Türkiyə Böyük Millət Məclisinin millət vəkillərindən ibarət nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olmuşdur



Yüklə 11,99 Kb.

tarix28.08.2018
ölçüsü11,99 Kb.


Türkiyə Böyük Millət Məclisinin  millət vəkillərindən ibarət nümayəndə heyəti  

Bakı Ali Neft Məktəbində olmuşdur 

 Bu  gün  Türkiyə  Böyük  Millət  Məclisinin  (TBMM)  Türkiyə-Azərbaycan 

Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılığı ilə Bakıda  səfərdə 

olan  TBMM-nin    millət  vəkilləri  Mustafa  Kabakcı  ,İdris  Güllüce,  Adnan  Yilmaz,  Tulay 

Selamoğlu, Suay Alpay və Alpaslan Kavaklıoğlu Bakı Ali Neft Məktəbində olmuşdurlar.  

Tədbirdə  çıxış  edən  E.Qasımov  bildirmişdir  ki,  Azərbaycan  və  Türkiyə  qardaş  və 

dost  dövlətlər  olmaqla  yanaşı  eyni  zamanda  bütün  sahələrdə  ən  yaxın  müttəfiq 

dövlətlərdir.  Ümummilli  lider  Heydər  Əliyevin  “Azərbaycan-Türkiyə  bir  millət  iki 

dövlətdir”  ifadəsini vurğulayan E.Qasımov qeyd etmişdir  ki, hər iki dövlət  ölkələrimizlə 

bağlı məsələlərin həllində bərabər addım atır və hər hansı bir yaranmış maneənin aradan 

qaldırılması  üçün  bir-birinə  dəstək  olur.  Azərbaycanın  və  Türkiyənin  keçdiyi  tarixi  və  

inkişaf  yolundan  danışan    E.Qasımov  vurğulamışdır  ki,  bu  gün  dünyada  aparılan  ikili  

siyasi yanaşma olmasına baxmayaraq, ölkələrimiz bütün sahələrdə sürətlə inkişaf edərək  

yerləşdikləri  coğrafi  regionun  aparıcı  dövlətlərinə  və  dünya  dövlətləri  üçün  əhəmiyyətli 

müttəfiqə  çevrilmişdirlər.  Azərbaycanda  müxtəlif  sahələrdə  həyata  keçirilən  uğurlu 

layihələrdən  və  islahatlardan  danışan  rektor  bildirmişdir  ki,  ölkə  başçısı  cənab  İlham 

Əliyevin ən önəm verdiyi sahələrdən biri də məhz təhsil sahəsidir. Azərbaycan prezidenti 

cənab  İlham  Əliyevin  “Neft  kapitalını  insan  kapitalına  çevirməliyik”  şüarı  da  məhz  bu 

sahəyə  verilən  önəmin  göstəricisidir.  Daha  sonra,  Bakı  Ali  Neft  Məktəbi  haqqında 

qonaqlara  ətraflı  məlumat  verən  rektor  bildirmişdir  ki,  ali  məktəbin  yaradılmasında  əsas 

məqsəd  inkişaf  edən  ölkəmiz,  eyni  zamanda  istər  Azərbaycanda,  istərsə  də  xaricdə 

fəaliyyətini  genişləndirən  və  artıq  transmilli  şirkətə  çevrilən  ARDNŞ  üçün  beynəlxalq 

standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması  olmuşdur. 

Tədbirdə  çıxış  edən  Türkiyə-Azərbaycan  Parlamentlərarası  dostluq  qrupunun 

rəhbəri  Necdet  Ünüvar  Azərbaycan  və  Türkiyə  dövlətlərinin  birgə  həyata  keçirdikləri   

siyasi–iqtisadi  strategiyanın önəmi haqqında  ətraflı məlumat verərək bildirmişdir ki, bu 

strategiyadan  ən  önəmlisi  bizi  bağlayan  qardaşlığımızdır.  Bu  gün  iki  qardaş  dövlət 

birləşərək  dünya  və  region  dövlətləri  üçün  bir  çox  önəmli  layihələrə  imza  atmışdır.  O, 

qeyd  etmişdir  ki, Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum  qaz kəməri,  Bakı-Tibilisi-

Axalkalaki-Kars  dəmir  yolu  xətti,  TANAP  və  s.  digər  layihələr  bunun  bariz 

nümunələrindəndir.  

Mustafa  Kamal  Atatürkün    “Kafkazların  o  biri  tarafında    bizim  kardeşlərimiz 

var.Ve bir gün gelecek biz mutlaka onlara  kovuşacağız” qardaşlığı təcəssüm etdirən tarixi 



nitqi  ilə  çıxışa  başlayan  TBMM-üzvü,  millət  vəkili  Mustafa  Kabakçı  vurğulamışdır  ki, 

Azərbaycanın  gücü  Türkiyənin  gücü,  Türkiyənin  gücü  isə  Azərbaycanın  gücüdür. 

M.Kabakçı tələbələrə xitab edərək bildirmişdir ki, bu şərəfli missiyanı qorumaq və daha 

da gücləndirmək artıq sizlərin üzərinə düşür. 

Tədbirdə çıxış edən digər millət vəkilləri Azərbaycan-Türkiyə arasındakı qardaşlıq 

bağları,  tarix  boyu  düşmənlərə  qarşı  birgə  mübarizəsi  və  bugünkü  uğurları  haqqında  

ətraflı məlumat vermişdirlər. 

 

  



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə