I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə52/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   63
muhazire

Süni dil ideyası
Beynəlxalq köməkçi dil, bəzən onu süni dil də adlandırırlar, XIX əsrin əvvəllərindən “ünsiyyət vasitəsi təmərküzləşməli və inkişaf etməlidir” tələbinə cavab olaraq meydana gəlmişdir. 1903-cü ildə L.Kutura və L.Lo dünyanı 40 günə, (J.Vernes 80 günə) gəzməyin mümkünlüyünü deyirdi. Halbuki bu gün bu rəqəmlər də öz əhəmiyyətini itirmişdir. O zaman qarşılıqlı əlaqələri intensivləşdirmək üçün dünyada köməkçi dilə ehtiyac duyulurdu. Boduenə görə, dünyada süni dil ideyasının tarixi daha qədimdir. Kim bilir, bəlkə də Babil dil əhvalatı bu istəkdən yaranmışdır. Lakin köməkçi dil ideyasının üstünlüklərinə baxmayaraq, qeyd etmək istərdik ki, təkdililik bəşəriyyət üçün mənəvi cəza, insan heysiyyətinə toxunan məsələdir. Vahid dil ideyası daha çox imperiyalara, dünyaya ağalıq etmək istəyən dövlət və xalqlara məxsus xəstəlik, daha dəqiq desək, dil genosiddir.
İşarələr sistemi olan süni dillərə iki əsas əlamət xasdır: yardımçı (köməkçi təyinat) funksiyası, və beynəlxalq yayılma dərəcəsi.
Süni dillərin beynəlxalq yayılması dedikdə, onların xalqlar (etnoslar) arasında yayılması. Yar­dım­çı xarakterli olması dedikdə isə onların ünsiyyət prosesində ikinci dil kimi fəaliyyəti nəzərdə tutulur. Köməkçi dillər sayca çoxdur. Semiotik kontinuum əmələ gətirən süni dillərdə iki əlamərə görə qradual oppozisiya yaradırlar: köməkçi dilin mənşəyində təbi və süni başlanğıcın nisbəti; dilin işlən­məsində, fəaliyyətində və təyinatında ixtisaslaşmamanın (ümumişləklik) və ixtisaslaşmanın nisbəti.
Süni dillərin 3 əsas növü fərqləndirilir: 1) təbii mənşəli köməkçi dil; 2) etnoslararası ünsiyyət üçün nəzərdə tutulan təbii dillərin süni analoqları; 3) professional fəaliyyətlə bağlı olaraq informa­siyanın ötürülməsi, qəbulu və saxlanılması üçün ixtisaslaşdırılmış süni dillər.
Süni dillərin yaranması digər mənbələrdə bir qədər fərqli izah edilir: aprioristik prinsip (Fikrin ifadəsində dil materialından asılı olmayan xüsusi işarələr icad olunur. Bu sözün ciddi mənasında məntiqi cəhətdən düzülmüş simvollar sistemidir. Məsələn, dəqiq elmlərdəki simvollar, lakin onlar təbii insan dilini əvəz etməkdə acizdir)
Aposteriorik (Burada təbii dil materialından süni dil düzəltmək üçün istifadə edilir. Bu cür dillər təbii dilin əsasında yaranan sadələşmiş, ünsiyyətə uyğunlaşdırılmış dildir).
Qarışıq prinsip. (Yuxarıdakı hər iki prinsipin xidmətlərindən istifadə edilir).
Təbii mənşəli süni dillərin əsas tipləri bunlardır: linqva franka, koyne, picin.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə