I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Morfemlərin kombinatorikası



Yüklə 405,13 Kb.
səhifə37/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   63
muhazire

9.9. Morfemlərin kombinatorikası
Morfemlərin statusu müəyyən edildikdən sonra onların bir­ləş­mə imkanlarını araşdırmaq lazımdır. Bir dilin qrammatikası əslində dil «formalarının» (strukturlarının - F.V.) məna daşıyan düzümüdür. Ame­rikan deskriptivizmi morfem düzümünün dörd nö­vünü fərq­lən­di­rir: 1) düzüm (sıra-order); 2) modulyasiya; 3) fonetik mo­di­fi­ka­si­ya və 4) seçim (seleksıya - F.V.). Əslində bunlardan birincisi və axı­rın­cısı həqiqi sıralanma imkanlarıdır, digər ikisi isə bir az mürək­kəb­dir.
Modulyasiya deyəndə L.Blumfild ikinci dərəcəli fonemləri- intonasiya və vurğunu nəzərdə tuturdu. Məlumdur ki, vurğu və intonasiyanın danışıq aktında konkret yeri yoxdur. Elə buna görə də onlara ikinci dərəcəli fonemlər deyirlər. /Əhməd gəlir// cümləsində biz /Əhməd/ sözünü qalxan və ya enən tonla deyə bilərik: /Əhməd/ və /Əhməd gəlir// Ancaq bu qalxma və enmənin dildə fərqləndirici funksiyalarını dəqiqləşdirməkdə ciddi çətinliklərlə qarşılaşırıq. Sırf fiziki baxımdan ton fərqləri praktiki olaraq qeyri-məhduddur. Ancaq onlardan neçəsi dildə həlledici və ya relevantdır? Bu rən­garəngliyi başa düşmək üçün tonun hərəkətlərini bir dilin saitlərilə müqayisə etməklə məsələyə bir qədər aydınlıq gətirə bilər. Məsələn, Azərbaycan dilində /at, ət, öt, it, ot, üt (mək)/ və s. sözlərini fərq­lən­dirmək üçün bütövlükdə 9 saitdən istifadə edirik. Görəsən, eyni əməliy­yatı bu dildəki intonasiya konturları sahəsində etmək olarmı? Təbiidir ki, tonal dillərdə (məs., Çin dilində) tonlar qeyri-tonal dil­lər­­də (ingilis, alman, rus, Azərbaycan) saitl­ərin oynadığı rolu oy­nayır. Əlbəttə, tonal dillərdə də tonun bir az yuxarı, bir az aşa­ğı səviyyələri vardır.
9.10. Morfemin ton və vurğu ilə eyniləşdirilməsi
İntonasiya və vurğu səviyyəsində morfem anlayışını tətbiq etmək o qədər də asan deyildir. Doğrudan da, bir dilin vurğu və intonasiya sistemində seqment vahidlər səviyyəsində olduğu kimi, morfem modelinə bənzər bir şey yaratmaq çox çətindir, hərçənd ki, sual- cavab /hə?/, /həəə/, (təəccüblə), /hə/ (təsdiq) və s. mənaların və ya sözün vurğudan asılı olaraq başqa məna verməsini (məs., rus dilin­də /'zamok/ (saray)-/zam'ok/ (qıfıl)) modifikasiya anlamında mor­femlə bağlamaq cəhdləri olmuşdur. Fonetik modifikasiya ingilis dilin­də /do+not-don't/ və ya /run/-/ran/ və s. kimi misallara aiddir. Burada morfemlərin düzümündə fonem tərkibində baş verən dəyişikliklərdən söhbət gedir.
Nəyin nədən düzəlməsi, nəyin çıxış forması kimi götü­rülməsi ənənəvi dilçilikdə asan həll olunurdu. Bu zaman isimlərdə adlıq hal, feillərdə məsdər əsas götürülürdü. Bəs sifətlərdə necə olmalıdır? Alman dilində adlıq halda sifətin altı forması var: təkdə:
/gRo:səR/ ”grosser“, /de.R gRo :sə/ “der grosse” (k. cinsi), /di. gRo:sə/ “die grosse” (q. cinsi), /das gRo:sə/ (o.cins), /gRo:səs/ “grosses”(o, cins), /di. (das) gRö:sə/ “die (das) Grösse”, /di. gRö:sən/ “die Grössen”(cəmdə) və s.
Deməli, ya müxtəlif formalar mövcud olur, ya da biri digə­rindən törəyir. Ç. Hokett bu iki şərh formasını sonralar element və düzüm (Item and Arangement-İA) və ya element və proses (İtem and Process-İP) adlandırırdı. Deməli, L.Blumfild element və proses metodunu fonetik modifikasiya adlandırsa da, onun davamçıları bunu element və düzüm adlandıraraq onu L.Blumfildin yanaşması kimi təqdim edirlər.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə