I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dillərin ritmik-intonasiya özünəməxsusluğu



Yüklə 405,13 Kb.
səhifə48/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   63
muhazire

Dillərin ritmik-intonasiya özünəməxsusluğu
Cümlənin prosodik vasitələrini (söyləm, fraza) bəzən ümumiləşdirərək intonasiya adlandırırlar, lakin faktiki olaraq cümlə daxilində kompleks hadisələr fəaliyyət göstərir: melodika (əsas tonun tezliyi - ingilis dilçiliyində melodikanı intonasiyaya bərabər tuturlar), intensivlik (amplitudların sıfır xəttindən uzaqlaşması), uzunluq (səslərin tələffüzünə sərf olunan zaman), temp (danışıq kəsiklərinin tələffüz sürəti və fasilə); ritm (ritmik-intonasiya vahidlərinin müntəzəm təkrarı); tembr (digər komponentlərdən fərqli olaraq tembr ümumlinqvistik əhəmiyyət kəsb etmir, çünki o, fərdi danışığa xasdır). Tədqiqatçıların əksəriyyətinin fikrinə görə, melodika söyləm intonasiyasının əsas komponentidir.
Hər bir dilin melodik təşkilində özünün intonasiya vahidləri dəsti vardır. Dilçilikdə elmində bunu intonema, melodema və ya intonasion konstruksiya, intonasiya konturu adlandırırlar. Linqvistik mənbələrdə intonasiya vahidlərinin dəqiq sayı məlum olmasa da, onların təqribi sayı 6-20-yə qədər olduğu göstərilir.
dil vahidləri

seqment vahidlər superseqment vahidlər


fonem, heca, morfem, leksem, sintaqm vurğu, sinharmonizm, intonasiya.
söz cümlə
İntonema ikitərəfli vahiddir və onun forma (fərqləndirici fonetik əlamətlərin məcmuyu onu əmələ gətirir) və məzmunu vardır. İntonemin məzmunu söyləmin sintaktik və praqmatik səviyyələrinə aiddir: onlar danışığı kiçik mənalı vahidlərə bölür; söyləmin kommunikativ növünü təyin edirlər (sual, nida, nəqli və s.); söyləmin aktual üzvlənməsini həyata keçirirlər (tema və remanın fərqləndirilməsi). L.R.Zinderə görə, intonasiya bu və ya digər dilin ən səciyyəvi fonetik xüsusiyyətidir.
Dillərin morfoloji tipləri
Morfoloji tipologiyada (xronoloji baxımdan bu tipologiya ilk və daha çox araşdırılmışdır) aşağıdakıları nəzərdə tuturlar: birincisi, qrammatik mənaların ifadə vasitələri; ikincisi, söz strukturunda morfemlərin birləşmə xarakteri.
Qrammatik mənaların ifadə vasitəsindən asılı olaraq, dilçilikdə sintetik və analitik dilləri fərqləndirirlər. Söz strukturunda morfemlərin birləşmə xarakterindən asılı olaraq isə aqqülitinativ və fuzion (flektiv) dillər fərqləndirilər.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə