MühaziRƏ 11 ŞÜalanmalardan mühafiZƏ MƏSƏLƏLƏRİ



Yüklə 184,29 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix28.04.2023
ölçüsü184,29 Kb.
#107551
  1   2   3   4   5
M haziR 11 alanmalardan m hafiZ M S L L R p L a n



1
MÜHAZİRƏ 11
ŞÜALANMALARDAN MÜHAFİZƏ MƏSƏLƏLƏRİ
P L A N
1. İonlaşdırıcı şüalanmalar və onlardan mühafizə
2. Elektromaqnit şüalanmaları və onlardan mühafizə
3. Lazer şüalanmaları və onlardan mühafizə
4. Ultrabənövşəyi şüalanmalar və onlardan mühafizə


2
İonlaşdırıcı şüalanmalar və onlardan mühafizə
Müasir elmi-texniki tərəqqi dövründə, atom energetikasının, kosmik
tədqiqatların, radioloji müalicə praktikasının və s. sürətlə inkişafı ilə əlaqədar
olaraq mühəndis-texniki işçilərin, hətta hər bir ziyalının zərərli şüalanmaların
mahiyyətini, orqanizmə təsirini, bu sahədə gigiyenik normaları və mühafizə
üsullarını öyrənməsi zəruridir.
Mühitin ionlaşmasına (yüklənmiş atom və ya molekulların-ionların
yaranması) səbəb olan hər hansı şüalanma
ionlaşdırıcı şüalanma
adlanır.
Kosmik şüalar, təbii surətdə yayılmış radioaktiv maddələr ionlaşdırma xassəsinə
malikdir. Süni ionlaşdırıcı şüalandırma mənbəyi xalq təsərrüfatında tətbiq edilən
süni radioaktiv izotoplardır.
Radioaktiv maddələrlə (uran, radium, torium və s) işləmək insan həyatı
üçün təhlükəlidir. Həddindən artıq radioaktiv şüalanma çox ağır nəticələr verir.
Lakin müəyyən texniki və təşkilatı tələblərə riayət edildikdə radioaktiv maddələr
təhlükəli deyil.
Canlı hüceyrələrə ionlaşma təsiri nəticəsində orqanizmdə müxtəlif
birləşmələrin kimyəvi quruluşu dəyişir və molekullar arasında rabitə pozulur,
hüceyrələr məhv olur. Canlı orqanizmdə 70%-ə qədər su olduğu üçün şüalanma
zamanı bioloji proseslərə suyun radiolizi böyük təsir göstərir.
Radioliz məhsulları orqanizmdəki başqa molekullarla kimyəvi reaksiyaya
daxil olub, sağlam orqanizmə xas olmayan yeni birləşmələr yaradır. Bioloji
proseslərin belə pozulması dönən olduqda bədən hüceyrələri yenidən bərpa
olunur, dönməyən olduqda isə pataloji dəyişikliklər müxtəlif xəstəliklərə,
xüsusən şüa xəstəliyinə əlverişli şərait yaradır.
Bədəndə gedən bu bioloji pozulmalar şüalanma miqdarından, şüalanma
müddətindən asılıdır. 400-500 rad şüalanma insan üçün öldürücü təsirə malikdir.
1000 rad ani ölümə səbəb olur.
Radioaktiv şüalanma buraxılabilən həddən artıq olduqda uzun müddətli
təsir nəticəsində xroniki şüalanma xəstəliyi yaranır.


3
Şüa xəstəliyinin əlamətləri yuxunun pozulması, baş ağrıları, dərinin
quruması, iştahanın pozulması və s. (ilk mərhələ). Sonra həzmetmə orqanları,
maddələr mübadiləsi pozulur, ürək-damar dəyişiklikləri, qanaxma, dırnaqların
tökülməsi (ikinci mərhələ) və nəhayət, beyin damarlarına və ürək əzələlərinə
qan sızması, tüklərin tökülməsi, cinsiyyət xəstəliyi, irsi nəticələr (ücüncü
mərhələ) əmələ gəlir.
İnsan bədəninin birdəfəlik ümumi şüalanmasında udulmuş şüalanma
dozasından asılı olaraq aşağıdakı bioloji pozulmalar baş verə bilər.
0,25 qreyə qədər - pozulma müşahidə olunmur
0,25…0,50 qrey - qanda dəyişikliklər yarana bilər.
0,5-1,0 qrey - qanın dəyişməsi, normal əmək qabiliyyətinin pozulması baş
verir.
1,0…2,0 qrey - normal vəziyyətin pozulması, əmək qabiliyyəti itirilə bilər
2,0…4,0 qrey - əmək qabiliyyətinin itirilməsi ölümlə nəticələnə bilər.
4,0…5,0 qrey zədələnmələrin 50% -ə qədəri ölümlə nəticələnir.
6,0 qrey və daha çox zədələnmələrin 100% qədəri ölümlə nəticələnir.
İonlaşdırıcı şüalanmanın xassələri
. Elektromaqnit-alfa, beta, qamma,
rentgen, neytron və s. şüalanması maddə ilə bilavasitə, yaxud dolayı qarşılıqlı
təsirdə olub atom və molekulları ionlaşdırır.
Nüvənin radioaktiv şualanması əsasən

,

,

şüalanmaya səbəb olur.

şüalanma müsbət yüklü helium atomunun nüvələrindən ibarət
hissəciklər selidir.

şüalanma elektron, yaxud pozitronlar selidir.

şüalar nüvədaxili energetik dəyişmələri elektromaqnit şüalanmasıdır.
Bəzi radioaktiv maddələr eyni zamanda



şüalar buraxır. Rentgen
şüalanması maddənin elektroionlarının çox tez tormozlanması nəticəsində
yaranan qısa elektromaqnit dalğalarından ibarətdir.
Neytron şüalanması neytronlar selindən ibarətdir. Neytron elektrik yükünə
malik olmadığı üçün atom nüvəsi ilə asanlıqla əlaqəyə girib, nüvə reaksiyası
yaradır.


4
Radioaktiv şüalanma hissəcikləri ionlaşdırıcı və nüfuzetmə qabiliyyəti ilə
xarakterizə olunur.

hissəciklər maksimum ionlaşdırıcı və minimum nüfuzetmə qabiliyyətinə
malikdir.

hissəciklər üçün bu göstəricilər əksinədir.

şüalar ən çox
nüfuzetmə qabiliyyətinə malikdir.
İonlaşdırıcı şüalanmaların canlı orqanizmə bioloji təsiri, ilk növbədə,
udulmuş şüalanma enerjisindən asılıdır. Udulmuş şüalanma dozasının ölçü
vahidi Coul/kq-dır. Sistemdən kənar olçü vahidləri isə qrey, rad, millirad,
mikrorad və s.dir.
1 rad =0,01qrey
Bəzən doza vahidi rad-ın bioloji ekvivalenti olan

Yüklə 184,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə