nəzərdə  tutmaqla  ələ  alırlar.Bir  ölkənin  bütün  vəziyyətlərə  hazır 

olmağa  çalışması  onun  davakar  bir  mövqeyə  sahib  olması  anlamına 

gəlmir.Təkcə ölkələr deyil, fərd və ya biznes qurumları arasında meydana gələn 

münaqişələr istehsal qabiliyyətini korlayır. Sülh şəraitində olmağa çalışmaq, hər 

an döyüşkən gücə sahib olmağa mane olmamalıdır. 

Türkiyədə  sayı  40-a  çatan  “beyin  mərkəzləri”  1990-cı  illərdən  sonra 

fəaliyyətə  başladılar.Xarici  Siyasət  İnstitutu,  İqtisadi  və  Sosial  Araşdırmalar 

Mərkəzi  kimi  təşkilatlar  1990-cı  ildən  əvvəl  qurulsa  da,  onların  fəaliyyət 

sahələri məhdud səviyyədə idi. Bu gün isə Türkiyədə dünya və regional strateji 

inkişaf  məsələləri  barədə  yeni  ideyalar  ortaya  qoyan,  ictimai,  siyasi,  ticarət, 

hüquq və mədəni sahələrdə işlər görən “beyin mərkəzləri”nin sayı artmaqdadır. 

Mədəniyyət  siyasəti  şəxsin  vəxalqın  marağını  əks  etdirməli,  insanın 

azad  inkişaf  hüququnu,  cəmiyyətin  müxtəlif  sosial  qruplarının  maraqlarının 

düzgün  balanslaşdırılmasını  təmin  etməlidir.  Mədəniyyət  siyasətinin  əsas 

subyekti  mədəni  həyatın  müxtəlif  seqmentlərinə  təsir  etmək  sahəsində  iri 

həcmdə  resurslara  və  müxtəlif  təşkilat  strukturlarına  malik  olan  dövlətdir. 

Cəmiyyətin  mədəni  dəyərləri,  əsasən  üç  sferada  formalaşır-din,  elm  və 

incəsənətdə.  Bu  üç  sferanın  yayılma  kanalları  olan  təhsil  və  KİV  vasitəsilə 

dünyanı  insan    şüurunda  formalaşdıran  kompleks  yaradır.  Həmin  kompleks 

mədəniyyət  siyasətinin  təsir  obyekti  və  onun  həyata  keçirilməsi  vasitəsidir. 

Mədəniyyət  siyasətinin  iki  aspekti-daxili  və  xarici  mövcuddur.  Xarici 

mədəniyyət  siyasəti  milli  mədəniyyətin  özünəməxsusluğunu  digər  daha 

“qüvvətli”  mədəniyyətlərdən  qorunmasını  və  milli-mədəni  dəyərləri  xalqlara 

tanıtmaq  məqsədilə  xaricdə  təbliğini  birləşdirir.  Xarici  mədəniyyət  siyasəti 

xalqlararası qarşılıqlı anlaşmadır. 

Bu  gün  konkret  cəmiyyətin  tarixi  mərhələdə  sosiomədəni  inkişafını 

təmin  edən  mədəniyyət  siyasətinin  fundamental  əsaslarının  işlənilməsinə 

ehtiyac duyulur. 

Ə

dəbiyyat: 

 

1.

 



Azərbaycanda mədəniyyət siyasəti. Bakı: 2004 

2.

 



Azərbaycanda yeni mədəniyyət siyasətinə yardım. Bakı: 2001 

3.

 



Aslanova R. Qloballaшma vя mяdяni mцxtяliflik. Bakı: 2004 

4.

 



Асланова Р. Глобаллашма вя мядяниййят. Bakı: 2002 

5.

 



Гасымов М. Азярбайъан хариъи сийасяти консепсийасы мясяляляри B., 

1997 



62 

 

Гюнешь Джабраилова



 

Интеграция в мирово

e сообщество  

на фоне культурной политики

 

Резюме

 

Культура  -  эта  творческая  деятельность  людей.  В  этом  процессе 

создаются  материальные  и  духовные  ценности.  Существующие  ресурсы 

мира  служат  поддерживанию  социальных,  культурных  и  экономических 

связей.  Автор  статьи  дает  полную  информацию  об  истории  культурной 

политики,  а  также  интеграции  Азербайджанской  культуры  в  мировую 

сферу. 

Kлючевыe  словa:  культурная  политика,  культура,  интеграция, 

ресурсы. 



Gunash Jabrayilova 

Integration into the world community against 

 the backgraund of cultural policy 

Summary 

 

Culture  is  the  creative  activity  of  people  aimed  to  be  acquainted  with 



the world. Material and moral values are created and consumed in this process. 

Resources  existed  in  the  world  serve  to  maintain  the  status  of  keeping  peace 

contrary  social  and  economic  relations,  of  the  countries  in  the  system  of 

globalization. The author gives full information about the history of the cultural 

policy, as well as the integration of the Azerbaijan culture into the world.    

Keywords:  cultural  policy,  cultural  sphere,  “think  tanks”  (“brain 

centres”), integration into the world 

 

 

Məqalənin redaksiyaya daxil olma tarixi:  14. 11.2014 



Məqalənin təkrar işlənməyə göndərilmə tarixi:  21.11.2014 

Məqalənin çapa qəbul olunma tarixi:  18.12.2014 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:    kulturologiya 

üzrə fəlsəfə doktoru Nigar  Sultanlı 



ADMİU-nun Elmi Şurasının 29  dekabr  2014-ci il, 03 saylı qərarı ilə çap olunur. 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə