İş №2-1(105)-146/2017 azərbaycan respublikasi adindan q ə r a r 03 mart 2017-ci IL Sumqayıt şəhəri Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası



Yüklə 52,38 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü52,38 Kb.
#8134


1

İş № 2-1(105)-146/2017

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə R A R

03 mart 2017-ci il

Sumqayıt şəhəri

Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyası

Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı,

hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət

tərkibdə, Əhmədov Vüqar Əhməd oğlunun katibliyi,

Cavabdehin nümayəndəsi Rzayev Elşən Əkrəm oğlunun iştirakı ilə,

İddiaçı Əliyev Savalan Mahmud oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək

və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun

Sumqayıt şəhər şöbəsinə qarşı 50 yaşdan, yəni 13 oktyabr 2008-ci il tarixdən güzəştli

şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası

məbləğinin həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan

Respublikası Qanununun 27-ci maddəsinin tələbinə uyğun orta aylıq əmək haqqı ilə

hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ödənilməsi

öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati-İqtisadi

Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli 2-1(85)-827/2017 saylı qərarından cavabdeh

tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında

şifahi məhkəmə iclasında baxaraq,



müəyyən etdi:

İddiaçı Əliyev Savalan Mahmud oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt

şəhər şöbəsinə qarşı 50 yaşdan, yəni 13 oktyabr 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək

pensiyasının təyin edilməsi, güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası məbləğinin

həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası

Qanununun 27-ci maddəsinin tələbinə uyğun orta aylıq əmək haqqı ilə hesablanması və

yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin

üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim Z.Məmmədov) 30 yanvar 2017-ci

il tarixli qərarı ilə iddia təmin edilmişdir.

Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya

məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, 01 yanvar 2006-cı il tarixdən

qüvvədə olan Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci

maddəsinə görə bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya

hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilən

işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa

və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq

surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya

təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində yeraltı və ağır

olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin

və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1



2

nömrəli siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin

azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə pensiya təminatı hüququ

qazanırlar. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların

həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il

tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.01-ci

maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış

olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında

nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il

olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığorta olunanların fərdi hesablarının

sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə alınır.

Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Səmədov Elxan Vaqif oğlu

apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini,

birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş

etdi.

İşə apelyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasının vaxtı və yeri



barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə

iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Bu

səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı

olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini

araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi

qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci

instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə

əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və

hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam

həcmdə baxır.

İş materiallarında olan AZE seriyalı 08393963 saylı şəxsiyyət vəsiqəsindən görünür

ki, Əliyev Savalan Mahmud oğlu 13 oktyabr 1958-ci il tarixdə anadan olmuşdur.

İş materiallarında olan NZ, 3363261 saylı hərbi biletin təsdiqlənmiş sürətindən

görünür ki, Əliyev Savalan Mahmud oğlu 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur.

İş materiallarında olan Əliyev Savalan Mahmud oğluna məxsus əmək kitabçasının

təsdiqlənmiş surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 1974-cü ildə başlamış, 1979-

1982-ci illər üzrə təhsil almış, müəyyən fasilələrlə müxtəlif idarələrdə müxtəlif vəzifələrdə

08 iyul 2014-cü ilədək işləmişdir.

İş materiallarında olan “Azərikimya” İB “Etilen-Polietilen” zavodu tərəfindən

verilmiş 15 sentyabr 2015-ci il tarixli, 515 saylı arayışdan görünür ki, Əliyev Savalan

Mahmud oğlu 07 iyul 1982-ci ildən 31 dekabr 2005-ci ilə kimi tam iş günü “Azərikimya”

İB “Etilen-Polietilen” zavodunun izopropil spirti sexində aparatçı, növbə rəisi, şöbə rəisi

vəzifələrində; 516 saylı arayışdan görünür ki, 01 yanvar 2006-cı ildən 08 iyul 2014-cü ilə

kimi tam iş günü “Azərikimya” İB “Etilen-Polietilen” zavodunun izopropil spirti sexində

texnoloq vəzifəsində işləmişdir; onun 31 dekabr 2005-ci ilə kimi işlədiyi göstərilən peşələr

(vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320

N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa,

qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,

vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”na; 01 yanvar 2006-cı ildən sonrakı vəzifə



3

(peşə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12

saylı Qərarı ilə təsdiq olunan siyahıya əsasən güzəştli şərtlərlə pensiya çıxmaq hüququ

verən vəzifələrdir (peşələrdir).

İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin

12 yanvar 2017-ci il tarixli, 62/298 saylı məktubdan görünur ki, cavabdeh tərəfindən

iddiaçının 10 sentyabr 2015-ci il tarixli müraciətinin təmin olunmasından imtina

edilmişdir.

İşdən görünür ki, Əliyev Savalan Mahmud oğlu iddia ərizəsi ilə məhkəməyə

müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 13 oktyabr 2008-ci il

tarixdən təyin edilməsi, həmin tarixdə qüvvədə olmuş müvafiq normativ hüquqi aktların

normalarına uyğun olaraq əmək haqqı ilə hesablanması öhdəliyinin cavabdehin üzərinə

qoyulmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və bu zaman ona istinad

olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il

tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında göstərilən vəzifələrdə

çalışması ilə əlaqədar 10 noyabr 1997-ci il tarixədək 20 ildən artıq əmək stajına, o

cümlədən 10 ildən çox zərərli əmək sahəsində iş stajına malik olmuşdur. Yəni

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü

maddəsinə dəyişikliklər edilməsi barədə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli

Qanun qüvvəyə minənə qədər iddiaçının əmək stajı 20 ildən çox və bu müddətin 10 ildən

çox hissəsi güzəştli olduğundan, onun güzəştli şərtlərlə əmək pensiyası hüququ 50 yaşdan,

yəni 13 oktyabr 2008-ci il tarixdən yaranmış olur.

Bundan başqa, məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında”

Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində güzəştli şərtlərlə yaşa görə

əmək pensiyası, onun üçün tələb olunan yaş həddinin nə vaxt tamamlanmasından asılı

olmayaraq, yaşa və staja görə, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə tam əmək

stajının toplandığı anda qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə

müvafiq surətdə təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı da tələb olunan tam əmək

stajını “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun

13-cü maddəsinə edilmiş dəyişikliklər barədə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli

Qanunun qüvvəyə mindiyi tarixədək topladığından məhkəmə hesab etmişdir ki, iddiaçıya

güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Vətəndaşların pensiya təminatı haqqında”

Azərbaycan Respublikası Qanununun 10 noyabr 1997-ci il tarixədək qüvvədə olmuş

hüquq normalarına əsasən təyin edilməlidir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi

nəticəyə gəlmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin III hissəsinin tələbinə

görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə

başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə

tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII-ci bəndinə

əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini

aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci



4

maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən

hallarda əmək pensiyası hüququna malikdirlər.

Həmin Qanunun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun

qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli

şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə

əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin

edilir.


Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə”

müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul

edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən

normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə

tutulmuşdur.

01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı

haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “a”

yarımbəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə

çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və

göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli,

320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə kişilər-50 yaşına çatdıqda və

azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş

yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna

malikdirlər.

Həmin Qanunun 17-ci maddəsinin 1-ci abzasına əsasən yaşa görə pensiya, pensiya

üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü

maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, lakin minimum

pensiyadan az olmayan məbləğdə təyin edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2, 21.2.3 və

21.2.11-ci maddələrinə əsasən də müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il

yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil

olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə

dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında

xidmət müddəti; hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin

ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığorta stajına daxil edilir.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun

13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə

əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 16 sentyabr 1997-ci ildən başlayaraq

16 sentyabr 2000-ci ilədək hər il 6 ay artırılır.

Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun

1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında göstərilən

vəzifələrdə çalışması ilə əlaqədar 01 avqust 1997-ci il tarixədək 10 ildən çox zərərli əmək

sahəsində iş stajına malik olmuşdur.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci

maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası

hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək

pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası,



5

buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu

qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir.

Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək

pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.

Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə

zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət

tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə

işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək

pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin

vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab

olunur.


“Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa

Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya

proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar,

pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı

olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə

inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi

ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın

hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

Həmin Məcəllənin12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının

izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər

materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən

bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə

dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki

şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati

orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki

şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək

vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə

iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı

məhkəmədən tələb edə bilər.

Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina

olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul

edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu

hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik

qoyur.

Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh



apelyasiya şikayətində göstərdiyi dəlilləri sübut edə bilmədiyindən apelyasiya şikayəti

təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual

Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası



qərara aldı:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında

Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin apelyasiya şikayəti təmin



6

edilməsin.

Sumqayıt

İnzibati-İqtisadi

Məhkəməsinin

30

yanvar



2017-ci

il

tarixli



2-1(85)-827/2017 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

Qərar təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya

Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-

iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.



Əsli ilə düzdür,

Sədrlik edən

Səadət Bəktaşi

Yüklə 52,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə