I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə8/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   63
muhazire

Yunan dilçilik ənənələri
Müasir dilçiliyin təşəkkül və inkişafında yunan dilçiliyinin xüsusi yeri vardır. Yunan və Avropa sivilzasiyasının inkişafında finikiya əlifbası əsasında yaradılmış saitlər üçün (9 və ya 10 işarə) xüsusi işarələrdən ibarət yunan əlibfasının həlledici rola malikdir. Yunan dilçiliyinin Asiya dilçiliklərindən fərqləndirən iki əsas cəhət bunlardır: 1) yunanlar yazı sistemində saitləri də xüsusi işarələrlə vermişlər, 2) yunan dilçiliyi fəlsəfi zəmində yaranmışdır, buna görə də bəzən yunan dilçiliyinə fəlsəfədən dilçiliyə gedən yol adlandırırlar. Daha bir fərq çin və hind dilçili məktəblərinin əsas etibarı ilə ayrı-ayrı şəxslərin adı ilə bağlıdırsa, yunan dilçiliyində alimlər və filosoflar öz aralarında mübahisə edir və bu mübahisədə birinin irəli sürdüyü fikir digəri tərəfindən tamamlanırdı.
Yunan dilçiliyini iki dövrə ayırmaq mümkündür: dil problemlərinin fəlsəfi zəmində izah edildiyi fəlsəfi dövr (eramızdan əvvəl V-III əsrlər), və dilçiliyin müstəqil elm kimi formalaşdığı İskəndəriyyə dövrü (eramızdan əvvəl III əsr – eramızın IV əsri). Şeylərlə onların adları arasında əlaqələrin möv­cudluğunu əsas götürən yunan filosofları 2 yerə bölünürdülər. Bir cəbhə iddia edirdi ki, əşya ilə onun arasında birbaşa əlaqə vardır, yəni əşya yaranan gündən öz adı ilə mövcud olmuşdur, ad şeyin təbiətindən doğur. İkinci cəbhədən olanlar isə güman edirdilər ki, şeylərə adı ancaq insanlar verir və bu yalnız qarşılıqlı razılaşma əsasında yaranır. Birinci qrupun başında Efesli Heraklit dururdu. Ona görə ad adlandırıldığı əşya ilə qırılmaz tellərlə bağlıdır, yəni əşyanın adı onun təbiətindən doğur. Adla əşya eyniyyət təşkil edir. Stoiklər də (e.ə. III əsr – eramızın VI əsri) bu fikri ifadə edirdilər. Onlara görə əşyalara adlar təbiətdən verilmişdir. İlk sözlər adlarına uyğun gələn əşyaları təqlid etməklə əmələ gəlmişdir. Stoiklər bu məsələdən şıxış edərək sözlərin etimologiyasının araşdırırdılar.
Bu fikrin əleyhinə çıxanların başında Demokrit (e.ə. 460-370-ci illər) dayanırdı. Onlara görə, ad şərtidir və əşyalara insanlar tərəfindən verilir. Əşyanın adı təbiətdən yaranmır. Demokrit fövqəltəbiiliyi rədd edir və şeylərə adqoymada qarşılıqlı razılaşmanın əsas rol oynadığını iddia edirdi. Bunların sübutu kimi o, polosemiya və sinonimiyanı əsas götürürdü. Əşyaların adı təbiətdən yaransa idi, onda təbi­ət­dəki əşyalarla adlar uyğun olmalı, kəmiyyətcə fərqlənməməli idi. Üçüncü sübut kimi adların dai­mi olmadığını göstərirdi. Bu nəzəriyyəyə görə ifadə edənlə ifadə olunan arasında birbaşa əlaqə yoxdur. Aristotel hesab edirdi ki, təbiətdənadlar yoxdur, onlar simvollara çevrildikdə şərti işarələr kəsb edir. Platon isə bu iki fikir arasında ortaq mövqe tutur, onları barışdırmaq istəyirdi. O. “Kratil və ya sözlərin düzgünlüyü” əsərində (Əsər Kratil, Hermogen və Sokrat arasında mükalimə əsasında yazılmışdır) dünyada insanın özündən böyük qüvvələrin olduğunu və əşyalara adların onlar tərəfindən verildiyini qeyd edirdi. Kratil adların təbiətdən olması fikrinə tərəfdar çıxır, Hermogen əşya ilə söz arasında üzvi əlaqənin olduğunu inkar edir. Eyni zamanda o qeyd edirdi ki, adqoymada bir razılıq, bir adət vardır.
Yunanıstanın ən böyük dilçisi Aristotel olmuşdur. O, dilçilik kateqoriyalarına məntiqi kateqori­ya­lar kimi yanaşmışdır. Aristotel Platonun fonetikaya dair fikirlərini inkişaf etdirərək danışıq səslərini səsli, yarımsəsli və səssizlərə bölürdü. Aristotel “Poetika” adlı əsərində nitq hissələrinin sayını üçə çatdırır – adlar, fellər və bağlayıcılar. Aristotelə görə ad zaman çaları olmayan müstəqil söz, fel isə zaman çaları olan müstəqil sözdür. Aristotel dilə sistem kimi yanaşırdı. O, nitq vahidlərini fərqlən­dirərkən yazırdı: ünsür, heca, bağlayıcı, ad, fel, üzv, hal, cümlə. Aristotelə görə ünsür bölünməz səsdir, ondan söz yaranır. Ona görə bağlayıcıların ayrılıqda mənası yoxdur, onlar mənalı vahidlərin birləşməsində iştirak edən səslərdir. O, kişi qadın cinslərini fərqləndirir. Cümlə, Aristotelə görə, mürəkkəb səs olmaqla müstəqil məna ifadə edir, hətta onun tərkib hissələrinin də müstəqil mənası olur.
Aristotelin davamçıları (stoiklər - Xrisipp və Malloslu Krates) onun nitq hissələrinə dair fikirlərini inkişaf etdirərək onların sayını 5 -ə çatdırırlar – feil, bağlayıcı, ad, sifət, ünsür. Stoiklərinən böyük xidməti etimologiyanı yaratmalarıdır.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə