I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə30/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   63
muhazire

9.2. Morfemlərin tanınması
Dilin morfemləri öz müstəqilliyilə seçilən ikitərəfli vahid­lər­dir. Onların sayı hər bir dildə məhduddur. Morfemin tanınma­sında onun fonetik (eksponent) və məna (semantik) tərəfinin vəhdəti əsas rol oyayır. Məs., /su/ bir tərəfdən /s/+/u/ fonemlərinin ardıcılı­ğı­dır­sa, digər tərəfdən bu, konkret mayeni bildirir. Onun tərkibində əmə­liy­yat aparıb hər fonemi başqası ilə əvəz etsək, onda ya yeni sözlər, ya da dilimizə xas olmayan fonem düzümü alınacaq. Müq et:
/su/ - /bu/ - /gu/. Bu morfemlər söz kimi işlənirlər.
/sə/ - /ba/ - /gı/ (/gəl+sə/, /an+ba+an/, /al+gı/ və s. kimi morfemlər sözlərimizin tərkibində işlənir.
/ru/- /ra/ - /uj/, /a/ və s. kimi fonem ardıcıllığına dilimizin sözlərində rast gələ bilərik. Məs., /rumın/, /razı/, /nu/, /gara/ və s. sözlərdə biz bunun şahidi oluruq. Ancaq iki fonemli söz kimi onlara dilimizdə təsadüf olunmur. Deməli, morfemin eyniləşdirilməsi və ya tanınması iki tərəfin birgə fəaliyyəti nəticəsində mümkündür. Morfemin fonetik qabığında dəyişiklik baş verə bilər, ancaq bu onun bütövlüyünə xələl gətirmir. Məs., alm.d. /hant/ -“Hand» (əl) - /hndə/ (əllər) misallarını nəzərdən keçirdikdə görürük ki, tək for­ma­­sının sonunda /t/ gəlir, ancaq cəmdə saitdən qabaq bu /d/ ilə əvəz­lənir. Həm də cəmliliyi iki morfoloji -qrammatik vasitə ifadə edir: həm kök saitinin dəyişməsi: /a///, həm də ayrıca /-ə/ sə­kil­çi­si. Bunlardan hansının danışıqda işlənməsi mövqe, əhatə və mə­qam­la bağlıdır, ona görə də onlara leksik allomorflar deyilir. Baş­qa söz­lə, alman dilinin orfofonik normasına əsasən, sonda cin­giltili samit gələ bilməz, ona görə də auslautda /t/ gəlir, lakin sözə cəm şəkilşisi əla­və edildikdə, o, kökdəki saitin /s/ ilə əvəz­lənməsini və saitdən əv­vəldə isə /d/-nın gəlməsini tələb edir. Sis­temdə para­diq­matik ba­xım­dan tək və cəmin qarşı-qarşıya durduğu bu müna­si­bət­lər nor­ma­nın tələbilə dəyişikliyə uğrayaraq konkret səslər şək­lin­də danışığa da­xil olur ki, burada təkcə məqam deyil, zaman, bölgə, sosial, mə­də­ni, fərdi və s. xüsusiyyətlər özünü büruzə verir. Azərbaycan dilin­də də buna bənzər hadisə vardır. Məsələn, /gonax/ (qonaq) sözündə son­da gələn /x/ fonemi sözə yiyəlik və yönlük hallarının şəkilçisi əla­və ediləndə // ilə əvəzlənir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə