I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə27/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   63
muhazire

Variantların növləri. Variantlar fonemlərin təmsilçiləridir. Hər hansı bir variant konkret fonemin fonetik əhatə və söz strukturundakı mövqedə təzahürü olaraq norma ilə nizamlanır. Onlar mövqe, əhatə və prosodik vasitələrin təsirindən asılı olaraq aşağıdakı kimi təsnif edilirlər.
1) xüsusi variantlar. Bunlar mövqedən asılı olmurlar və fonem əvəzlənməsində iştirak etməklə yeni söz və formalar yarada bilirlər. Məsələn, adam+a, vətən+ə, vətən+i və s.
2) fonetik variantlar. Fonetik variantlar da 2 yerə bölünürlər: kombinator, mövqe ilə bağlı variantlar. Kombinator variantlar dodaq samitlərindən qabaq, arxa və qarışıq sıra saitlərinin qarşısında, ön sıra saitləri qarşısında. Məsələn, /tala/-/tələ/-/tük/-tuş/-/tilə/- /toz/ - /törəmə/ və s.
Mövqe ilə bağlı variantlar. Məsələn, söz sonunda və vurğulu saitlərdən qabaq kipləşən-partlayışılı samitlər cingiltiləşir, söz sonunda sonorlar karlaşır, vurğulu hecada saitlər tam, vurğuusuz hecada isə reduksiyaya məruz qalırlar və s.
Fonem müxtəlif variantlarının münasibətini Y.S.Maslov aşağıdakı sxemdə əklif edir.
Fonemin variantları (allofonlar)

mütləq (vacib) fakultativ


əsas səciyyəvi (geniş mənada mövqe)


ilə şərtlənən
kombinator dar mənada mövqe
ilə şərtlənən
nümunələr
variantlar
1) rus dilində fonem /t/ [t] ............ [tº]
2) rus dilində /a/ fonemi [ˈa] ............................ [ʌ] [ъ]
3) alman dilində /r/ fonemi …………………………………………………[r] [R]


Fərqləndirici və inteqral əlamətlər. Dildə ən azı bir cüt fonemi fərqləndirən əlamətə fərqləndirici (relevant, distinktiv, differensial, əsas) əlamət deyilir. Məsələn: /bir/- /pir/; -diz/ - /düz/; /baş/ - /qaş/ və s. Yuxarıdakı misallarda fonemlər bir əlamətə görə gərqlənirlər: kar – dodaq və qeyri-dodaq əlamətləri. Sözlərin fərqlənməsi iki əlamətə və hətta başqa-başqa fonemlərə görə də həyata keçirilə bilər. Məsələn, /baş/ - /yaş/. /b/ -fərqli əlamətlər: dodaq, kipləşən-partlayışlı; /j/ dlortası və novlu. Amma /baş/- /xaş/ minimal cütlərində ortaq əlamət samitlikdir. Yerdə qalan əlamətlər fərqlidirlər: /b/ - dodaq, kipləşən-partlayışıl, cingiltili; /x/ diarxası, novlu, kar.
Lakin fonemlər danışıq aktında bir sıra variantlarda çıxış edir ki, dil daşıyıcısı bunları hiss etmir və fərqinə varmır. Məsələn, /gºül/, /dºüz/, /tºül/ sözlərində /gº, dº, tº/ fonemləri dodaqlanmaya məruz qalırlar. Və norma səviyyəsində bu mütləq xarakter daşıyır. Bu əlamətlər mövqedə qazanılmış əamətlərdir və həmin mövqeni tərk etdikdə o əlamət də həmən itir. Bu sanki mövqenin onun üzərinə qoyduğu möhürdür. Bu cür əlamətlərə dilçilik elmində inteqral əlamətlər deyilir. Azərbaycan dilində /nənə/ və /manqa/ sözlərində /ã/ və /ə͂/ burunlaşır. Lakin bu həmin saitlərin burun samitlərindən əvvəl işlənməsilə bağlıdır. Azərb. dilində saittlərə burun əlaməti xas deyildir. Bu inteqral, yəni mövqedə qazanılmış əlamətdir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə