I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə50/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   63
muhazire

Dil dillər arasında
Biz birmənalı şəkildə iddia edə bilmərik ki, 100-50 il bundan qabaq dünyada əvvəl bir və ya bir neçə insan dili olmuşdur. Dilçilik elminin intensiv inkişaf etməsinə baxmayaraq dilin mənşəyi məsələləri (qlottogenez) ilə məşğul olan alimlər monogenezlik və ya poligenezliyin xeyrinə inandırıcı dəlillər yoxdur. Lakin indi bizim hər birimizə bəllidir ki, yer kürəsində böyük kiçikliyindən asılı olmayaraq xeyli sayda dil mövcuddur. Bu mövcüd dillər cöğrafi, iqtisadi, siyasi, mədəni və s. səbəblərdən bir-birinə yaxınlaşa və yaxud uzaqlaşa bilərlər. Birinci halda inteqrasiya (konvergensiya-dillərin birləşməsi), ikinci halda isə differensasiyası (divergensiya-dillərin bir-birindən aralanması) hadisələrindən bəhs etmək olar. Bunu aşağıdakı sxemdə vermək olar: Məsələn,
A1 a1
A A
A2 a2
Konvergensiya və divergensiya prosesləri dildə əks istiqamətdə gedən proseslərdir. Onlar dilin inkişaf prosesində bir-birini əvəz edirlər, lakin heç bir dilin inkişafı bu hadisələrdən hansısa birinə bərabər tutulmur. Dilçilər konvergensiya prosesi mərkəzəqaçma, divergensiya prosesi isə mərkəzdənqaçma kimi qiymətləndirilir. Dilin inkişafın divergensiya istiqaməti üzrə hərəkəti cəmiyyətdəki ictimai-tarixi hadisələrlə sıx əlaqəlidir. Tarixin müəyyən məqamında qohun etnosların miqrasiya yolları üst-üstə düşməyə bilər ki, bu da onların coğrafi baxımdan bir-birindən təcrid olunmasına gətirib çıxarır. Qohum etnoslar ayrı-ayrı dövlətlərin tərkibinə daxil ola bilmək ehtimalı məhz onların dillərini fərqli səviyyələrdə işlənməsinə gətirib çıxara bilər. Bu etnoslardan hər biri yayılma arealına görə digər xalqlarla (qohum və ya q.-qohum) kontakta girə bilər ki, bu da onların dillərində və dialektlərində fərqlərin yaranmasına gətirib çıxarır. Divergensiya vahid bir dilin parçalanmasına, yeni müstəqil dillərin yaranmasına gətirib çıxarır. Konvergensiya isə tam fərqli dillərin bu və digər dərəcədə yaxınlaşmasına (bu halda dil ittifaqıları yaranır), və yaxud da bir dilin digər dil tərəfindən “udulması” (əvvəllər bir dildə danışan xalq artıq digər dildə danışır). Deməli, qohum dillər əvvəllər mövcud olmuş ulu dilin (pradil) törəmələridir.
Konvergensiya nəticəsində bir sıra hadisələr ortaya çıxır. Adətən “qalib” dil bu və ya digər dərəcədə məğlub dilin xüsusiyyətlərini özündə əks etdirir. Konvergensiya nəticəsində yaranan əsas hadisələr bunlardır: substrat, superstrat və adstrat. Substrat və superstrat məğlub dilin qalib dildəki elementləridir. Substrat yerli əhalinin dilidir və o, gəlmə xalqın dilinin təsiri nəticəsində tənəzzülə uğramış, lakin yeni dilin sistemində öz elementlərini saxlamışdır. Məsələn, fransız dilinin substartı qalların dili, ispan dilində - iberləri, rumın dilinin isə - dakların dilidir. Lakin sonralar bütün bu dillər latın dili tərəfindən sıxışdırılmışdır.
Superstrat gəlmə xalqın dilidir və o, yerli əhalinin dilinə təsir edir, onun sistemini dağıdır, bununla yanaşı yerli dili ayrı-ayrı eıementlərlə zənginləşdirir. Məsələn, türk dilinin bolqar dilinə təsiri.
Adstrat - elementləri digər dilin sisteminə daxil olan, lakin həmin dilin özü digər, adətən qonşu ərazidə fəaliyyət göstərən dildir.
Qeyd olunan bütün hallarda kütləvi ikidilliyin yaranmasından söhbət gedir. Paralel istifadə olunan dillərin funksiyaları əksər hallarda eynidir. Dillərin birindən rəsmi, elmi, mədəni, təhsi və s., digərindən isə məhdud dairələrdə, məsələn, məişət səviyyəsində istifadə edilə bilər. Qaşılıqlı əlaqədə olan dillərin sosial funksiyaları zaman-zaman dəyişə bilər. Məsələn, Q.Avropada uzun müddət latın dili, Rusiyada qədimslavyan dili, islam ölkələrində isə ərəb dili yerli xalqların dilləri ilə yanaşı fəaliyyət göstərmişdir. Bir dilin iki formasından (variantından) istifadə dilçilikdə diqlossiya adlandırılır. Məsələn, müasir rus dilinin daşıyıcıları üçün prestij forma ədəbi dil variantı hesab olunur.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə