MühaziRƏ 11 ŞÜalanmalardan mühafiZƏ MƏSƏLƏLƏRİ


Elektromaqnit şüalanmaları və onlardan mühafizə



Yüklə 184,29 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix28.04.2023
ölçüsü184,29 Kb.
#107551
1   2   3   4   5
M haziR 11 alanmalardan m hafiZ M S L L R p L a n

Elektromaqnit şüalanmaları və onlardan mühafizə
Elektromaqnit dalğalarının enerjisindən istifadə edən sənaye sistemlərinin
tətbiqi (məsələn, müxtəlif materialların termik emalında, radio və televiziya
verlişlərində) mühitdə elektromaqnit dalğalarının yaranması ilə müşayiət olunur.
Onların buraxıla bilən həddən yüksək səviyyələri peşə xəstəliklərinə səbəb olur.
Elektomaqnit sahələrinin mənbəyi induksiya dolaqları, generatorun ayrı-
ayrı elementləri, transformatorlar, antenalar, yüksək gərginlikli elektrik xətləri,
mühafizə quruluşları və avtomatikası, elektromaqnitlər və s. ola bilər.
Aşağı tezlikli (0,003 hs…30 khs) elektrik sahəsinin uzun müddətli
təsirindən insanın mərkəzi sinir və ürək-damar sistemlərində funksional
dəyişikliklər əmələ gəlir, elektrik sahəsinin yüksək gərginliyində həmçinin qanın
tərkibi dəyişir.
Daha yüksək tezlikli elektromaqnit sahələrinin təsiri əsasən istilik və
aritmiya effektləri ilə əlaqədardır.


7
İnsan orqanizminə nüfuz edən elektromaqnit şüalanmalarının enerjisi
istiliyə çevrilərək üzvlərin, toxumaların, hüceyrələrin yerli qızmalarına və
bütünlüklə bədənin temperaturunun xeyli artmasına səbəb ola bilər.
Elektromaqnit sahəsinin rəqs tezliyi artdıqca insana bioloji təsiri də artır
və ən güclü təsir ifrat yüksək tezlikli (300 Mhs…300 Qhs) diapazonlarında
yaranır. Yüksək intensivlikli elektromaqnit şüalanmaları toxuma və üzvlərdə
morfoloji dəyişikliklər yarada bilər (yəni həm onların strukturunu, həm də xarici
görünüşünü dəyişə bilər). Ən ağır hallarda yanıqlar, ölgünləşmə, qansızma,
hüceyrələrin strukturunun pozulması və s. mümkündür. Morfoloji dəyişikliklər
periferik və mərkəzi sinir sisteminin toxumalarında daha çox müşahidə olunur.
Bu cəhətdən desimetrik dalğaların sinir sisteminə təsiri daha güclüdür.
Görmə üzvlərinin marfoloji dəyişikliklərini xüsusən qeyd etmək lazımdır,
bu dəyişikliklər həm yüksək intensivlikli qısa müddətli şüalanmalarda, həm də
aşağı intensivlikli, lakin davamiyyətli şüalanmalarda yarana bilər. İmpulslu
şüalanmalar gözlər üçün fasiləsiz şüalanmalara nisbətən daha təhlükəlidir.
Kiçik intensivlikli elektomaqnit sahələrinin uzun müddətli xronik (istilik
effekti yaratmayan) təsiri müxtəlif sinir və ürək-damar pozulmalarına səbəb olur
ki, onlar baş ağrısı, yorulma, yuxunun pozulması, ürək ağrısı və s. şəkildə
təzahür edir. Endokrin vəzilər sisteminin pozulması və qan tərkibinin dəyişməsi
də mümkündür.
Elektromaqnit sahələrinin bioloji təsirindən yaranan funksional
dəyişikliklər orqanizmidə yığıla bilər, lakin şüalanmaların təsiri kənar edildikdə
və əmək şəraiti yaxşılaşdırıldıqda həmin dəyişikliklər bərpa olunur.
Elektromaqnit şüalanmaların gərginliyi və enerji axınının sıxlığı buraxılabilən
hədlərdən yüksək olduqda xidmətedici heyəti mühafizə etmək üçün aşağıdakı
vasitələrdən və üsullardan istifadə edilməlidir.
1. qurğuların yükünü azaltmaq və güc uducularından istifadə etməklə
elektromaqnit sahəsinin, gərginliyin və enerji axını sıxlığının azaldılması;
2. iş yerinin ekranlaşdırılması
3. iş yerinin şüalanma mənbəyindən uzaqlaşdırılması;


8
4. elektromaqnit enerjisini şüalandıran avadanlığın iş otaqlarında əlverişli
yerləşdirilməsi;
5. əlverişli iş rejimlərinin təyin edilməsi;
6. xəbərdaredici siqnalizasiyanın tətbiqi;
7. fərdi mühafizə vasitələrinin tətbiqi;
Aşağı tezlikli və radioşüalanmalardan mühafizənin ən səmərəli və çox
yayılmış üsullardan biri ekranlaşdırmadır. Ekranlar, bir qayda olaraq, elektrik
keçiriciliyi yaxşı materiallardan (mis, latun, alüminium və onun ərintiləri, polad)
hazırlanır.
Ekranın əsas göstəricisi onun səmərəliliyi, yəni elektromaqnit sahəsinin
zəifləmə dərəcəsidir. Elektromaqnit şüalanmalarının rəqs tezlikləri artdıqca
ekranlaşdırmanın səmərəliliyi artır. Ekran bütöv metal lövhədən və ya metal
tordan ola bilər ki, o da mütləq yerləbirləşdirilməlidir.
Elektromaqnit şüalanmalarından fərdi mühafizə vasitəsi kimi içərisində
metal tellər yerləşdirilmiş parçadan hazırlanan iş paltarından, kombinizon,
mühafizə eynəkləri və s. tətbiq edilir. Metallaşdırılmış parçadan hazırlanmış iş
paltarından istifadə edəkən elektrik təhlükəsizliyi tədbirlərinə ciddi riayət
edilməlidir.

Yüklə 184,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə