Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə4/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   82

 
13 
bütövlüyünə  və  tərəqqisinə  inanmışam.  Bu  məkanı 
ümumi  bəşər  sivilizasiyasının  lekomativi  kimi  görmək 
istəmişəm. Azad şeirə olan mənəvi bağlılığım da məhz bu 
bədii təfəkkür sisteminin ilk öncə ümumavrasiya mədəni 
irsi olması ilə əlaqədardır. 
    Fəxr  edirəm  ki,    həyatımın  bütün  mərhələlərində 
özümü xalqımın totalitar rejimə qarşı həqiqi milli azadlıq 
mübarizəsinə    həsr  etmişəm.  90-cı  ilin  qanlı  20 
Yanvarında  Azərbaycanımın  milli  istiqlal  Bayrağına  istila 
və  hərbi  vəziyyət  rejimi  şəraitində  ilk    kərə“Bir  kərə 
yüksələn  Bayraq!”  şeirimi  yazdım.  Onun  mətninə  əsrin 
sonlarında bəstələnmiş simfonik marş (bəstəkar: Ədviyyə 
Rəhmətovadır)  Azərbaycan  Dövlət  Simfonik  Orkestrinin 
ifasında (solo-ifaçı Sahil Kərimovdur) müsabiqə əsasında 
Qızıl  Fonda  qəbul  edildi.  Bu  əsərim  artıq  10  illərdir  ki,   
virtual müstəvidə bütün (sosial, siyasi, coğrafi) sərhədləri 
aşaraq, Azəri türklüyümüzün  Azadlıq və Birlik harayı tək 
dünyanı dolaşır. Yalnız bu fədakarlığım, zənnimcə, məni  
60 milyonluq Azəri türkümün gözündə böyük Vətənimizin  
bir parçası etməyə kifayətdir... 
                       Qılınc vuran qolumuzsan, 
Sən azadlıq yolumuzsan. 
Simurq kimi doğulmusan, 
Bir kərə yüksələn Bayraq! 
                  (Bax:“İlham” qəzeti, 2 fevral 1991-ci il. № 13;  
                  Azadlığın qədri. İşıq nəşriyyatı, Bakı-1996. Səh: 3.) 


 
14 
Bu inqilabi çağırış artıq çoxdandır ki, mənimki olmaqdan 
daha  ziyadə  bütün  azadlıqsevər  könüllərin  ümumi 
nəğməsinə çevrilmişdir. Bəlkə də, indi o, məndən ziyadə 
başqalarınkı olmuşdur. 
  
 “Radio  Station  of  Namiq  Atabeyli”internet  resursları 
günün  24  saatı  ərzində  ən  gözəl  vətən  və  bayraq 
mahnılarımızı  səsləndirir.  Şeirlər  ifa  edir.  Minlərcə 
azadxah  insanlar  “Bir  kərə  yüksələn  Bayraq”    simfonik 
marşını da  bu  nəğmələrin içərisində dinləməkdən zövq 
alırlar.  Deməli,  ömrümün  60-cı  baharına    doğru  nahaq 
yerə addımlamamışam:  
 
 
 
       
  
 


 
15 
 
    Heç  şübhəsiz  ki,  Qırmızı  ideoloqların  dar  nəzərində 
verlibr  sənətinin“burjua  təmayüllü”  modernist  cərayan 
kimi  başa  düşülməsi  səbəbindən  mənim  rəsmi  gənclik 
həyatıma  qanuni“alimlik  səhifəsi”yazılmadı.    Lakin  bu 
məni  heç  vaxt  təəccübləndirmədi.  Çünki  “Azadləq 
verilməz,  alınar”  deyiblər.  Və  mən  hər  bir  haqqıma 
həyatımda  yalnız  öz  azadlığım  kimi  yiyələnmək 
istəmişəm. 
  İnsanın Fikir azadlığının hüdudları mənim nəzərlərimdə  
həmişə  Avrasiyanın  geniş  skif  stepləri  kimi  qeyri-
müəyyən  olmuşdur.  Mən  bunu  poeziyaya  da  şamil 
edirəm. Hesab edirəm ki, “Azad şeirin poetikası” tədqiqat 
əsərim  uzun 
illərdən 
bəri 
sürüb 
gələn 
aşırı 
antişirvanizmin  qurbanı  olmuşdur.  Lakin  bütün  ömrüm 
boyu xüsusi qürur hissi keçirmişəm ki, mən şirvanlıyam!..  
Şirvanlılıq  mənim  həm  poetik,  həm  də  genioloji 
şəcərəmdir.  O,  sinəmdə  qəlbimin  daşıdığı  azadlıq 
ruhunun  özüdür.  Uzun  illər  ərzində  məni  Azad  şeirə 
bağlayan  yeganə  hiss  və  inad  da  məhz  bu  olmuşdur. 
“Azad şeir və onun poetikası” kitabım eyni zamanda bu 
tükənməz duyğu və tarixi anlayışlarımın məhsuludur. 
   
 Açıq deyə bilərəm ki, bu gün mənim  dünyagörüşümdə 
Qırmızı dövrlə müqayisədə çox az şey dəyişilib. Bu azmaz 
nəzərə  çarpan  dəyişiklik  İmperiyanın  süqutu  ərəfəsində 
rus  dilində  tapıb  oxuya  bildiyim  100  yeni    kitabın 
sayəsində  baş  vermişdir.  Sanıram  indi  onlardan  bir-


 
16 
neçəsinin adını öz gələcək oxucularım üçün çəkməyim pis 
olmazdı:“İnsanlıq  keyfiyyətləri”,  “Gələcək  üçün  100 
səhifə”(Aurelio  Peççei),  “3-cü  dalğa”  (O.Toffler),  “Yer 
sivilizasiyasının  inkişaf  strategiyası”(M.Soukur),  “İnsanın 
perspektivləri”(İ.Frolov),“Həmin  insan  dünyası”  (Pekka 
Kuusi) və“Postkapitalist cəmiyyət”(Piter Drayker)...  Mən 
bu  kitabları  Radişşevlərin,  Bakıxanovların,  Puşkinlərin, 
İvan 
İlinlərin, 
Seyid 
Əzimlərin, 
Solovyovların, 
Berdyayevlərin,  Lev  Qumulyovların,  Sorokinlərin,  Rəsul 
Rzaların, 
İ.Brodskilərin... 
azadlıq 
düşüncələrini 
tamamlamaq  üçün  oxumuşam.  Və  bu  fikirlər  insanlıq 
haqqında 
böyük 
Avrasiyaçı 
düşüncələrimin 
tamamlanmasında mənə əsl yardımçı olmuşdur. 
    Biz  bu  gün  XXI  əsrin  neosferasında  (-bilik  çevrəsində) 
yaşayırıq. Nobel mükafatı laureatı olmuş son dövr dünya 
şairlərinin  yalnız  modernist  təmayüllü  yaradıcılar 
olduğunu görürük. Əlbəttə, bu, yalnız alqışa layiqdir. 
    Ötən  əsrin  50-60-cı  illərindən  etibarən  dünyada  baş 
verən  elmi-texniki  inqilab  prosesləri  hər  birimizin 
taleyində  öz  izlərini  qoyub.  Görünən  odur  ki,  dünyanın 
vizual üzü ilə virtual üzü arasında dərin uçrumlar var. 
    Çox şeyin vizual üzü dəyişsə də, mahiyyəti əzəlki kimi 
qalmaqda davam edir. Deməli, bu bizim nəsil üçün daha 
bir  faciəvi    alın  yazısıdır  ki,  onu  da  qət  edib  keçməyə 
məcburuq. 


 
17 
    On  milyon  il  bundan  əvvəl  insanın  əcdadı  qalxıb  iki 
ayağı  üzərində  durmuşdur.  Lakin  miladdan  əvvəl  IX-VII 
minilliklərdə Qədim Şumer və Akkadların gil kitabələrinin 
saxlandığı  Hammurapinin  kitabxanasındakı  yazılarda 
bizim 
indiki 
sənaye 
və 
postsənaye  nəslimizin 
nümayəndələri  bunu  da  oxudular  ki,  həmin  keçmiş 
zamanlarda  birisi  o  birinə  belə  deyirmiş:  “Qonşu,  evinə 
başın  üzərində  olaraq  sağ-salim  qayıdıb  gəlmək 
istəyirsənsə,  onda  öz  qapından  çıxandan  qayıdıb  evinə 
girənəcən  belini  yerə  əy,  başını  yerə  dik  və  heç  vaxt 
yuxarıya boylanıb kimsənin üzünə baxma”. 
    Sənaye erasını 1800-cü ildən başlanmış qəbul etsək, bu 
dövrdən bizim yeni minilliyin ilk yüzilliyinin tamamınacan 
Yer  üzündə  15  insan  nəsili  dəyişmiş  olacaqdır.  Mənim 
üçün  maraqlı  olan  odur  ki,  bu  15  nəslin  içərisində  hələ 
neçəsi Hammurapinin gil yazılarındakı kimi düşünəcəkdir. 
Və ya düşünəcəkdirmi?!. 
    Mən inanıram ki, Yer üzünün ilk şairi bizdən 10 milyon 
il  əvvəl  iki  ayağı  üzərində  qalxıb  dik  dura  bilmiş  həmin 
cəsarətli məğrur ilk İNSAN əcdadımız olmuşdur. 
   Azad  şeirin  poetikası  ilə  uzun  illər  belə  ardıcıl  məşğul 
olmağımın  əsl  səbəbi  hər  cür  asılılığa  qarşı  milli  
nifrətimdən  ibarətdir.  Bu  üzdən  indiyə  kimi  heç  bir 
yaradıcılıq,  ictimai  və  siyasi  təşkilatda  üzvlüyüm 
olmamışdır. Və yəqin ki, bundan sonra (yəni yaşımın 60-a  
çatacağı  bir  vaxtda)  da  heç  olmayacaqdır.  İnsanların  öz 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə