I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Morfem təhlilinin müxtəlifliyi



Yüklə 405,13 Kb.
səhifə36/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   63
muhazire

9.7. Morfem təhlilinin müxtəlifliyi
Amerikan dilçisi L.Blumfild (1887-1949) /lar/lər/ kimi əvəz­lənmələri fonetik alternantlar adlandırırdı, çünki onlar fonetik modi­fikasiyalar formasında təsvir edilə bilirlər.15 Yuxarıda verilən for­malar qaydalı olduğundan onları avtomatik dəyişikliklər adlan­dırırlar, çünki dəyişikliyi doğuran səbəb məlumdur.
Bunlardan fərqli olaraq qaydasız allomorflar da fərq­ləndirilir. Buna misal olaraq təkdə sonu kar samitlərlə bitən /f, ð, s/, ancaq cəm­də müvafiq cingiltili qarşılığına /v, d, z/ keçən formaları gös­tər­mək olar. Müq.et:
/naif/ “knife” (bıçaq), ancaq /naiv+z/ “knives” (bıçaqlar), /mauð / “mouth (ağız), ancaq /mauð-z/ “mouths” (ağızlar); /haus/ “hous” (ev), ancaq /hauz-iz/ “houses” (evlər) və s.
Eyni cür səslənib, müxtəlif funksiyalar daşıyan morfemlərə alman dilindəki /~e/ morfemini göstərmək olar.
Bu axırıncılar omonim morfem, ancaq ingilis dilindəki cəm şəkilçilərini sinonim morfemlər adlandırmaq olar.
Birincini bəzən multivalent morfemlər də adlandırırlar. Yəni bu morfemlər bir neçə morfemə qoşula bilirlər, Bundan fərqli olaraq univalent morfemləri də qeyd etmək olar. Məs., alman dilində /'naxti.ga:l/ “Nachtigal” (bülbül) sözündə /Nacht/ sözünə qoşulan /igal/ morfemi bunu təsdiq edir. Bundan başqa alman dilində /-t/ birləşdirici ünsürü unikal morfem adlandırıla bilər.
Müq. et: /aegən+t+lıç/ “eigentlich” (əslində), /hɔfən+t+lıç/, “hoffentlich”(yəqin ki) və s.
Morfemlərin içərisində supletiv morfemlər xüsusi yer tutur. Bu flektiv dillərə xasdır. Məs., rus dilində /xarʌʃo/ “xopomo” - /lutij/ “лучший”; ing.d. /gud/ “good”-/betə/”better”-/best/ “the best”(yaxşı, nədənsə lap yaxşı) və s.
Bəzən morfemlərin düzümündə də müəyyən qanuna­uyğunluq olur. Məs., Azərb.d. hər hansı bir leksemin yaranması üçün mütləq bir av­tosemantik morfem olmalıdır. Müq.et:, /ba+tı-n+ın/ və s. Qeyd edək ki, /pər/ morfemi yalnız bir sözdə işlənir: /jekəpər/. Elə mor­fem var ki, özündən əvvəldə morfemin gəlməsini tələb edir. Məs., Azərb.d. /ək+in+ti/, ancaq */ək+ ti/ mümkün deyildir. Ancaq /ət+ti+lik/ sö­zün­də həmin bu şəkilçi birbaşa kök morfemə qoşulur. Al­man dilində /mis/ “miss” belə morfemlər­dəndir: /'mis+,glYk/ “Missglück” (bəd­bəxt­lik), ancaq /'misfR, tnd+nis/ “Misssverständins” (anlaşılmazlıq) və s.
Morfemlərin eksponent müxtəlifliyi o qədər rəngarəng olur ki, bəzən onları vahid bütöv altında birləşdirmək çətin olur. İngilis və alman dillərində cəm morfemi buna misal ola bilər. Bir tərəfdən şəkilçi morfemlər (ing.d. /-s,-z -iz/), digər tərəfdən əvəzlənmələr (alternantlar) (ing.d. /maus—mais/ “maus-mais” (siçan-siçanlar), /tuθ - ti:θ/ “tooth-teeth” (diş-dişlər), /man-men/ “man-men” (kişi- ki­şilər), başqa tərəfdən supletivizimlər (ing.d. /gud-bet+ə -best/), nəhayət, necə deyərlər, sıfır mofemlər (ing. d. /i:p/ “sheep-sheep”) cəmin ifadəsinə xidmət edən bu vasitələr göstərir ki, biz birmənalı şəkildə allomorfların fonetik (eksponent)-semantik oxşarlığını əsas şərt kimi qəbul edə bilmərik.
İngilis dilində «ox» /oks/-/oksən/ “ox+ən” və “child” /taild/ «children» /tldrən/ sözlərindəki bir tərəfdən /taild/, digər tərəfdən isə /ən/-i allomorflar kimi götürmək olar. Onda /r/-nı hara aid etməli? Ç.Hoket bunu «boş morf» adlandırır, çünki o heç bir morfemə aid deyıl6.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə