I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Funksiya, oppozisiya və sistem



Yüklə 405,13 Kb.
səhifə28/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   63
muhazire

Funksiya, oppozisiya və sistem. Fonologiyada funksiya anlayışı mühüm rol oynayır. Praqalılar (N.S.Trubeskoy) funksiyanın 3 npvünü fərqləndirirdi. Appelyativ (kiməsə müraciət funksiyası), eksplikativ (nə barədəsə danışmaq) və ekspressiv. Sonralar R.O.Yakobson fonetik vasitələrin daha 3 növünü qeyd edir: kulinativ (zirvəyaradıcı), delimitativ (sərhəd bildirən) və distinktiv (fərqləndirici) funksiyaları.
Kulminativ funksiya vurğunun sayını bildirir və bununla da cümlədə neçə söz olmasından xəbər verir. /Adamlˈar meydanˈa toplaşdılˈar/
Delimitativ və ya demarkativ funksiya vurğusu sabit olan dillərdə söz sərhədini bildirir. Məsələn. çex dilində həmişə sözün birinci hecası vurğu ilə deyilir.
Distinktiv funksiya dildə söz və morfemləri fərqləndirməyə xidmət edir. Məsələn, /baş-daş-qaş/ və s.
Dilə qarşılaşmalar kimi yanaşan F.de Sössürün təlimini N.S.Trubeskoy fonologiyaya tətbiq edir və analoqu olmayan bir təlim yarada bilir. Fonoloji qarşılaşmalar dilin fonoloji sistemini daxildən səciyyələndirməyə imkan verir.
1. bir qarşılaşmanın bütöv qarşılaşma sisteminə münasibəti baxımdan. Təkmeyarlı qarşılaşmalar və çoxmeyarlı qarşılaşmalar.
Təkmeyarlı qarşılaşmalar. Burada müqayisənin əsası kimi götürülən əlamət yalnız bu qarşılaşmaya xasdır.Məsəln: /t/ - /d/
Çoxmeyarlı qarşılaşmalar.Burada müqayisənin əsası kimi götürülən əlamət başqa qarşılaşmalara da xasdır. /d/ - /b/ xas ümumi cəhət /g/-da vardır. /p/ - /b/ qarşılaşması propozisionaldır,çünki onlar arasın­dakı münasibət eynilə /t/ - /d/ və /k/ -/q/ da müşahidə olunur. /p/ - /ʃ/ qarşılaşması isə təcrid edilmişdir.
Proporsional qarşılaşmalar çox vacibdir. Bunlar dil vahidlərinin realllaşdığı əlamətlərin şəbəkəsini göstərməyə imkan verir ki, bu da dildəki universallıq ideyasını cəlbedici edir.
Dil üçün təcrid edilmiş qarşılaşmalar daha vacibdir, çünki onlar sayca üstünlük təşkil edir.
Qarşılaşmanın üzvləri arasında münasibətlər baxımından onların təsnifi:
privativ
dərəcəli qarşılaşmalar
ekvipolent
1.Privativ qarşılaşmaların üzvləri arasında əlamətlərin olması və olmaması əsas götürülür. Məsələn /bi/ - /p/ qarşılaşmasında /b/ cingiltilik əlaməti var, /p/ -da isə bu əlamər yoxdur, yəni o kardır.
2. Dərəcəli qarşılaşmaların üzvləri arasında münasibət dərəcəli olur, yəni eyni əlamət müxtəlif dərəcədə təmsil olunur. Məsələn, /u/ - /o/ -/ü/ qarşılaşmasında dodaq əlaməti dərəcəli şəkildə ifadə olunmuşdur. Birinci ikinciyə, ikinci birinciyənisbətən açıqdır.
3. Ekvipolent qarşılaşmada üzvlər arasında münasibətə görə, onlar məntiqicəhətdən eynihüquqludur. Məsələn, /p/ - /t/, /f/ - /k/. Bunalar dildə ən çox işlənəndir.
Qarşılaşma üzvlərinin distinktiv əlamətləri qoruyub saxlaya bilməsinə görə onlar sabit və neytrallaşan olurlar. Sabit qarşılaşma odur ki, onun üzvləri stabil qarşılaşmaların üzvləri kimi bütün mövqelərdə arşılaşmanı saxlayırlar. Məsələn, /p/ - /k/ - /f/ - /s/
Ancaq bəzi qarşılaşmalarda üzvlərdən biri müəyyən mövqedə fərqlənməni həyata keçirə bilmir­lər. Məsələn, rus dilnidə söz sonunda cingiltili samitlər kar ekvivalentləri ilə əvəzlənirlər. Məsələn, /kod/ - /kot/ qarşılaşmasında /d/ - /t/ ya keçir, yəni neytrallaşır. Başqa sözlə dsək, qarşılaşma gücünü itirir və ya neytrallaşır. N.S.Trubeskoy bunu arxifonem adlandırır.


Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə