I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Sintaktik yarımsistemin elementi kimi sadə cümlənin struktur modeli



Yüklə 405,13 Kb.
səhifə45/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   63
muhazire

Sintaktik yarımsistemin elementi kimi sadə cümlənin struktur modeli.
Sadə cümlənin tərkibində mübtədavə xəbərin ayrılması ənəənvi haldır və cümlənin tipi də bu üzvlərin ifadə tərzinə görə təyin edilirdi. Müasir sintaktik nəzəriyyədə otutuşmuş fikir ondan ibarətdir ki, cümlə yalnız mübtəda və xəbərə görə deyil, həm də subyekt və fikrin predikatını ifadə edən söz formalarınagörə təyin edilir. Məsələn, /İldırım ağacı vurdu// və ya /Ağac ildırım tərəfindən vuruldu/. /Mən xoşbaxtam/ və /Mənə xoşdur/.
Şübhəsiz ki, bu nümunələrdə həm mübtəda, həm də onun ekvivalentləri (ildırım - ildirım tərə­fin­dən, mən - mənə) eyni bir fikir subyektini bildirirlər. Lakin adlıq halda olan subyekt fəal icraçı (işi ye­ri­nə yetirən - agens), digər hallarda ifadə olunmuş iş icraçısı isə hərəkətin və ya vəziyyətin passiv daşıyıcısı kimi çıxış edir.
Cümlə söz birləşmələrinə qalıqsız bölünmür. O, sintaksemlərə bölünür ki, onlar da sözdəyiş­mə­nin olduğu dillərdə söz birləşməsinin tərkibinə, həm də sadə cümlənin tərkibinə müstəqil şəkildə daxil ola bilərlər. Subyekt və predikatı ifadə edən iki cümlə üzvü predikativ münasibətdə olurlar və sadə cümləninstruktur sxemini təşkil edirlər. Predikativ münasibət subyektiv reallıqdır, o, insanın beynin­də mövcuddur və yaranır və ondan kənarda heç bir yerdə mövcud deyildir. Struktur sxem predika­tiv­ləşmənin təfəkkü raktının yalnız işarəsidir, lakin cümlənin leksik dolumu vasitəsilə ona daxil olan deno­tativ situasiyanın deyildir. Struktur sxemlər milli səciyyəlidir və dildə nitq hissələrinin möv­cud olan subyekt və predikat söz formalarından yaranır. Cümlədə subyekt və predikat qarşılaşdırılır. Subyekt haqqında hökm çıxarılan, mühakimə yerüdülən predmetdir. Məsələn, /Sokrat adamdır/ /Adam öləridir/- /Sokrat da öləridir//. Adətən subyekt cümlənin mübtədasına bərabər tutulur. Subyekt ya gerçəklik obyektinə, ya da obyekt haqqında anlayışa uyğun gələ bilər. Subyekt barədə hökm, mühakimə predikat formasında, yəni təsdiq və ya inkar söyləmlər vasitəsilə çıxarılır. Bu sözyləm predmetin əlamətinə işarəni özündə əks etdirir. Hökmün komponentləri arasında predikativ münasibət olur, subyektə əlamət predikasiya edilir. Məsələn, /Sokrat adamdır/ /Adam öləridir/- /Sokrat da öləridir//. Atributiv hökmün strukturunu aşağıdakı formulda vermək olar: S-P.
Cümlənin struktur sxemində iki üzvün olması vacibdirmi? Mübahisələr olmasına baxmayaraq, biz hesab edirik ki, cümlənin struktur sxemində iki üzvün olması vacib əlamərdir. Halbuki, konkret söyləmdə subyektin işarə olunması olmaya bilər, əgər bu subyekt kommunikantlara kontekstdən, situasiyadan və ya predikatın işarə edilməsilə eyham vurulursa. Məsələn, Q.A.Zolotova aşkar şəkildə sübutedə bildi ki, rus dilindəki /Dojdit/ (Yağır) və /Svetaet/ (İşıqlanır - Səhər açılır mənasında) söyləmlərində də subyekt mövcuddur və bu subyekt hərəkətin baş verdiyi zaman və təbii mühit, yəni (burada+indi – yağır və işıqlanır). Kifayətdir ki, söyləmlərdə hərəkətin baş verdiyi zamanı keçmiş və ya gələcəyə yerini dəyişmək ki, subyektin işarəsi aşkara çıxsın. Məsələn,//Dünən yağırdı//, /Tezliklə işıqlanacaq/ və s.
Bir sözlü cümlə sözdən intonasiyasına görə fərqlənir. Məsələn “yanğın” və /Yanğın!/. Cümlə kimi /Yanğın!/ artıq sadaəcə adlandırma deyil, təsdiq, həmin hadisənin movcudluğu, konkret zaman və situasiya ilə bağlılığıdır. Söz birləşmələri ilə reallaşan cümlə hər şeydən əvvəl predikativ struktura, yəni ya predikativ söz formasını /Gün çıxdı/, /Durnalar uçur/, ya da bu formalarsız, iki əsas üzvün dəqiq əlaqəliliyi /Qar ağdır/, /O tələbədir/, /Fakt ortadadır//. Konstruksiyalardan məlum olur ki, bizim qarşımızda cümlə dayanır. Onların cümləyə çevrilməsi tələffüz edildikləri intonasiya vasitəsilə baş tutur. Konstruk­si­yaların tərkibində sintaktik funksiya qazanan və onda müəyyən mövqe tutan söz elementar sintaktik vahidə - sintaksemə çevrilir.
Cümlə dilə va danışığa aid olamsı ilə söz birləşməsinə yaxınlaşır, mətndən fərqlənir. Cümlə söz birləşməsi və mətn kimi hazır, inventar vahid kimi təkrarlanmır, danışıq prosesində hərdəfə yenidən qurulur.




Mətn

Cümlə

Söz birləşməsi

Danışıq statusu

+

+

+

Dil statusu

-

+

+

Kommunkativlik baxımından həmin vahdləri aşağıdakı sxemdə vermək olar:




Mətn

Cümlə

Söz birləşməsi

kommunikativlik

+

+

+

Cümlənin təyin edilməsində onun çoxcəhətliliyinin nəzərə almaq azımdır:
1) cümlə kommunikativ işarələrə aiddir, daha dəqiqi o, məlumatın ötürülməsinə xidmət edən kompleks işarə törəmələridir. Söz birləşməsinə kommunikativ funksiya və intonasiya tərtibatı məxsus deyildir.
2) cümlə situasiyay ilə bağlıdır.
3) cümləyə modallıq planı və zaman planı məxsusdur. V.Vinoqradov modallıq və zaman kateqoriyalarını intonasiya ilə birlikdə cümlənin mühüm əlaməti hesab edirdi.
4) cümlə də söz birləşməsi kimi sözlərdən təşkil elunur. Onun pozisiya strukturuna daxil olan sintaksemlər cümlə üzvləri kimi çıxış edirlər.
5) hər bir cümlənin struktur minimumu olur. İlkin forma kimi baş üzvlər (mübtəda+xəbər: ismi söyləm (İS) + feli söyləm (FS) və ya vacib üzvləri daxil edən konstruksiyalar (MTX) vəs.
6) cümlənin genişlənməsi və ya daralması, onların daha mürəkkəb komplekslərə çevrilməsi və bu zaman baş verən müxtəlif dəyişmələr genişlənmə və transformasiya (bir formadan digərinə keçmə) qaydalarını tələb edir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə