Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 0,82 Mb.

səhifə1/82
tarix08.09.2018
ölçüsü0,82 Mb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   82



                     Namiq  Atabəyli 
Azad şeir və onun poetikası 
 
    Əsərin ilk variantı 35 il bundan əvvəl Azərbaycan tələbələrinin  VIII 
elmi  Konfransı  (1980/81-ci  illər)  üçün  yazılmış,  Respublika  ali  və  orta 
təhsil  Nazirliyi,  Gənclər  təşkilatı,  TETE  Respublika  Şurası  tərəfindən 
Qızıl Medala layiq görülmüşdür. Bundan əlavə onun ayrı-ayrı hissələri 
müxtəlif  müsabiqələrdə  I-III  dərəcəli  Diplomlarla  mükafatlandırılmış, 
tədqiqat  İmtahan  komissiyası  tərəfindən  “əla”  qiymətləndirilmiş, 
Universitet 
Elmi 
Şurasının 
qərarı 
ilə 
tələbə-tədqiqatçının 
aspiranturada  saxlanması  nəzərdə  tutulmuşdur.  Müəllifin  və  əsərin 
bundan  sonrakı  taleyi    uğursuzluqla  nəticələnmişdir.  Elmi  tədqiqat 
yenidən işlənərək kitab halında ilk dəfə nəşr edilir.-Red. 
Azərbaycan  Atabəylər  Dövlətinin  (1139-1225)  Bayraq  rəmzi  və  Gerbi  olmuş  
ikibaşlı  qartal    rəsmi    bu  Poetika  əsərinin  ümumi  Avrasiyaçılıq  məğzini 
simvolizə  edir.- Müəllif.
 
                        “ Step” ltd. kino şirkəti  
                                   Bakı - 2017
 
 


 
Redaktorlar:  
Aynur Atabəyli (Fərəcova). 
Firəngiz Əliağa Vahid qızı (İsgəndərova) 
Məsləhətçilər: Dilavər Arif. Rəşid Fərəcov 
 Rəyçilər: Osman Musayev. Əmir Pəhləvan 
 Dizayner və bədii tərtibatçı: Gülnar Atabəyli 
Kitabda istifadə olunan şəkillər açıq mənbə saytı Vikipedia-dan 
götürülmüşdür.  
Yığılmağa  verilmiş:  03.I.2017.  Çapa  imzalanmış:  28.V.2017.  Qiyməti  müqavilə 
əsasında aparılır. Bütün hüquqlar qorunur. 
Formatı: 84x108 .  1/32. Ümumi tiraj: 1020. 
 
Birinci buraxılış. 
 
5806000000-108 
 A   N098-2017 
 Müəllifin elektron poçt adresləri:  
 namiq.atabeyli @ yahoo.сom  
 Namiq.Atabeyli@gmail.com 
 Namiq  Atabəyli  (Şirvani).  Azad  şeir  və  onun    poetikası.             
348 səh.  ”Step” ltd.  kino şirkəti. Bakı-2017.  
 
 © Namiq Atabəyli (Fərəcov Namiq Rəşid oğlu) 
 
 
 


 

                             Azadlıq kitabı 
                                   (Ön söz əvəzi) 
 
Только змеи сбрасывают кожу, 
Чтоб душа старела и росла. 
Мы, увы, со змеями не схожи, 
Мы меняем души, не тела. 
                                 (Николай Гумулев. 1886-1921) 
 
    Bədii  yaradıcılıq  hər  şeydən  öncə  bəşəriyyətin  fikri 
azadlıq  məhsuludur.  Od  uğrunda  tanrılarla  savaşa  
qalxdığı üçün qoca Qaf dağlarında qayaya çarmıxlanmış 
qədim yunan qəhrəmanı Prometeyin  dastanlaşmış ömrü 
insanlığın  ilk  azadlıq  duyğu  və  düşüncələrinin  bədii 
ifadəsidir. Bu əfsanə, demək olar, ilk azadlıq dastanıdır.   
     Qafqaz, bu mənada, ümumbəşəri azadlıq missiyasının 
oynanıldığı  ilk  cahan  səhnəsidir.  Bu  qədim  və  əfsanəvi 
dağların    köksündə  üç  min  illik  əski  tarixə  malik  olan 
qutsal    Şirvanşahlar  yurdu  yerləşmişdir.  Onun  yetirdiyi 
minlərcə  şairin  bitməz-tükənməz  poetik  ilhamının    əsl 
qaynağı  da  bu  alınmaz  dağların  elə  özüdür.    Fələki, 
İzzətdin,  Xaqani,  Nəsimi,  Həbibi,  Füzuli  (əcdadları  ilə), 
Zülfüqar,  Nişat,  Bahar,  Ağaməsih,  Seyid  Əzim,  Hadi, 
A.Səhhət, Sabir, Rəsul Rza, Əli Kərim... Kim bilir, bəlkə də, 
bu  əzəmətli  şairlər  estafetinin  daşıdığı  Azadlıq  məşəli 


 

hələ neçə-neçə min illər bundan sonra da nəsildən-nəslə, 
əldən-ələ, könüldən-könülə təhvil veriləcəkdir. 
    Mən qəti əminəm ki, Qaf diyarının ilk əzəmətli hadisəsi 
də məhz bütün Azəri millətimizin əbədi  fəxri sayılan tarixi  
Şirvanşahlar 
dövlətçiliyidir. 
Xan 
Arazdan 
Dəmir 
Dərbəndəcən ərazidə əzəməti bir coğrafiyanı əhatələyən  
Şir dövlət rəmzli  Ümumdünya intibahının ilk beşiyi olmuş 
qoca  Şirvan  həm  də  tüm  bəşəriyyətin  qürur  yeridir!..  
Şirvanşah  Mənuçöhrün  Araz  kənarında  XII  əsrdə  Şirvan 
peçeneq-kəngər tayfaları üçün saldırdığı 60 min nəfərlik 
Qarabağlar şəhəri və onun indiyəcən əzəmətini qoruyub 
saxlamış Qoşa Minarəsi tarixi ŞİRVANLILIQ qürurumuzun 
Xaqani,  Füzuli,  Nəsimi...  zirvələrini  dünyaya  tanıdan  bir 
səhifəsidir. 
    Bizə çörək və suyunu heç vaxt əsirgəməmiş bu  doğma 
və  əziz  diyarın  üç  minillik  massaget-turani-dərbəndi 
şahlıq tarixi haqqında düşüncələrimlə baş-başa qaldığım 
bütün  tənha  anlarımda,  Avrasiyanın    şanlı  Atabəylər 
nəslindən  olduğumu  da  heç  vaxt  unutmadım.  Lakin 
özümü həmçinin bu “Dərbənd soylu şirvanşahlarla” (-XIII 
əsr  tarixçisi  Fəzlüllah  Rəşidəddin.)  mənəvi  və  genetik 
bağlılıqda  hiss  etdim.  Çünki  bu  qutsal  diyarda 
doğulmuşam, böyümüşəm... Bu, mənim fəxrimdir! 
    Poeziya  günəşi  hələ  dünyanın  heç  bir  səmasında 
Şirvanımızda  olduğu  qədər  parlaq  işıq  saçmamışdır. 
Üümumdünya  intibahının  əsası  burada  qoyulmuş,  ilk 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   82


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə