I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə4/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
muhazire

(II mühazirə)
Hər bir elm öz tədqiqat obyektini dərk və izah etmək üçün ona yanaşma üsulu olmalıdır. Bu olmadan obyektiv varlığın heç bir sahəsini elmi şəkildə izah etmək mümkün deyildir. Elmlərin tədqiqat üsullarına malik olması zəruridir. Metod yunan mənşəli sözdür və mənsub olduğu dildə tədqiqat və ya idrak yolu, nəzəriyyə və təlim mənalarında işlədilir. Elmi bir kateqoriya kimi, metod gerçəkliyin təcrübi və ya nəzəri cəhətdən öyrənilməsi və mənimsənilməsi üsullarının məcmuyudur. Metod elm üçün məqsəd deyil, obyektin və ya onun ayrı-ayrı cəhətlərini dərk olunması vasitəsidir.
XIX əsrboyu linqvistlər dillərin müqayisəli və tarixi baxımdan öyrənilməsi üçün silsilə metod və üsul­lar işləyib hazırlamışlar. Qeyd edək ki, metodlar xüsusi və ümumi metodlara bölünürlər. Ümumi metodlar insan beyninin imkanları, onun idrak fəaliyyətilə şərtlənmişdir. Analiz, sintez, induksiya, de­duk­siya, analogiyaya uyğun mühakimə, müqayisə və qarşılaşdırma ümumi metodlar sırasına daxildir.
Xüsusi metodlar isə təbiət və cəmiyyətin konkret obyektini, bu obyektin hər hansı kiçik bir hissəsini, onun detallarının öyrənmək məqsədilə yaradılır. Dilin öyrənilməsinin bütün xüsusi metodları insanın dil fəaliyyətinin ayrı-ayrı obyektlərinin dərki üçün ixtisaslaşdırılmışdır və onlar linqvistik məsələlərin müəyyən sinfini həll etməyə imkan verirlər. Belə xüsusi metodlara Sovet dilçiliyində metod probleminə olan baxışları üç mühüm anlayış müəyyənləşdirir: metodika, metod və metodo­lo­gi­ya. Metodika müşahidə və təcrübi üsulların məcmuyu, metod müşahidə olmuşların və təcrübədə müəy­yən edilmişlərin nəzəri mənimsənilməsi yolları, metodologiya isə dünyagörüşü prinsiplərinin idrak prosesinə tətbiqi kimi başa düşülürdü. Metodologiya adətən metod haqqında ümumi təlim kimi başa düşülür. ilk növbədə dillərin müqayisəli-tarixi və tipoloji öyrənilməsi daxildir.Qeyd edək ki, xüsusi metodlar sovet dilçiliyində XIX əsrdə hazırlanmışdır və bunlara dillərin müqayisəli –tarixi və tipoloji öyrənilməsi metodları aiddir.
Həmin metodlar aşağıdakı fəndlərdən ibarətdir:

  1. səs uyğunluqlarının nəzərə alınması.

  2. qohum dillərin leksemlərinin tutuşdurulması

  3. bir dildən götürülmüş leksemin dilin inkişafının müxtəlif mərhələlərindəki uyğunluqları ilə tutuşdurmaqla fonem dəyişmələrinin müəyyən etmək

  4. qarşılıqlı təsirdə olan dillərin müqayisə edilməsi

  5. dialekt hadisələrin kartoqrafiyaya salınması

  6. dillərin qohumuq, ərazi və s. əlaqələrindən qsılı olmayaraq müxtəlif dillərin müqayisə edilməsi

Dillərin öyrənilməsinin ümumi üsulları arasında müşahidə, təcrübə və modelləşdirmə xüsusi yer tututr. Müşahidə idrak proseslərindən biri olan qavrayış növüdür. Müşahidə üçün ixtiyari və davamlı diqqət tələb olunur. Müşahidənin müvəffəqiyyətlə aparılması müşahidəçinin həmin sahəyə aid mükəmməl biliyə malik olmasınından asılıdır. Dil müşahidəçisindən müşahidə etdiyi dil hadisələrini və faktlarını elmi cəhətdən blmək tələb edir. Dil müşahidənin uğurlu aparılması dilçinin dil duyumunun olmasından çox asılıdır.


Dilin öyrənilməsinin digər bir üsulu təcrübədir. Təcrübə öyrənilər hadisə üzərində qurulan elmi sınaq deməkdir. Təcrübənin laboratoriya, sosioloji və fikri təcrübə kimi növləri vardır. Laboratoriya təcrübəsi daha çox fonetik tədqiqatlara aiddir. Sosioloji təcrübə iqtisadiyyat, pedaqogika, sosiologiya və s. aiddir. Təcrübənin üçüncü növü olan fikri təcrübədə dil hadisələrinin ideal cəhətləri nəzərdə tutulur.
Dilin tədqiqində son zamanlar modelləşdirmədən daha geniş istifadə edilir. O.S.Axmanovaya görə, modelləşdirmə “ya müstəqim müşahidəyə gəlməyən, ya da ki, çox mürəkkəbliyi ilə fərqlənən obyektin sxematik surətdə əks etdirilməsindən ibarət olan elmi üsuldur”. Fərqli şəkildə desək, modelləşdirmə “hər hansı bir dil bahidinin sxem və ya modelinin tərtibi”. Buna misal türk dillərində saitlər sisteminin kub şəklində verilməsi. Ümumilikdə, model, “hər hansı bir dil vahidinin tərkin hissələrinin ardıcıl surətdə yerləşdirilməsini göstərən sxem yaxud nümunə”. Dil işarələrinin şərti işarələrlə göstərilməsinə modelləşdirmə düsturları deyilir: Məsələn, Vl=Vl+Vl düsturu ilə dodaq, Vp=Vp=Vp damaq ahəngini göstərmək olar.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə