I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dillərin funksional rəngarəngliyi



Yüklə 405,13 Kb.
səhifə3/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
muhazire

Dillərin funksional rəngarəngliyi
Struktur tipologiya baxımından böyük-kiçik, zəif-güclü, zəngin-kasıb dil anlayışları yoxdur. Analitik quruluşlu dil sintetik quruluşlu dildən, aqlütinativ dil fleksiyalı dildən qətiyyən geri qalmır. Fonoloji sistemdə saitlərin üstünlük təşkil etməsi və yaxud tonlu (musiqili) vurğunun olması vokal sənətinin və ya poeziyanın çiçəklənməsi üçün kifayət deyildir. Dillərin struktur rəngarəngliyi eyni bir mənanın müxtəlif ifadə vasitələrilə təzahüründən savayı başqa bir şey deyildir. Dillərin ifadə imkanları prinsipcə eynidir və bu nə kommunikasiyanın məzmununu, nə də dillərin ictimai talehini həll edir. Bununla yanaşı dillərin talehi, onların sosial tarixi və inkişaf perspektivləri tam fərqlidir. Nə qədər ağrılı olsa da, etiraf etməliyik ki, bu gün dillər arasında sosial ədalətdən danışmaq mümkün deyildir. Bədii dillə desək, “dillər yalnız tanrı hüzurunda və dilçilər qarşısında bərabərdir”. Təbii ki, müasir ingilis dili ilə hindi qəbilələrinə məxsus ölü və ya öləziyən dillər arasında bərabərlik yoxdur.
Əgər dillərin struktur fərqliliyini insanların antropoloji-psixoloji fərqliliyi ilə müqayisə etmək mümkündürsə, dillərin sosiolinqvistik əlaməti insanlar arasındakı sosial mənşəyini və statusunu, təhsil, həyat tərzi, və nəhayət, məşğulluq fərqliliyini xatırladır.
Dillərin sosiolinqvistik anketində aşağıdakı əlamətləri nəzərə almaq lazımdır: 1) dillərin kommunikativ ranqı, 2) yazının olub-olmaması və yazının sürəklilik davamlılıq tarixi, 3) standartlaşma (normativlik) dərəcəsi, 4) dilin hüquqi statusu (dövlət, milli, titul, konstitutsiya və s.), 5) dilin konfessional statusu (qədim və orta əsrlərdə yerli dillər profetik dillərə qarşı qoyulurdu. Bəzən profetik dillərin toxunulmazlığı unudulurdu və müqəddəs kitablar milli dillərə çevrilirdi ki, bunula da milli dillər Müqəddəs, Tanrı sözünün dilinə çevrilmək imkanı qazanırdı. Lakin bunula belə yeni konfenssional dillər müqəddəs hesab olunmurdular), 6) dilin tədris-pedaqoji statusu (dilin köməkçi tədris dili kimi istifadə olunması, dilin tədris dili kimi istifadə elunması, dilin tərdris predmeti kimi hesab olunması).
Dillərin kommunikativlik ranqı (dərəcəsi, rütbəsi)
Ünsiyyətin həcmi və strukturu aşağıdakı parametrlərdən birbaşa asılıdır: 1) həmin dildə danışanların sayı; 2) həmin dildə danışan etnosların (xalqların) sayı; 3) həmin dildən istifadə edən ölkələrin sayı; 4) həmin dilin istifadə olunduğu ictimai funksiya və sosial sferaların səviyyəsi.
Son tədqiqatlara rəğmən demək olar ki, dünya əhalisinin 75% (5 milyard) 13 ən çox yayılmış dildə, 90% -dən artığı isə 25 dildə danışır.
Ən çox yayılmış 25 dil bunlardır: çin (mandarin dili) - 976 milyon, ingilis dili - 478 milyon, hindi - 437 milyon, ispan - 392 milyon, rus - 284 milyon, ərəb - 225 milyon, benqal - 200 milyon, portuqal – 184 milyon, malay-indonez -160 milyon, yapon -126 milyon, fransız -125 milyon, alman - 122 milyon.
Dünyanın 47 ölkəsində ingilis, 26 ölkəsində fransız, 21 ölkəsində ərəb, 20 ölkəsində ispan, portuqal dilində 5 ölkədə danışılır.
Sosiolinqvistikada dövlətlərarası və etniklərarası funksiyasından asılı olaraq dillərin 5 kommuni­kativ rütbəsi fərqləndirilir. Piramidanın zirvəsində dünya dilləri adlandırılan 6 dil, piramidanın təməlində isə yüzlərlə yazı sistemi olmayan və məişət səviyyəsində istifadə olunan dillər dayanır.
Dünya dilləri.
Bu dillərə BMT-nin işlək dillərinə daxil olan 6 dil (ing., ərəb, fr., rus, ispan, çin) daxildir. Lakin dünya dilləri klubu dəyişkəndir. Məsələn, IV əsrə qədər yunan dili, daha sonralar latın dili dünya dili rolunda çıxış etmişdir. XVI-XVII əsrlərdə ilk dünya dili kimi portuqal dili, sonralar onu sıxışdıran fransız dili, daha sonra isə onu sıxışdıran ingilis dili olmuşdur.
Beynəlxalq dillər.
Bu dillər beynəlxalq və etniklərarası ünsiyyətdə istifadə edilir. Bu cür dillər bəzi dövlətlərdə dövləti və rəsmi statusa malik olurlar. Məsələn: portuqal (Portuqaliya, Braziliya və s.); malay-indonez (Malay arxipelaqı ölkələri, Filippin və s.), vyetnam – 51 milyon (Kamboca, laos, Tailand və s.), suaxili (Tanzaniya, Keniya, Uqanda və s.), (suaxilini bəzən linqva franka adlandırılar 50 milyon).
Dövlət dili
Bir ölkədə ərazisində əsas dil funksiyası yerinə yetirən və dövlət və rəsmi statusa malik dildir. Məsələn, xindi Hindistanda. Tay (Tailandın rəsmi dili, litva (Litviyada) və s.
Regional dillər
Bu dillər etniklərarsı dillərdir, lakin onların dövlət və rəsmi statusu olmur. Məsələn, tibet dili (4 milyon). Bu dil Tibet avtonom vilayətində istifadə edilir. Nigeriyanın 3 əsas xausa, yoruba, iqbo dilləri. Bu ölkədə 80 milyon əhali 200 dildə danışır.
Yerli dillər.
Adətən bu dillər yazısız və məişət səviyyəsində istifadə edilir. Sayca bu dillər çoxluq təşkil edirlər.

Dilçiliyə girişin” tədqiqat metodları (mü­qa­­yi­səli, tipoloji deskriptiv, distributiv və s.) və onun başqa elmlərlə əlaqəsi.



Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə