I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə31/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   63
muhazire

9.3. Kök morfemlərin bölgüsü
Dilin kök morfemlərini biz 5 qrupa bölürük:

  1. dəyişməz kök morfemlər. Məs., Azərb.d.: /at/, /it/, alm. d.: /fRü./ “früh/ (tezdən); ing.d.: /kəet/ “cat”(pişik) və s.

  2. dəyişməz kök morfemlər + sıfır morfem. Məs., Azərb. d.: kitab+ø

  3. dəyişən kök morfemlər: /tolax/ (çolaq), /dova/ (dovğa); alm.d.: (die) /`u:fəR/ “Ufer” (sahillər), ing.d.: /i:p/ “sheep” (qoyun) və s.

  4. dəyişən kök morfemlər + şəkilçi morfem: məs., ing.d. /taild/ “child” /tild+rən/ “children” (uşaq-uşaqlar); alman d.: /bu:x/ “Buch”- /'bü:ç+əR/ (kitab- kitablar) və s.

  5. dəyişən kök morfemlər + sıfır morfem. Məs., ing.d.: /fu:t/ /fu:t/ “foot” /fi:t/ “feet” (ayaq-ayaqlar), alm.d.: /fa:təR/ “Vater” /fe:təR / “Väter/, (ata- atalar) Azərb. d.: /uzun-uzan/ və s.

Bundan başqa homofon formaları da fərqləndirmək lazım gəlir:

  1. İng.d. /piə/ “pear”, /piə/ “pare”/ və /piə/ “pair” eyni cür səs­lənsələr də, müxtəlif məna ifadə edirlər.

  2. Nisbi homofonlar o homofonlara deyilir ki, onlar müxtəlif paradiqmlərə mənsub olurlar. Elmi ədəbiyyatda bunlara konvergen­siya deyirlər. Məs., ing.d. /ju:s/ “use” (istifadə etmək) və /ju:z/ “use” (istifadə etmə), biri feil, o birisi isə isimdir və s.8

Görkəmli dilçi E.Koseriu funksionallıq prinsipinin metodiki nailiyyətini kommutasiya adlandırır. Onun fikrincə, ifadə planı ilə məna planı arasındakı həmrəyliyi üzə çıxartmaq üçün ifadə planında bir elementin başqası ilə əvəz olunarkən (kommutasiya) məna planında dəyişikliyin olub -olmamasını üzə çıxartmaq deməkdir.9 Məs., /da/: /ga/: /ba/: /ja/ və s.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə