I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dilin sintaktik yarımsisteminin vahidi nədir?



Yüklə 405,13 Kb.
səhifə44/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   63
muhazire

Dilin sintaktik yarımsisteminin vahidi nədir?
Sintaktik yarımsistem dil strukturları yarımsistemidir. Onların sırasına sintaksem, söz birləşməsi, sadə cümlə, genişlənmiş və mürəkkəb cümlələr daxildir. Sadalanan vahidlərdən hansı biri dilin sintak­tik yarımsisteminin vahididir, yəni bu sistemi formalaşdırır? sualına birbaşa cavab vermək çətindir.
Ənənəvi qrammatika sadə cümləyə söykənmiş və sadə cümlə altında bitmiş fikir ifadə edən sözlər qrupu kimi nəzərdə tutulmuşdur. Sadə cümlənin təsviri üçün cümlə üzvləri nəzəriyyəsi yaradılmış, sadə cümlənin tərkibində tərkiblər, xüsusiləşmiş tərkiblər və digər mürəkkəbləşdirici komponentlər ayrılmışdır. Daha sonra mürəkkəb cümlə haqqında təlim yaradılmış ki, onun da altında bir neçə sadə cümlənin birliyi başa düşülmüşdür. Lakin sintaktik obyektlərin rəngarəgliyi və çoxluğu daha sadə vahidn tapılması ideyasını meydana gətirmişdir. F.F.Fortunatov bu vahid keyfiyyətində söz birləşməsini təklif etmişdir. O, söz birləşməsi altında adətən iki sözün qrammatik və mənaca əlaqəli minimal söz birliklərini nəzərdə tutur.
F.de Sösürün tədqiqatlarında sintaksis üzvlənmənin əsas vahidi kimi sintaqm təklif edilir – tabelilik əlaqəsi altında birləşmiş iki söz. Q.A.Zolotova isə sintaktik üzvlənmə vahidi keyfiyyətində sintaksemi təklif edir – cümlənin yaranmasında iştirak edən söz forması. Tədqiqatların sonrakı gedişində məlum oldu ki, bütün konstruksiyalar sintaksisin obyektidir, lakin sintaktik sistem üçün ilkin struktur kimi sadə cümlə çıxış edir və bunun bir neçəsəbəbi vardır.
Birincisi, sadə cümlənin tərkibində üzvlənən iki sözün birləşməsindən yaranan söz birləşməsi dünyanın heç də bütün dillərində mövcud deyildir. Məsələn, sözdəyişmə paradiqminin olmadığı dillərdə söz birləşmələrinin olması nəzəri cəhətdən mümkün deyildir. İkincisi, mürəkkəb cümlələr də bütün dillər üçün səciyyəvi deyildir. Sadə cümlədən (monopredikativ) fərqli olaraq, mürəkkəb cümlə həmişə iki və daha artıq predikativ (polipredikativ) olurlar. Mürəkkəb cümlələr nisbətən gec forma­laşmış, əsasən yazılı mətnlərin yarandığı andan başlamışdır. Məhz sadə cümlə dilin sintaktik siste­minin elementi keyfiyyətində çıxış edir. Çünki o, əksər dillərdə rastgəlinir. Onun tərkibinin öyrə­nil­məsi onda fraqmentlərin – söz birləşməsi və sintaksemlərin üzə çıxarmağa imkan verir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə