I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə41/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   63
muhazire

Leksemlərin təsnifatı
Leksemlərin siniflərə bölgüsü müxtəlif semantik və formal əalmətlərə əsaslanır. Formal planda - vurğulu – vurğusuza, bir və iki və daha çox hecalara, birmorfemli və iki və daha artıq mirfemlilərə, bir formalı və çox formalılara parçalanması (dəyişən-dəyişməyən), sadə və düzəltmə.
Linqvistika üçün sözlərin nitq hissələri üzrə funksional təsnifatıdır. Leksemlər nominativ dəyərliyinə görə cümlədə fərqli funksiyaları öz üzərlərinə götürürlər. Aparıcı rol əsas (nominatv – isim, sifət, fel, zərf, say və s.), onlara yaxın olan işarə əvəzliklər (deyktik sözlər) və modal sözlərdir.
Əsas sözlərə,modal sözlərə və nidalara qarşı köməkçi sözlər qoyulur. Onalr ya situasiya elementləri arasındakı münasibətləri, ya onlara işarə edirlər, ya da onların müəyyən qrammatik siniflərə aid olduğunu bildirirlər.
Deyilənlərin yekunda sözə belə işlək tərif vermək olar “minimal nisbi sərbəs dil vahididir, sözün morfemə münasibətdə nisbiliyi onun cümlə strukturunda reallaşmasında qəti xətti bağlılığın olmamasındadır, bundan başqa, o, sintaktik cəhətdən fəaliyyətə - minimal (birsözlü) cümlə keyfiyyətində və ya cümlə üzvü funksiyasında çıxış etməsindən ibarətdir”. Digər vahidlər kimi söz invariant keyfiyyətində (Sözün invariantı kimi leksüm çıxış edir) çıxış et­mək­lə bərabər norma səviyyəsində varianrlarla (alloleksemlərlə), danışıqda isə lekslər vasitəsilə reallaşır.
Söz semantik vahiddir, yəni onun konkret mənası olur; Söz fonetik cəhətdən formalaşmış bütövdür, yəni onun vahid vurğusu olur, Söz başqa vahidlərdən ayrılıb götürülə bilir.
Stratifikasiya leksikona
Leksikologiyanın əsas vəzifələrindən biri leksik qata daxil olan sözlərin müəyyən meyarlar əsasında bölgüsünü verməkdir. Dilin leksik qatında aşağıdakı aspektlər fərqləndirilir:

  1. Gerçəkliyə münasibətinə görə: a) konkret sözlər, b) abstrakt sözlər;

  2. işlənmə tezliyinə görə: a) çox işlənən sözlər, b) az işlənən sözlər;

  3. işlək dairəsinə görə: a) ümumişlək sözlər, b) peşə ilə bağlı sözlər, c) sahə (siyasi, iqtisadi, hüquqi və s.) terminlər;

  4. özəl və ya alınma sözlər a) dilin öz sözləri, b) alınma sözlər, c) bütöv dilə məxsus olan sözlər, d) dialekt sözlər;

  5. zamana görə bölgü: a) arxaizimlər, b) neologizmlər;

  6. üslubi bölgü: a) müstəqim mənalı sözlər, b) məcazi mənada işlənən sözlər;

  7. struktur bölgü: a) sadə sözlər, b) düzəltmə sözlər; c) mürəkkəb sözlər;

  8. birləşmələrdə iştirakına görə: a) sabit birləşmələr; b) sərbəst birləşmələr.




Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə