Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 45,73 Kb.
tarix06.05.2018
ölçüsü45,73 Kb.
#42351

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki vəsait

Azərbaycan Poeziyası Böyük Vətən Müharibəsi illərində”



d:\sekil ana\images (3).jpg 

Hər zaman olduğu kimi XX əsrin 40-50-ci illərində də Azərbayca nədəbiyyatının aparıcı qolu poeziyaidi. Bədii ədəbiyyat, xüsusən də şeir qəhrəmanlığın, vətənpərvərliyin, fədakarlığın əsas təbliğat vasitəsi, xalqda döyüşkənlik ruhu formalaşdıran, çətin günlərdə yüksək mənəvi keyfiyyətlər aşılayan sənət növü kimi fərqlənirdi. Hətta ədəbiyyatın baş mövzusu olan məhəbbət də yuxarıda sadalananlar ıpoeziyada daha təsirli etməyə xidmət edirdi. Şeirin əsas obrazları isə ana, Vətən və qızıl əsgər idi.

Əgər müharibənin ilk illərində şairlər yalnız ümumi mövzularda yazıb-yaradırdılarsa, onların əsas məqsədi cəbhəyə çağırış, Vətənin bu dar günündə onu qorumağa səsləməkidisə, sonrakı illərdə birbaşa cəbhə meydanlarında olan, əsgərlərlə görüşən müəlliflər, qəzet səhifələrindən qəhrəmanlarımız haqqında oxuyan yazarlar əsgər və zabitlərimizin vətənpərvərliyini təbliğ edir, onların şücaətlərini örnək göstərir, qəhrəmaların ölməzliyini hospital, qaçqın düşərgələri, uşaq evlərində, klub və kolxozlarda əsgər ailələri, yaralılar, təxliyə olunanla rqarşısında gur səsləriilə ucadan səsləndirirdilər.

Bu mənzərəni müşahidə etmək üçün Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirvarid Dilbazi, Məmməd Rahim, Əliağa Vahid kimi sənət nəhənglərimizin o dövrki yaradıcılığına müraciət etmək kifayətdir.

Səməd Vurğun müharibənin elə ilk günlərində xalqına, Vətəninəmüraciətedir, qəhrəmanoğullarıcəbhəyə, Vətən torpaqlarını qorumağa səsləyirdi:

Bilsin ana torpaq, eşitsin Vətən.

Müsəlləh əsgərəm mən də bu gündən.

Mənim bayrağıma göz dikir aləm,

Bu gün bir süngüdür əlimdə qələm, – deyərək, həqiqətən, qələmi süngüyə çevirib əsgərlərimizlə çiyin-çiyinə döyüşür, cəbhədən-cəbhəyə hərəkət edir, ilk operativ xəbərləri poeziyaya gətirirdi.

Onun: “Cəbhələr çağırır, gəl düşək yola,

Zəfər bizimkidir, uğurlar ola!”, – misralarında məhəbbət yeni ahəngə düşür, dünənin sevən gəncləri bu günün əsgər və şəfqət bacısına çevrilirdi.

Cəbhədə əməliyyat masası üzərində son dəqiqələrində belə Vətənini unutmayan, şairin “Azərbaycan” şeirindən məşhur bəndi deyib, əbədi gözlərini yuman gənc əsgər haqqında eşidən Səməd Vurğun “Mənə belə söylədilər” əsərində bu qəhrəman Vətən övladını belə əbədiləşdirir:

Sən ki, son nəfəsdə Vətəni andın,

Çayların axını dayandı bir an.

Sən ki eşq oduna mərdanə yandın,

Simanı görürəm mən alovlardan.

Şairin sözləri əsgərlərə ümid verir, onlarda sabaha inam yaradırdı. Səməd Vurğun “İgid şahin” adlı şeirində bir atanın dili ilə döyüşən gənc pilota müraciət edib, məsləhət verirdi:

Oğul, harda dara düşsən, arxalan hünərinə,

Sən ölümü bir an belə gətirmə gözlərinə.

Şairin dünyaca məşhur olan “Ananın öyüdü” şeirində də ana övladına nəsihət edir, gözünün arxada qalmaması üçün onu əmin etmək istəyir:

Qulağında yaxşı qalsın mənim sənə öyüdüm:

Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,

Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!

Sən düşmənin qabağında igid tərpən vüqarla,

Tüfəngini təmiz saxla, atını da tumarla!

Öz yerində olsun gərək igidin yar-yarağı,

Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı.

Şair “Uşaq bağçası”nda belə, körpələrlə görüşündə döyüşən əsgərləri arxada da mübariz bir cəbhənin olduğuna əmin edir, onlara qəhrəmanlıq, vətənpərvərlik hissi aşılayır:

Siz ey cəbhələrdə vuruşan ərlər!

Günəşdən yarandı bizim nəslimiz.

Arxasız deyildir sizin körpələr,

Sinəmiz üstündə saxlayırıq biz;

Günəşdən yarandı bizim nəslimiz.

 

Burda, bu bağçada hər oğlan, hər qız



Böyüyüb bir igid, bir ər olacaq.

Onların nəsibi həyatdır yalnız,

Onların ilk dərsi hünər olacaq,

Hər biri bir igid, bir ər olacaq.

“Partizan Babaş” adlı şeirində şair ədəbiyyatımızın ən gözəl poetik vasitələrindən istifadə edir, münazirə – dialoq nümunəsi yaradaraq qəhrəmanla özünün söhbətində qələbəyə səsləyir, sabaha inam hissini verir:

Mən deyirəm: “Ölüm yoxdur od içində qəhrəmana”.

Sən deyirsən: “Xoş yaşasın ana yurdun qız, gəlini”.

Mən deyirəm: “Səhər yeli öpsün sənin mərd əlini”.

Sən deyirsən: “Ayağa qalx” – Azərbaycan torpağına.

Mən deyirəm: “Ana yurdun qəlbi dönür Qaf dağına”.

Şeirin sonunda partizan Babaşa yazılan misralarda şairin hər bir əsgərə olan hörmət və etimad dolu müraciətini, sabaha inamını görürük:

Bir zamanlar tüfənginlə cəbhələrdən gələndə sən

Ana qəlbi öpəcəkdir o üzündən, bu üzündən.

Namusunu gözlədiyin gözəllər də dəstə-dəstə,

Gül-çiçəklə çıxacaqdır sən gəldiyin yollar üstə.

Səməd Vurğunun müharibə dövrü şeir yaradıcılığını oxuduqca o illərin mənzərəsi gözün önündə canlanır, sanki cəbhələrdə düşmən hücumunu dəf edən, qəhrəmanlıqla həlak olsa da, ölümü ilə qələbəyə yol açan əsgərləri, onları intizarla gözləyən qız-gəlinləri, ana və ataları görürsən, tarixi xronika bədii şəkildə öz əksini bu ölməz misralarda tapır, ön cəbhədə gedən dəyişikliklər şeirdə də həkk olunur.

Məsələn, “Göz aydınlığı” şeirində cəbhədə əldə olunan ilk sevincli xəbəri belə şairin öz oxucusu, xalqı ilə bölüşdüyünü görürsən:

Ay ellər, obalar, gözünüz aydın!

Düşmənin səfləri pozulur bu gün.

Bizim qoç igidlər nərə çəkdikcə,

Zalımın məzarı qazılır bu gün.

Təkcə Səməd Vurğunun deyil, “Sən bilirsən ki, bu dərdlərdən ürəklər kövrəlib, Ağladarsan elləri, bəsdir, Süleyman, ağlama!”,–  deyən böyük şairimiz Süleyman Rüstəmin də yaradıcılığında qələbəyə inam öz əksini tapır. Şair “Gün o gün olsun ki” şeirində bu hisslərini belə ifadə edir:

Gün o gün olsun ki, qurtarsın dava,

Dağılsın buludlar, açılsın hava!

Alınsın düşməndən intiqam, qisas,

Torpaq nəfəs alıb, dincəlsin bir az.

…Gün o gün olacaq, o gün gələcək,

Bəşər dincələcək, həyat güləcək.

Süleyman Rüstəm də Səməd Vurğun və digər Azərbaycan şairləri kimi müharibənin ilk günlərindən:

And olsun yediyim halal çörəyə,

And olsun döyünən azad ürəyə,

And olsun xalqların qardaşlığına –

Hələ girməyəcək qılıncım qına.

Hələ gülmədikcə bütün yer üzü,

Yuxu görməyəcək şairin gözü, – deyib cəbhədə öndə olmağa and içib, qələmi ilə döyüşən sənətkarlardandır. Onun digər şeiri də bu ahəngi qoruyan alovlu misralarla zəngindir.

Onun “Döyüşçüyə məktub” şeiri o zaman olduğu kimi bu gün də aktualdır, zəfərə çağıran el qızının səsidir:

Qan çiləndi bağçamızın çiçəyinə, gülünə,

Ana vətən inanaraq silah verdi əlinə.

Qoyma düşmən qan uddursun Babəklərin elinə…

Sənə baxır bu gün elin, yurdun gözü, sevgilim,

Qoru ana vətənini, qoru bizi, sevgilim!

Şair məşhur “Ana və poçtalyon” şeirində hər bir əsgər ailəsinin gözlədiyi sevincli payı gətirən poçtolyon obrazı ilə intizar içərisində çırpınan belə ailələrin ümumiləşmiş obrazı olan ananı qarşılaşdırır və nigarançılığın nikbin sonluqla nəticələnməsini maraqlı süjet daxilində həll edir:

Poçtalyon qanad taxdı öz şirin sözlərinə:

– Bundan neçə gün əvvəl məndən küsən, inciyən,

“Məktub olmasa, bir də bu evə gəlmə!” – deyən

Mərhəmətli, möhtərəm anayadır bu kağız!..

Hamı bir səslə dedi: “Gözlərin aydın, ay qız!”

Ana, gözləri yaşlı, ətir saçdı dilindən,

Tez öpdü poçtalyonun məktub verən əlindən…

Göründüyü kimi, əsərin dili də öz axıcılığı və təmtəraqlı olması ilə seçilir. Lakin ana obrazı, ananın öyüdü, sözsüz ki, qadın şairlərimizin qələmində daha doğma səslənir. Əsgər anası kimi, onun övladına tərbiyə verən gəlinlərimiz də şeirlərin lirik qəhrəmanına çevrilir. Mirvarid Dilbazinin “Vətənin keşiyində” şeiri bu baxımdan xüsusi diqqəti çəkir. Burada əri cəbhədə olan qadın oğlunu da müharibəyə yola salır. Əsgər isə anasının sözlərini belə xatırlayır:

Laylasında anam mənə

Belə demiş dönə-dönə:

“Bir anan mən, biri Vətən.

Yadda saxla bunları sən,

Canın kimi sev Vətəni,

O bəsləmiş, oğul, səni.

Bayrağını möhkəm saxla

Sərhədini tez-tez yoxla.

Atan qızıl komandandır,

Qorxu bilməz bir insandır.

Qəhrəman ol, oğul, sən də

Qoru bizi böyüyəndə”.

Gözəl Vətən, gözəl Vətən,

Xidmətində durmuşam mən.

Vətənpərvərliyi təbliğ, hitlerçilərin, faşist Almaniyasının törətdiyi vəhşilikləri tənqid edən vasitələr sırasında şeir ilə musiqinin vəhdəti də önəmli idi. O zaman klublarda sadə xalq kütlələri qarşısında çıxış edən ədəbiyyatımız tarixinə nədənsə “ideologiyasız şair” kimi düşən Əliağa Vahid də öz maraqlı repertuarı, meyxanaları, qəzəlləri ilə şairlər sırasında seçilməklə yanaşı, nikbinlik əhval-ruhiyyəsini aşılayan, ən çox sevilən sənətkarlardandır. Onun bir meyxanası belə səslənirdi:

Göstəririk düşmənə öz həddini,

Hey yarırıq müdafiə xəttini.

Bu dəb əyibdir Hitlerin qətdini.

Möhtac olub indi dəva-dərmana,

Qızıl ordu girən kimi meydana.

Başqa bir meyxanasında isə şair belə deyir:

Köpək faşistlər itiribdir başın,

Birinci sillədə tökdü göz yaşın,

Hansı yerdə faşist gördün əz başın,

Kütləyə düşmandı, qutardı getdi.

 

Bu yerdə işləməz faşistin atı,



Ölür acından, azalıb sursatı.

Gündə əsir düşür nemes saldatı,

Hamsı lüt-üryandı, qutardı getdi.

 

Hitlerçilər dönüb ac canavara,



Kəndlilərdə qoymayırlar mal-qara,

Faşistlərdə qeyrət hara, ar hara?

Yırtıcı heyvandı, qutardı getdi.

 

Faşistlərə yaxşı zərbə çalmışıq,



Orduların darmadağın salmışıq.

Yüz minlərlə top-tüfəngin almışıq,

Halı pərişandı, qutardı getdi.

Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasında, sözsüzki, xalqda əzmkarlıq ruhu yaradan şairlərimizin də öz payı vardır. Bu baxımdan Rəsul Rzanın 1945-ci ildə qələmə aldığı, süjetli lirikanın unikal nümunələrindən olan “İşıqlar yandı” şeiri xüsus iilə seçilir. Beləki, şeirdə gecə vaxtı bir anlıq otağın nura qərq olması və gurultulu bir səsin eşidilməsindən uşağın narahat olması təsvir edilir. Qızcığazın təlaşlanıb, sığınacağa keçmək təkidinə qarşı, ata, əksinə, qızı ilə eyvana çıxmağı təklifedir. Məlumolurki, buişıq, bugurultuzəfəratəşfəşanlığıimiş. Atanın nitqini verən şair döyüşlərdə həlak olanları hörmətlə anıb, qələbəyə sevinərək qürur hissi ilə deyir:



  Metodika şöbəsi: Yarıyeva Səadət


Yüklə 45,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə