I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə32/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   63
muhazire

9.4. Morfemlərin üzvlənməsi
Morfemlər danışıq aktından morfem sərhədilə ayrıla bilir. Bu zaman biz aşağıdakı hallarla rastlaşırıq:

  1. Söz ayrılıqda bir morfem kimi çıxış edir. Azərbaycan dili buna daha bariz nümunədir. Məs., /at/, /ət/, /it/ və s.

2.Morfem onu əhatə edən digər hissələrdən ayrıla bilir, çünki həm özü, həm də onu əhatə edən digər morfemlər çoxlu miqdarda birləşmələrdə iştirak edirlər. Məs.:

ingilis dili

alman dili

rus dili

Azərbaycan dili

/-ər/-/w3:rk+ər/
/ti:t+ər/

/`Le:+RƏR/
/Bə'ra:t+ƏR/

/uti+ t'el'/
/tita+ t`el`/

/da+lı/
/ja +lı/

  1. Bəzi hallarda sinxron planda üzvlənmə mümkün olmasa da, diaxron planda bunu etmək çətin olmur. /telefon/ sözü bu gün bölünməz bir tam kimi Azərbaycan dilində işlənir. Ancaq yunan dilində bu /tele/ (uzaq) və /fon/ (səs) komponentlərindən ibarətdir. Eynilə biz digər sözləri də bu cür tərkib hissələrinə bölə bilərik.

Danışıq aktında yerindən asılı olaraq morfemlər seqment və superseqment olaraq iki yerə bölünürlər. Seqment morfemlər də özlüyündə aşağıdakı qruplara bölünür:
Ümumilikdə morfemləri aşağıdakı sxemdə vermək mümkündür:
Morfemlər

morfem-sözlər morfem – söz hissələri


köklər affikslər

seqment sıfır morfem əməliyyat morfemlər


prefikslər postfikslər infikslər sirkumflekslər transfikslər




şəkliçilər suffikslər

  1. kök və ya sərbəst morfemlər. Məs., /at/, /it/, /ət/, /kəl/ və s.

  2. qeyri-kök və ya affiks morfemlər. Buraya önşəkilçilər və şəkilçilər daxildir. Bunları bəzən qrammatik morfemlər də adlan­dırırlar. Flektiv dillər (rus, alman, ingilis və s.) belə morfemlərlə zəngindir. Azərbaycan dilində yalnız alınmalarda önşəkilçi morfem­lərə rast gəlmək olur. Məs., /anti­milli/, /bivəfa/, /naükür/, /naümit/, /anormal/ və s.

Morfemlər distant (məsafəcə aralı) və amalqam olurlar. Məs., alman dilində /ge:-t/ və /gə...ən/ feillərin partisip II formasını düzəltmək üçün bir-birindən aralı morfemdən istifadə olunur. Müq. et: /hat_ gə+fra:k+t/ (soruşdu); /ist_ gə+k)m+ən/ (gəldi) və s.
Bu cür morfemləri bəzən konfiks (birgə birləşən) və ya sirkumfiks (ətrafına birləşən) adlandırırlar.
Amalqam morfemlər isə iki morfemin qovuşmasından yara­nır. Məs., alman dilində: /an+das/ -/ans/ (yanına), /in+dem/- /ım/ (içində) və s. Şəkilçi morfemlər öz funksiyasına görə iki cür olur: sözdüzəldicisözdəyişdirici. Məs., Azərb. d. /su+lu/, ancaq /su+da/. Birinci misalda /-lu/ sözdüzəldici, ikincidə isə /-da/ söz­də­yiş­dirici morfem adlanır.
Seqment morfemlərin arasında postfiks, infiks, interfiks, kon­­fiks, sirkumfiks və transfiks xüsusi yer tutur. Azərbaycan di­lin­də postfikslər daha geniş yayılıb, onlar kökə əlavə olunaraq ya mə­nanı, ya da formanı dəyişir. Məs., /ba+lı/, /ba+sız/, ancaq /ba+da/, /ba+ın/ və s.
İnterfiks iki kök arasında gələn morfemdir. Onun funksiyası birləşdirməkdən ibarətdir. Məs., Azərbaycan dilində saitlə qurtaran kök morfemə mənsubiyyət və təsirlik hal şəkilçisi əlavə etdikdə /-s/ və /-n/ interfiksləri işlənir. Məs. (onun) /məna+s+ı/, /məna+n+ı/ (dəyişdirmə) və s. Alman dilində /-s/, rus dilində /-a/ və /-i/ saitləri bu cür interfıks morfemlərdir. Məs., alman dilində /'arbait+s+ta:k/ (iş günü), rus dilində /l'isarup/ (лес+о+руб) və s.
Formal-struktur və formal bölüşdürücü rolunda çıxış edən affiksləri də interfiks adlandırırlar. Məs., Azərb. d. /gəl+ir+ə+m/, /al+ır +a+m/ sözlərində /ə/ və /a/, habelə rus dilində /r'ez+ a+t'/ (резать və /vı+ut+ ı+t'/ (выучить) sözlərində /a/ və /i/ saitləri buna nü­munə ola bilər.
Latın dilində /fındo/ sözündə /n/ indiki zamanı (tikə-tikə bölürəm) perfekti bildirir. Sözün kökü /fi...d/-dir. Eynilə alman və ingilis dilində /stand/ və /stand/, /stehen/ və /to stand/ (dayanmaq) feillərinin imperfekt formasıdır.
Nəhayət, ərəb dilində transfiks morfemlərini də fərq­lən­­di­rir­lər. Məs., ərəb dilində /b..j..t/ kö­künə /a/ əlavə edəndə /ev/ sözünün təkini, /u..u/ əlavə edəndə isə /buju.t/ (evlər) forması yaranır.11
Morfemlərin ifadə tərəfində dəyişikliklər ya əlavə olunan şəkilçi morfemin, ya da qrammatik mənanın təsiri altında baş verir. Məs., alman dilində kökdə gələn /a:/, /a/, /o:/, /u:/ və /v/ fonemləri müvafiq olaraq /e:/, //,/ö:/, /o/, /ü:/ və /ü/ saitlərinə keçir. Muq. et:

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə