I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dilin fonem inventarının (tərkibinin) müəyyən edilməsi prinsipləri



Yüklə 405,13 Kb.
səhifə25/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   63
muhazire

Dilin fonem inventarının (tərkibinin) müəyyən edilməsi prinsipləri
Müasir dilçilikdə dilin fonem tərkibini müəyyənləşdirmək üçün bir neçə üsuldan istifadə edirlər.
1) səslərin söz mənalarını fərqləndirə bilməsi üsulu. Bu prinsip Boduendən bəri linqvistik irsdə təkrarlanır. Yarımçıq və ya kvaziomonimlərdən istifadə edən bu üsul iki sözü qarşılaşdırarkən onların maddi qabığında bir sait və ya samit fərqi varsa və bu fərq məna fərqi ilə bağlıdırsa, onda o saiti və ya samiti müxtəlif fonem kimi götürmək olar. Məsələn, /at-it/, /baş-qaş/, /daş-döş/ və s.Məlumdur ki, bu sözlərin fərqləndirilməsi bu səslərə əsaslanır. Elə buna görə də bu üsulu müdafiə edənlər həmin sait və samitləri müstəqil fonemlər kimi götürürlər. Bu fikri L.Hyelmslev və N.S.Trubeskoy da müdafiə edirdilər. L.Hyelmslevə görə, “ifadə planında dəyişiklik məna planında dəyişikliyə səbəb olursa, deməli, biz ifadə planında fonem müxtəlifliyindən danışa bilərik”. Məsələn /dəng-zəng/. N.S.Trubeskoya görə, iki səs o zaman fonemkimi çıxış edə bilir ki, onlar fonoloji qarşılaşmanın üzvü olsunlar, yəni kvaziomonimlər yarada bilsinlər. Amerika deskriptivistləri də dildə səslərin müstə­qil­liyini minimal cütlərin /bir-pir/ vasitəsilə izah etməyə çalışırdılar. Amerikan alimləri London alim­lərinin (D.Couns) ənənələrinə rəğmən hazırladıqları akustik və artikulyator yaxınlıq prinsiplərini də unutmurlar. Amerikalıların fikrincə, akustik və artikulyator cəhətdən bir-birinə yaxın olan iki səs öz aralarında tamamlama distribusiyasında iştirak edirlərsə, onlara eyni fonemin müxtəlif variantları kimi yanaşmaq olar. Məsələn, /kal-kül/ sözlərinsə /ko - k'o/ səsləri bir-birini istisna edən mövqelərdə gəlir. Bu səslər arasında akustik və artikulyator yaxınlıq var, lakin onlar həmin sözlərin mənasını dəyişmirlər, bunu samitlər yerinə yetirir. Ona görə də onlar bir fonemin müxtəlif variantlarıdır. Buüsulun qüsuru ondadır ki, mexaniki söz qaşılaşmalarını əsas götürərək səsin məna fərqlən­dirilməsini öz plana çəkirlər. Mənası olmayan dil vahidinin linqvistik statusu ondan kənarda olan semantika ilə müəyyən edilir. Bu isə dildəki sinonimlərin və omonimlərin nəzərə alınmamasıdır.
2) morfoloji prinsip. L.V.Şerba 1912-ci iləd magistrlik dissertasiyasında “Rus dili saitləri keyfiyyət və kəmiyyət münasibətlərində” hər hansı bir səsin fonemliyini sübut etmək üçün morfoloji prinsip ideyasını irəli sürür. Məsələn, Azərbaycan dilində /kitab/- /kitab -a – kitab-ı/ sözlərində /a-ı/ səslərinin ayrılması və fonoloji funksiya daşıması və əhayət, onların ayrıca fonem kimi müstəqillik qazanması məhz morfoloji təhlilin köməyilə mümkün hesab etməklə L.V.Şerba bir daha morfoloji prinsipin vacibliyini göstərə bildi. Lakin heç də dildəki bütün səslər morfoloji (qrammatik) funksiya yerinə yetirə bilmirlər. Belə olduqda rus dilçisi L.L.Bulaninin dilçilik elminə riyaziyyatdan gətirdiyiqalıqlı bölüm prinsipi köməyə çatır. Məsələn, dilimizdə /turac-txac/ sözlərinə nəzər salaq. Birinci sözdəki /c/ samitini ayırmaq mümkün deyildir. Lakin ikinci sözdəki /c/ samitini ayırmaq olar. Bilirik ki, /tıxac/ sözü /tıxamaq/ felindən əmələ gəlmişdir. //tıxa/ felin kökü /-maq/ isə məsdər göstəricisidir. Beləliklə, /tıxa+c/ sözündən /c/ samitini ayırmaq mümkündür. Səs əgər bir dəfə müstəqil şəkildə qrammatik funksiya yerinə yetirirsə, onu onun bütün realizasiyalarına şamil etmək olar. Bu üsul dilin daxili cəhətinə aiddir və onu linqvistik meyar hesab etmək olar.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə