I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Analitik və sintetik dillər



Yüklə 405,13 Kb.
səhifə49/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   63
muhazire

Analitik və sintetik dillər
Dünya dillərində qrammatik mənaların ifadəsinin iki əsas qrupu mövcuddur: 1) sintetik vasitələr; 2) analitik vasitələr. Qrammatik mənanın sintetik üsulla ifadəsi üçün qrammatik göstəricinin sözün özü ilə sıx birləşməsi səciyyəvidir. Söz daxilində qrammatik mənanın ifadəçisi kimi şəkilçi, suffiks, önşəkilçi, daxili fleksiya (söz kökündə səs əvəzlənmələri, məsələn, rus dilində teku-teçet-potyok), vurğu yerdəyişməsi, məsələn, no’qi-noqi’, söz əsasının suppletiv dəyişməsi (ya – menya, xoju – idu, xoroşiy-luçşiy), transfiks (semit dillərində üçsamitli kökün daxilinə qoyulan saitlər kompleksi).
Analitik vasitələrin ümumi əlaməti qrammatik mənanın söz sərhədindən kənarda ifadə olunmasındadır. Bu vasitələrə ön şəkilçi, bağlayıcılar, artikllər, köməkçi fellər, digər köməkçi sözlər, söz sırası və söyləmin ümumi intonasiyası aiddir. Dillərin əksəriyyətində qrammatik mənaların ifadəsində analitik və sintetik vasitələr paralellik təşkil edirlər. Lakin onların çəkisi dildən dilə tam fərqlidir. Bu vasitələrin hansısa birinin dillərdə üstünlük təşkil etməsindən asılı olaraq sintetik və analitik dillər fərqləndirilir. Sintetik dillərə slavyan (bolqar dilindən savayı), alman, ərəb, litva, suaxili və s. aid edilir.
Analitik dillərə isə roman dilləri, bolqar, ingilis, dat, yeniyunan və s. aid edilir.
Qrammatik mənanın sintetik ifadə vasitələrilə ifadəsi mümkün olmayan dillər amorf dillər adlandırılır (V. fon Humboldt belə dilləri izoliruyuşimi dillər adlandırır).
Aqlütinasiya və fuziya sözün morfoloji təşkilinin iki əsas növü kimi
Sözün morfem quruluşunun iki əsas növü mövcuddur- fuziya (qovuşma) və aqlütinasiya (yapışma). Fuzion sözdə morfemlər arasında sərhədlər dəqiq deyil və onlar öz aralarında sanki birləşirlər. Məsələn, rus. d. striç, striqu.
Fuzion sözdə köməkçi morfemlər bir neçə qrammatik məna ifadə edir. Məs., r.d. /stena/ sözündə /a/ morfemi 3 qrammatik məna bildirir: qadın cinsi, adlıq hal, tək hal. Fuziya əsasən hind-Avropa və semit dillərində yayılmışdır. Bu dillər arasında sintetik (slavyan, alman və s.) və analitik dillər (ingilis, fransız və s.) vardır.
Aqlütinativ dillərdə söz daxilində morfemlər arasında sərhəd tam ayındır və hər bir affiks bir qrammatik məna ifadə edir. Aqlütinativ dillərdə bütün morfemlər dil daşıyıcıları (danışanlar) üçün daha çox psixoloji reallığa malikdirlər, daha asan üzvlənirlər, dəqiq semantikləşirlər vədil daşıyıcılarının (danışanların) şüurunda özgürlüklə yaşayırlar. Aqlütinasiya şəraitində morfemlər fuziya ilə müqayisədə daha sərbəstdirlər, aqlütinativ dillərdə kök və affiksial morfemlərin qarşılaşdırılması fuzion dillərlə müqayisədə daha zəifdir, derivasion və relyasion morfemlərin qarşılaşması (yəni suffiks- prefikslərin bir tərəfdən, digər tərəfdən şəkilçilərin) büsbütün qeyri-relevantdır.
Aqlütinativ sözün strukturu daha şəffah və yetərincə rasionaldır. Təsadüfi deyildir ki, süni esperanto dilində sözlər aqlütinativ dillərdəkinin eyni kimi qurulmuşdur. Qrammatik quruluşuna görə aqlütinativ dillər daha daha davamlıdır, nəinki fuzion dillər. Bu onunla izah oluna bilər ki, aqlütinativ dilldə söz üçün, onun birmənalı və formaca standart affikslərilə, dəqiq morfem sərhədlərilə işarənin motivləşməsinin itməsinə və yeni işarəetmələrin axtarışına aparan sadələşmə, parçalanma prosesləri yaddır.
Dünyada aqlütinativ dillər sayca fuzion dillərdən çoxdur. Buraya altay makrodil ailəsi, türk dilləri, avstraliya dilləri, fin-uqor, gürcü, yapon və s. daxildir.
Aqlütinativ texnika sintetik və polisintetik dillərdə, həm də analitik və izoliruyşix dillərdə istifadə edilir. Tadeuş Milevskinin də qeyd etdiyi kimi 4 dil tipinin hər biri təkcə sözün morfoloji strukturuna görə deyil, həm də sintaqmın (sintaqm dedikdə o, sözlərin birləşməsini, yaxud da sintaktik məna ifadə edən sözdə morfemlərin birləşməsini nəzərdə tutur) fonetik-sintaktik xüsusiyyətlərinə görə fərqlənirlər.
Təcridi (kök) dillər üçün musiqili vurğu, hecaya bölünmənin semantik əhəmiyyətliliyi. Sintaqmların qurulmasının maksimal sərbəstliyi, sözün müstəqilliyinin, ayrılığının yetərli olmamsı səciyyəvidir.
Aqlütinativ dillərdəki söz üçün aşağıdakılar xarakterikdir: affikslərin maksimal semantik müstəqilliyi, söz formasının ayrı-ayrı qrammatik, o cümlədən sintaktik mənalarla yükləndiyi halda söz strukturunun xeyli sərbəstliyi, sinharmonizm (sözün yeknəsək vokalik tərtibi) və s.
Flektiv (fuzion) dillərdəki söz üçün aşağıdakılar səciyyəvidir: sözün struktur komponentlərinin formal və yüksək dərəcədə semantik bitişikliyi, sözün semantik strukturunun kəskin asimmetriyası və ikililik: sözün əsası həmin söz üçün daimi, daha konkret və semantik mənanın daşıyıcısı kimi çıxış etdiyi halda, şəkilçilər əsasən sintaktik və dəyişkən mənaların ifadəsinə xidmət edirlər.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə