MühaziRƏ 11 ŞÜalanmalardan mühafiZƏ MƏSƏLƏLƏRİ


Lazer şüalanmaları və onlardan mühafizə



Yüklə 184,29 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix28.04.2023
ölçüsü184,29 Kb.
#107551
1   2   3   4   5
M haziR 11 alanmalardan m hafiZ M S L L R p L a n

Lazer şüalanmaları və onlardan mühafizə
L
azer xarici mənbəyin enerjisini koqerent xassəyə malik olan infraqırmızı,
işıq və ya ultrabənövşəyi şüalanma enerjisinə çevirən optikomexaniki və elektrik
qurğuları
kompleksindən
ibarətdir.
Lazerin

prinsipi
atomun
həyəcanlandırılmış vəziyyətindən əsas vəziyyətə (az enerjili) keçərkən özündən
fotonlar şüalandırmasına əsaslanır.
Lazer şüalanmalarının insan orqanizminə təsiri çox mürəkkəbdir, həm
toxumalara birbaşa təsiri, həm də şüalanma nəticəsində orqanizmdə gedən
dəyişikliklərlə əlaqədar ikinci təsiri ilə fərqlənir.Lazer şüalanmaları ilə
zədələnmə təhlükəsi şüalanmanın gücündən, dalğa uzunluğundan, impulsun


9
davamiyyətindən, tezliyindən və təsir müddətindən, həmçinin şüalanma təsir
edən üzvlərin, toxumaların bioloji və fiziki-kimyəvi xüsusiyyərlərindən asılıdır.
Lazer şüalanması
insan
orqanizminə
istilik

qeyri-istilik
(mexaniki,elektirik) təsirləri göstərir.
Canlı orqanizmin toxumaları lazer şüalanmalarını demək olar ki, keçirmir.
Buna görə də, şüalanma əsasən dəri örtüyünə təsir edir. Deməli, dəri örtüyü
müəyyən dərəcədə orqanizm ciddi daxili zədələnmələrdən qoruyur. Fasiləsiz iş
rejimində işləyən lazer şüalanmalarının orqanzmə istilik təsiri çox cəhətdən yerli
qızdırılmaya oxşayır; dəridə yanıqlar əmələ gəlir, şüalanmaının enerjisi 100
Couldan çox olduqda isə biotoxumaların dağılaraq buraxılması nəticəsində
kraterə bənzər nekroz (ölgünləşmiş) sahəsi yaranır.
Lazer şüalanmalarının təsirinə insanın gözləri xüxusən həssasdır. Gözlər
lazerin həm birbaşa, həm də əks olunmuş şüasından zədələnə bilər. Zədənin
xarakteri dalğa uzunluğundan asılı olur. Ultrabənövşəyi şüalanma sahəsində ilk
növbədə gözün buynuz təbəqəsinin zulalı dağılır və selikli qişasında yanıq
yaranır. Enerji sıxlığı böyük olduqda bərpa olunmaz korluq əmələ gəlir.
Yuxarıda göstərilmiş zədələnmələr yalnız lazer şüalanmalarının insan
orqanizminə birbaşa təsiri nəticəsində yarana bilər. Praktikada belə hallar ancaq
təhlükəsizlik tədbirlərinin kobudcasına pozulması nəticəsində baş verə bilər. İş
vaxtı xidmətedici heyət əsasən dağınıq və əks olumuş lazer şüalanmalarının
təsirinə məruz qalır. Bu zaman insan orqanizmində müxtəlif funksional, ilk
növbədə sinir və ürək-damar sistemlərinin pozulmaları baş verir: arterial qan
təzyiqinin dəyişkənliyi, güclü tərləmə, əsəbilik, gözlərin ağrıması,
narahatlıq,səhfə yol vermək və s. müşahidə olunur. Adətən, iş və istirahət rejimi
qaydaya salındıqda uyğun mühafizə və profilaktika tədbirləri görüldükdə
göstərilən əlamətlər öz-özunə keçib gedir.
Lazer təhlükəli zonalar çəpərlənməli və ya şüalanmalar ekranlanmalıdır.
Ekranlar və çəpərlər əksetmə əmsalı kiçik olan odadavamlı materiallardan
olmalıdır.


10
Lazer təhlükəsizliyi kollektiv mühafizə vasitələri ilə təmin olunmadıqda
fərdi mühafizə vasitəsi kimi eynək və maskadan istifadə ediməlidir. Lazer
şüalanmasının dalğa uzunluğundan asılı olaraq eynəklərdə narıncı, göy-yaşıl və
rəngsiz şüşələrdən isifadə edilir.

Yüklə 184,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə