I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Strukturalizm və onun əsas məktəbləri



Yüklə 405,13 Kb.
səhifə19/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   63
muhazire

Strukturalizm və onun əsas məktəbləri.
(VIII mühazirə)

XIX-XX əsrlərin qovuşuğunda bir çox dilçiləri tarixi-genetik istiqamət və dilin müasir durumuna etinasız yanaşma razı salmırdı. Pərakəndə dil hadisələrinin sistemdəki yerini nəzərə almadan onların tarixinə diqqət yetirmək haqlı olaraq atomizmdə təqsirləndirməklə (xüsusən gənc qrammatiklərin ünvanına) sonuclanırdı. Dil hadisələrinə atomist yanaşma dil sisteminin elementləri arasında münasibət və əlaqələrin açılmasına əngəl törədirdi. Ənənəvi dilçiliyə qarşı sürülən “ittihamlar”dan biri də linqvistik anlayışların dəqiq təyin edilməsinə, xüsusən də müasir dillərin təsvirində yaradılan terminologiyaya həssaslıqla yanaşılmamasından ibarət idi. Hələ də məhdud sayda dillərə müraciət edilir, təsvir latın qrammatikası əsasında təşəkkül tapmış universal qrammatika terminləri zəminində aparılırdı. Artıq F.F.Fortunatov, İ.A.Boduen de Kurtene, F.de Sössür, L.V.Şerba yanaşmalarında yeni təqdiqat metodları və prinsipləri formalaşmağa başlamışdı. Bu yanaşmalarda dilin sinxron (eyni zaman eyni məkan anlayışı) təhlili bəyan edilir. Dilə struktur yanaşma ilk addımlarını atmağa başlayır, dil çoxsaylı işarələri sisteminin xüsusi növü kimi nəzərdən keçirilməyə başlayır. İşarələr sisteminin araşdırılmaqdan ötrü işarələr sisteminin hər bir elementinin təhlilində onu həmin sistemin digər elementlərdən ayıran fərqləndirici (differensial) əlamət və onu özünün bütün fərdi təzahürlərində (variantlarında) eyniyyətini qoruyub saxlayan əlamətlərin tapılmasını qarşısına məqsəd qoyan semiotik prinsip vüsət almağa başlayır.


Bir faktı da əlavə etmək lazımdır ki, həmin dövrdə təbiət elmlərinin güclü inkişaf mərhələsinə qədəm qoyması (Mendeleyev tərəfindən kimyəvielementlərin dövri sisteminin, Ç.Darvinin kəşfləri və s.) elmə diskret strukturlar anlayışının ayaq açmasına şərait yaratmış oldu. Həmin dövrdə linqvistikaya “fonem” və “morfem” terminlərinin daxil edilməsi özlüyündə qeyri-üzvi materiyanın kimyəvi və fiziki hadisələrinə rəğmən ifadəsi idilər. Linqvistikada “strukturalizm” termini ilk dəfə 1939-cu ildə holland dilçisi Pos tərəfindən işlədildiyi iddia edilir.
Artıq dil struktur, elementlər çoxluğunun ciddi nizamlanmış bütövü kimi nəzərdən keçirilir. Dil diskret elementlərin qarşılıqlı əlaqəli, qarşılıqlı şərtlənmiş çoxluğunu özündə birləşdirən çoxsəviyyəli sistem kimi qəbul edilir. Dil az və ya çox dərəcədə struktura, öz elementləri arasında əlaqələr toruna bərabər tutumağa başlayır. Dil elementlərinin bütövlükdə sistemdən, sistemdəki digər elementlərə nəzərən tutduğu yerindən və bütövlükdə dildən asılılığı etiraf edilir. Dil elementlərinin differensial məzmunu (fərqləndirici əlamətlərin toplusu) digər elementlərə münasibətdə paradiqmatik klasda (sinif) və ya sintaqmatik ardıcıllıqda aşkar edilməyə başlanılır. Mətnin təhlili (söyləm) ilkin dil materialı kimi aşağıdakı məqsədlərə üçün aparılır: onda (mətn­də) konkret danışıq seqmentlərinə uyğun gələn invariant vahidlərin (fonem, morfem, leksem, cümlə modeli) üzə çıxarılması; dil vahidlərinin variativləşmə sərhədlərini onların eyniyyət xüsusiyyətlərini qorumaqla təyin etmək; dil sistemindən danışığa (konkret realizasiyaya) keçid qaydalarını müəyyən etmək.
Maraqlı fakt ondan ibarətdir ki, strukturalizm özünün inkişaf tarixində iki mühüm mərhələdən adlayıb keçmişdir. Birinci mərhələ üçün (20-50-ci illər) ifadə planının strukturuna xüsusi diqqət yetirilməsi və məzmun planının arxa planda qalması, dil vahidləri arasındakı münasibətlərə üstünlük verilməsi və vahidlərin özlərinin kölgədə qalması, dil sisteminin ifrat tərəcədə statik təsəvvür edilməsi, dilin fəaliyyət və variativləşməsində sosial və psixoloji amillərin inkar edilməsi və s. səciyyəvi cəhətdir.
İkinci mərhələ (50-70-ci illər) üçün məzmun planına və dilin dinamik modellərinin öyrənil­mə­sinə dönüş; qrammatikada transrormasiya metodunun formalaşması; leksikologiya və qrammatikada komponent təhlil metodunun və sahə nəzəriyyəsinin inkişafı; cümlə paradiqminin yaradılması və cümlənin invariant vahidlərinin sxeminin yaradılması; struktur metodların qrammatik və semantik xüsusiyyətləri də daxil olmaqla mətn linqvistikasına yayılması; struktur metodların müqayisəli-tarixi dilçiliyə geniş tətbiq edilməsi xarakterikdir.
Strukturalizm təlimi F.de Sössürün adı ilə sıx bağlıdır. Strukturalizm bir sıra prinsipləri özündə birləşdirir: 1. dili kod xüsusiyyətlərinə istinad edərək işarələr sistemi kimi öyrənmək; 2. diaxroniya və sinxroniyanın fərqləndirilməsi; 3. dilin öyrənilməsi və təsvirində formal metodların axtarışı; 4. dil formadır, substansiya deyil müddəasına inam.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə