Bəkir Çobanzadə 15 may 1893-cü ildə Kırımın Qa­rasuba­zar şəhərinin Arğın kəndində anadan olmuşdur



Yüklə 128,77 Kb.
səhifə2/2
tarix23.12.2023
ölçüsü128,77 Kb.
#157145
1   2
Son dövr Krım

емоциональное выразительн.) və lisani, ləhcəvi (диалектологигекси- лингвист.)" (4,307). Bu məqalədə müəllifin əsas məqsədi M. F. Axundzadə dilini yalnız dil xüsusiyyətləri baxımından araşdırmaq, Mirzə Fətəlinin əsərlərindən Azərbaycan dilinin bəzi mühüm və canlı xüsusiyyətlərini öyrənməyin mümkün olduğunu, bu əsərlərin dilçilər üçün də qiymətli bir mənbə olduğunu göstərməkdir. B. Çobanzadə Mirzə Fətəli Axundzadənin 1859-cu ildə Tiflisdə ərəb əlifbası ilə çap edilmiş "Təmsilat"ına əsaslanaraq onun əsərlərinin bəzi dil xüsusiyyətlərini tədqiq edir.
B. Çobanzadəyə görə, Azərbaycan ədəbiyyatında yeni nəsr XIX əsrin əvvəllərində A. Bakıxanovun əsərlərində təzahür edir. O yazır ki, Azərbaycan ədəbiyyatında birinci dəfə olaraq Bakıxanov köhnə dilin "qarışıq və mətləbləri uzun" olduğunu və yeni dil yaratmaq lüzumunu anlamışdır. Müəllif yeni nəsrin nümunəsi kimi A. Bakıxanovun uşaqlar üçün yazdığı " Kitabi- nəsihət" əsərindən aşağıdakı parçanı misal göstərir: " Hər kəsə ki, yetişdin salam ver, əgər sənə söz desə, ona ədəb və hörmətlə cavab ver, ta hamı səni dost və əziz dutsun. Çün bir adəmi möhtac gördün, hər nə qədər mümkün olsa, ona kömək eləməkdən müzayiqə eləmə, tainki özgələr də ehtiyac vaqtında sənə kömək eləsinlər" (5, 28-29). Yeri gəlmişkən qeyd edək ki, A. Bakıxanovun "Nəsayeh" əsəri Azərbaycan filologiyasında uzun müddət Azərbaycan dilində yazılmış bir əsər kimi qəbul edilmişdir. Bu fikrin ədəbiyyatşünaslıqda yayılmasında, görünür ki, Firidun bəy Köçərlinin A.Bakıxanovun “Kitabi-nəsihət” əsərinin (yəni “Nəsayeh” əsərinin) Azərbaycan dilində yazılması barədəki məlumatı əsas olmuşdur (6,293). Yalnız çox sonralar M.Aslanovun “Nəsihətlər” haqqında həqiqət” adlı məqaləsində (“Azərbaycan” jurnalı, 1971, № 2) sübuta yetirilmişdir ki, A.Bakıxanov “Nəsayeh” əsərini farsca yazmış, 1907-ci ildə isə həmin əsər qubalı Seyid Rza Mirhüseyn tərəfindən azərbaycancaya tərcümə edilmişdir (6,564). B.Çobanzadənin yeni dil, yeni nəsr nümunəsi kimi təqdim etdiyi mətn parçası da məhz həmin tərcümədəndir.
B.Çobanzadə yeni nəsrdən danışarkən qəzet dili məsələsinə də toxunur, lakin onun milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin dilinə verdiyi qiymət obyektivlikdən uzaqdır: “Həsən bəy Zərdabi Melikov, Azərbaycanda birinci qəzet mühərriri olaraq, yeni qəzet dili axtardı, lakin tapa bilmədi” (5,29).
Əslində isə “ Əkinçi ”nin dili elə H.Zərdabinin istədiyi dil idi, millətə lazım olan, mətbuat dilinin tələblərinə cavab verən, hamı tərəfindən anlaşılan, aydın və təmiz bir dil idi. H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Abayeva “ Həsən bəy Məlikov Zərdabinin bioqrafiyası ”nda böyük maarifpərvərin dil məsələsindəki mövqeyini dəqiq şəkildə göstərmişdir: “Həsən bəy ömrünün axırına qədər saf türkcə tərəfdarı olmuşdur. Türk dilinə ərəb və fars kəlmələrinin qatılmasının
əleyhinə idi. O, bu barədə çox yazmışdır. Onun “Əkinçi”sinin dili bütün Qafqaz müsəlmanları arasında aydın anlaşılır” (7,27).
B.Çobanzadə füyuzatçıların və mollanəsrəddinçilərin nəsr dilinə də münasibət bildirir. O, “Füyuzat” məcmuəsi və Əli bəy Hüseynzadə başda olmaqla osmanlı ədəbi nəsrini qəbul edənlərin Azərbaycan türk dilini inkar etdiklərini, Azərbaycan ədəbi nəsrinin inkişaf etdirilməsi məsələsi ilə məşğul olmadıqlarını göstərir. Müəllifə görə, M.F.Axundzadə irsini davam etdirən mollanəsrəddinçilərdə canlı danışıq, dialoq nəsri möhkəm və zəngin olsa da, onlar ədəbi dil və qrammatik quruluş məfhumlarından uzaq olmuş, onların əsərlərində çox hallarda nə ismi, nə də feli cümlələr lazımi yerində işlədilməmişdir (5,30).
Mollanəsrəddinçilərin dili və üslubu haqqında çox mülahizələr söylənmişdir. C.Məmmədquluzadə özü də “Xatiratım” əsərində bu məsələyə aydınlıq gətirərək yazmışdır: “Əlbəttə, bu dil ki, biz onunla “Molla Nəsrəddin”i yazırdıq, o dili biz ümum türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyilik və bu da bizə heç lazım deyil; bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan bir dillə Azərbaycan türklərinə və bəlkə də sair türklərə asan bir dillə yetirmək idi. Zənn edirəm ki, yetirdik də”

“Son dövr Krım-tatar ədəbiyyatı tənqid təcrübələri”, “Türk dili və ədəbiyyatının tədris üsulu”, “Azəri ədəbiyyatının yeni dövrü” adlı qiymətli tədqiqatları “Türk ədəbiyyatında təqlid və yaradıcılıq”, “Kumık dili və ədəbiyyatı haqqında”, “ Füzuli və onun yeri”, “Ədəbiyyatımızda yeni qiymətlər”, “Simurğun hekayələri” və s. məqalələri Bəkir Çobanzadənin ədəbiyyat tarixçisi və nəzəriyyəçisi, o cümlədən tənqidçi və metodist kimi çoxşaxəli yaradıcılığının, özgün xüsusiyyətləri ilə seçilən fəaliyyətinin dəyərli nümunələridir. Bəkir Çobanzadə ixtisas baxımından dilçi-türkoloq olmasına rəğmən, ədəbiyyatşünas alim kimi də müxtəlif yönlü araşdırmalar aparmış, sözügedən istiqamətdə də peşəkarcasına mövqe bildirmişdi. Onun bu sahədəki tədqiqatları Azərbaycan ədəbiyyatşünaslığının ayrı-ayrı vacib məsələlərinin şərhinə yönəlmişdi. Alimin bu xüsusda düşüncələrinə nəzər yetirək: “Ədəbiyyatı bir də ictimai amil, sosial faktor olması etibarilə tədqiq edəlim. İmdiyə qədər yazdıqlarımızdan görüldü ki, ədəbiyyat özü ictimai bir hadisədir və onun tədqiqində əsas olaraq tətbiq oluna biləcək üsul ancaq ictimaiyyat üsulu ola bilər. Lakin ədəbiyyat, digər tərəfdən, qüvvətli və mühüm ictimai amillərdən birisidir. Əsasən hər ictimai hərəkət (функция) özündən sonrakı hərəkət və hadisələrə qarşı daima amil (faktor) olaraq təsir edə bilər” (1, s. 260-261). Qeyd edək ki, Bəkir Çobanzadənin “Türk dili və ədəbiyyatının tədris üsulu” monoqrafiyasının ədəbiyyata dair məsələləri əks etdirən ikinci hissəsi də müəllifin ədəbiyyatşünaslıq elminə müfəssəl və mükəmməl bir şəkildə bələdliyini təsdiq edir. Əslində professor Təyyar Salamoğlunun da məxsusi olaraq vurğuladığı kimi, bu görkəmli alim “hər bir xalqın ədəbiyyatının mənşəyini, təşəkkül və inkişaf tarixini ədəbi-nəzəri fikrin dünya ədəbiyyatşünaslığı təcrübəsinə əsasən öyrənməyin tərəfdarı idi. “Türk dili və ədəbiyyatının tədris üsulu” monoqrafiyasında milli ədəbiyyatşünaslığı dünya ədəbiyyatşünaslığının praktikası ilə tanış etmək funksiyası əsas alınmışdı və alim bu əsərinin ikinci “qismi”ndə ədəbiyyatın elmi-metodoloji və tədris metodik problemlərinin nəzəri əsaslarını şərh edirdi” (3, s. 182-183). Bəkir Çobanzadə, haqqında söz açdığımız kitabında (“Türk dili və ədəbiyyatının tədris üsulu”) tanınmış Avropa və rus nəzəriyyəçilərinin fikirlərinə istinad edib, onları ümumiləşdirməklə yanaşı, özünün bu kontekstdə elmi mövqeyini də qəti şəkildə bildirmişdi. O, yazılarında ədəbiyyatın mənşə və inkişafı, ədəbiyyat tarixinin dövrlərə ayrılması, ədəbiyyatşünaslıq elminin sahələri, ədəbi əsərlərin təhlil və tənqidi, ədəbi məktəb və cərəyanlar və s. haqqında da elmi baxışlarını aşkar şəkildə ifadə etmişdi. Böyük alim ədəbiyyatda məzmun və forma, onların bir-biri ilə əlaqəsi məsələsinin hərtərəfli izahını vermişdi. Belə ki, “Şəkil və mündəricə” adlı tədqiqatında müəllif, forma və məzmun anlayışlarına müxtəlif yöndən şərh verərək məsələyə məhz müasir düşüncə müstəvisində yanaşmış, əsas elmi qənaətlərini bölüşmüşdü: “Hər hansı bir dövrdə meydana gəlmiş olan bədii, yaxud ədəbi əsəri alacaq olursaq, bu əsər üzərində iki sual qarşısında bulunuruq: mühərrir, yaxud sənətkar nə verir? Nə söyləyir? Necə verir? Necə söyləyir? Haman bunlardan “nə” sualına alacağımız cavab da məzkur əsərin şəklinə aid olur” (1, s. 195). Bəkir Çobanzadə məzmunu fikir və hisslərin ifadəsi kimi qeyd edir, ədəbiyyata sosioloji deyil, estetik yanaşmanı vurğulayırdı. Alim bədii-estetik qiymətləndirmədə forma ilə məzmunu birgə götürməyi məqbul sayırdı. Bəkir Çobanzadənin o məsələdə tutduğu mövqeyi əks etdirən fikirlərinə diqqət edək: “Ədəbi əsərin bunun üçün mündəricəsi nə qədər qüvvətli, nə qədər maraqlı, bu əsərin ehtiva etdiyi həyəcani nöqtələr nə qədər dərin və kəskin olursa, əsər də o nisbətdə qiymətli və təsirli olur. Belə bir əsərin mövzusu ən xəfif məcazdan ən ciddi və ictimai məsələlərə qədər dəyişə bilir. Hər hansı bir əsərin şəkli ilə mündəricəsini bir-birindən ayırmaq mümkündür. Lakin bu surətdə əsərin siması dəyişir və yapacağı təsir heçə enir. Bununla bərabər, məzkur əsər mövzuca az zehni və həqiqidirsə, belə şəklə və mündəricəyə ayırmaqdan daha artıq sınıq düşər” (1, s. 196). 58 Bəkir Çobanzadənin bədii ədəbiyyat, onun tarixinə elmi-nəzəri yanaşması ədəbiyyatın tarixi dövr və mərhələlərinə dair ən mükəmməl prinsiplər üzərində iş apararkən də aydın şəkildə özünü büruzə vermişdir. Alimin qənaətincə, ədəbiyyatı tarixi dövrlərə ayırmadan ona ümumi şəkildə münasibət bildirmək yetərli deyil. Ədəbiyyatın tarixi dövr və mərhələlərini əks etdirən məsələlərə münasibət bildirərkən Bəkir Çobanzadə, Riçard Meyer, Fridrix Kummer, Sakulin, Fuad Köprülüzadə və başqa görkəmli Avropa, rus və türk alimlərinin irəli sürdükləri, əsaslandırmağa çalışdıqları təsnifata ümumilikdə nəzər yetirirdi. Bununla belə, o, heç bir dövrləşdirmə prinsiplərinə aludə olmadan onlara tənqidi yöndən yanaşır, məsələni hərtərəfli təhlilə cəlb edirdi. Bununla belə, Bəkir Çobanzadə tarixi dövrləşdirmədə xronoloji üsuldan istifadənin geniş yayıldığını da qeyd edir, o aspektdə də fikirlərini əsaslandırmağa çalışırdı. Hətta, alim rus və Avropa ədəbiyyatşünaslığında yetərincə məqbul sayılmasa da, bu üsula kifayət qədər çox müraciət olunduğunu diqqət mərkəzində saxlayırdı: “... Rus ədəbiyyatında “otuzuncu illər”, “qırxıncı illər” kibi təbirlərə hər zaman rast gəlirik. Bununla bərabər, heç kimsə bu rəqəmləri doğrudan-doğruya riyazi mənasında anlamır. Əgər rus ədəbiyyatında otuzuncu, qırxıncı... illərdən bəhs olunursa, bu illər içində onun müəyyən şəkli və mövzusu vəsflərə malik olduğu qeyd olunmaq istənilər” (1, s. 251). Alim ədəbiyyat tarixini üfüqi və şaquli istiqamətlərdə öyrənmək prinsipini dəstəkləyir, rus və Avropa tarixçiliyində buna dair təcrübələrin olduğunu nəzərə çatdırırdı. Bəkir Çobanzadənin ədəbiyyat tarixinin dövrləşdirilməsinə dair elmi-nəzəri və metodoloji konsepsiyası öncə onun “Son dövr Krım-tatar ədəbiyyatı tənqid təcrübələri” adlı araşdırmasında praktik şəkildə verilmişdi. Maraqlıdır ki, alim ədəbiyyat tarixini dövrləşdirməni ilkin olaraq Krım-tatar ədəbiyyatının tarixi inkişaf yolu əsasında aparmışdı. Tarixi dövrlərin bölgüsü aparıldığı zaman burada, həmçinin ictimai-siyasi cəhətlər də gözlənilmişdi. Bəkir Çobanzadə sənətkar şəxsiyyətinin onu sinfi dünyagörüşündən daha geniş anlayış olması düşüncəsini də irəli sürürdü. Eyni zamanda o, sənətkarın yaradıcılığını onun həyatı və tərcümeyi-halı ilə birgə öyrənməyi əsas tutaraq bunun hər bir qələm adamının ədəbi mövqeyinin, estetik idealının düzgün başa düşülməsində mühüm amil olduğu barədə də müfəssəl şərh verirdi. Yaradıcılığına dair tədqiqatlar da vurğulandığı kimi, Bəkir Çobanzadənin “söz sənətinin spesifikası, onun başqa ictimai şüur formaları ilə əlaqəsinə dair baxışları ciddi elmi əsasa malik müstəqil bir nəzəriyyədir” (2, s.158). Göründüyü kimi, Bəkir Çobanzadənin bölgüsündə diqqət çəkən maraqlı məqamlar yetərincə çoxdur. Onların sayəsində, ilk növbədə, ümumən ədəbiyyat tarixində baş vermiş ayrı-ayrı hadisələrin mahiyyətini anlamaq və izah etmək, ələlxüsus da bu yöndə fikir yürütmək imkanları genişlənmiş olur. Ədəbiyyat 1. Çobanzadə B. Seçilmiş əsərləri. Beş cilddə, III cild. Bakı: Şərq-Qərb, 2007, 344 s. 2. Babayev N. Ədəbi mübahisələr. Bakı: Yazıçı, 1986 3. Salamoğlu T. Azərbaycan ədəbiyyatının müasir problemləri. Bakı, 2014, 512 s.
O, Azərbaycanın həm klassik şair və yazıçılarının, həm də XX əsrin 20-30-cu illərinin gənc yazıçılarının əsərlərinin dilini araşdırmışdır. Onun «Xətainin dili və yaradıcılığı haqqında», «Füzuli və onun yeri», «M.F.Axundovda azəri ləhcəsi», «Türk ədəbiyyatında təqlid və yaradıcılıq», «Ədəbiyyatın mənşə və inkişafı», «Köprülüzadə M.F. əski türk ədəbiyyatı haqqında», «Ədəbiyyat bir elmmidir?», «Ədəbiyyatın tədqiqindəki dövrlər», «Ədəbiyyat tarixi üsulları», «Ədəbiyyatın tərbiyəvi əhəmiyyəti və məktəblərdəki yeri» və s. məqalələrində ədəbiyyatşünaslıq məsələləri araşdırılmışdır. İxtisasca türkoloq olan B.Çobanzadə 300-dən artıq məqalənin, 41 monoqrafik tədqiqatın müəllifidir. O, eyni zamanda şair kimi də fəaliyyət göstərmiş, şeirlərini «Sidqi» təxəllüsü ilə yazmışdır. O, uzun illər tatar xalqını əsərlərində milli azadlıq ruhunda mübarizəyə səsləmişdir. «Dana doğru» şeirdir. Şeirin birinci misrasında şair «zülmət gecə yer görünmür, ulduz yox» deməklə tatar xalqının əsarət altında, yəni zülmətdə olduğunu, insanların öz torpaqlarında hüquqsuzluğunu, bu xalqı oyadacaq bir qəhrəmanın-ulduzun olmadığını ürək ağrısı ilə dilə gətirir. Şeirin sonrakı misralarında şair «süzər atım, yaydan çıxıb sanki ox» deməklə mübarizəyə hazır olduğunu, onun qarşısını heç nəyin ala bilməyəcəyini, özünü «yaydan çıxmış ox»la müqayisə etdiyini görürük. Şair şeirdə dana – gələcəyə-azadlığa, işıqlı sabahın açılmasına doğru irəliləməkdədir. Azadlığa doğru yürüyən qəhrəman dağlarını-düzlərini azad görmək istəyir, qəhrəmanı bir sual düşündürür: «Bitərmi düşmənlə bu qan davası?» tatar xalqını müstəqilliyi onun bədii yaradıcılığının leytmotivini təşkil edir. Hansı mövzudan yazırsa, yazsın sonda tatar xalqı ilə baş-başa qalırdı. Milli azadlıq problemi sənətkarın təltəlşüurunda kök salan və onun narahat edən başqa problem idi. Ədəbiyyatda sətiraltı ifadələr, eyhamla danışmaq, orta əsr şeirində isə «təlmih» adı ilə tanınan istifadə üsulları var ki, sənətkar dövrün, zamanın təhlükəsindən qorunmaq üçün bu kimi priomlardan istifadə etmək ehtiyacında olur. B.Çobanzadə də «Bir saray quracağam» adlı şeirində bu üsuldan istifadə edib. Daşını yad eldən gətirməyin heç.
Yetər öz yurdumda kəsilən kərpic.
Qoy hündür olmasın dağ zirvəsi tək,
Təməlli, bərk olsun nur guşəsi tək.
Türk xalqlarını poeziyasında dağlara yazılan şeirlər çoxdur, B.Çobanzadənin «Uzaq dağlar» şeiri şairin həsrətinin sorağından xəbər verən bir əsərdir.
Siz də məni anırmısız,
Tez-tez yada salırmısız,
Mənim üçün yanırmısız,
Başı göyə yetən dağlar?!
Ağlayan, zikr edən dağlar.
Şairin «Ana dili» şeirində qəhrəmanın daxili iztirabları, vətən, xalq, doğma yurd həsrəti öz əksini tapır. Doğma dili üçün darıxan qəhrəman «öz dilini qurdlara-quşlara öyrədərəm» deməklə başqa varlıqların belə onun dilində danışmasını istəyir. Bilmirəm türkmidir, tatarmı adın,
Şirinsən, dadlısan tanrıdan dadın.
Həm türkdə, tatarda sənin sözlərin,
İkisi birlikdə məhsun gözlərin….
İstərəm mən səni hər yandan görəm,
İnci sözlərindən dastanlar hörəm.
B.Çobanzadə klassikləri oxuyub onlardan bəhrələnməklə yanaşı, onu maraqlandıran məsələlərə də münasibət bildirmişdir. Mahmud Kaşqarlı divanının dilinə, M.Füzulinin yaradıcılığına, M.F.Axundzadənin komediyalarının dilinə, türk dilinin qanunauyğunluqlarına münasibət bildirmələri, onların türk xalqına olan münasibətləri böyük mütəfəkkiri hər zaman maraqlandırmışdır. B.Çobanzadəni düşündürən ən ümdə məsələlərdən biri də türk dili, şərq mədəniyyət və ədəbiyyatının dünya alimlərinin necə qiymətləndirməsi idi. Onun yaradıcılığında dil problemi, başqa dillərə münasibət ana dilinin yasaq olması kimi mühüm məsələlər əsas yerlərdən birini tutur. B.Çobanzadənin elmi yaradıcılığının əsasını dilçiliyə həsr etdiyi elmi yeniliklər təşkil edir. O, bu fəaliyyətində təkcə türk dili probleminin deyil, həm də xarici alimlərin türk dilinə olan münasibətləri, bu dilə verdikləri dəyərlər, bu dilin geniş imkanlarından söz açmasıdır. Bütün bunlardan başqa, sənətkar ana dili ilə bağlı fikir və duyğularını poetik sözə çevirərək bu yolla da oxuculara çatdırmağı özünə borc bilir.
“Türk dili və ədəbiyyatının tədris üsulu” monoqrafiyasının ədəbiyyat məsələlərinə həsr olunmuş ikinci hissəsi onun ədəbiyyatşünaslıq elminə mükəmməl şəkildə bələd olmasını göstərir. “Türk dili və ədəbiyyatının tədris üsulu” monoqrafıyasında milli ədəbiyyatşünaslığı dünya ədəbiyyatşünaslığının praktikası ilə tanış etmək funksiyası əsas alınmışdı və alim bu əsərinin ikinci “qismi”ndə ədəbiyyatın elmimetodoloji və tədris - metodik problemlərinin nəzəri əsaslarını şərh edirdi. “Bu qisimdə daha ziyadə əsərimizə metodoloji xarakteri verməyə çalışdığımı oxucu görəcəkdir” - deyən alim tamamilə düzgün fıkirləşirdi ki, ədəbiyyatın nəzəriyyəsini bilmədən, bu barədə aydın elmi təsəvvürlərə malik olmadan, onun tarixi inkişaf yolunu dürüst təsəvvür etmək olmaz. B.Çobanzadə “Türk dili və ədəbiyyatının tədris üsulu” kitabında Avropa və daha çox isə məşhur rus nəzəriyyəçilərinin fikirlərinə istinad edərək, onları ümumiləşdirərək və eyni zamanda, öz elmi mövqeyini ortaya qoyaraq ədəbiyyatın yaranmasını və inkişafını şərtləndirən amillər, ədəbiyyatın tarixi dövrləşdirilməsinin prinsipləri, ədəbiyyatşünaslıq elminin sahələri və tədqiqat üsulları, ədəbi məktəb və cərəyanlar haqqında, həmçinin bədii əsərlərin tədrisinə verilən metodik tələblərlə bağlı təfsilatlı elmi mövqe ortaya qoyur. Ədəbiyyatşünaslığın aktual problemlərini şərh edərkən B.Çobanzadənin irəli sürdüyü, müdafıə etdiyi tezislərin böyük əksəriyyəti bu gün də öz müasirliyini saxlayır.
B.Çobanzadənin əski əlifba dövründə apardığı araşdırmalar, yazdığı dərsliklər əsasında işlənib yeni türk əlifbasına uyğunlaşdıraraq hazırladığı “Türk dili” dərsliyində Azərbaycan dilinin materialları əsasında türk dilinin quruluşu, fonetikası, leksikası, morfologiyası, sintaksisi və bütün bunların əsasında tədris metodikası haqqında yazılmış məqalələr toplanmışdır. IV cildə daxil edilən bu toplunun davamı kimi V cilddə Azərbaycan ləhcəsinin xüsusiyyətləri, dialektoloji xüsusiyyətləri və s. haqqında alimin elmi-nəzəri görüşlərini əks etdirən məqalələr verilmişdir. 300-dən artıq elmi məqalənin, 41 monoqrafik tədqiqatın müəllifi olan alim dil tarixi, türkologiya və ədəbiyyatın nəzəri problemlərini ayrılıqda deyil, məhz türkdilli xalqların ədəbi-bədii abidələri, klassik sənətkarların əsərlərinin materialları əsasında öyrənib şərh edirdi. Bu mənada onun dilçiliyə aid əsərləri də alimin ədəbiyyata dair görüşlərini və sənətə baxışını öyrənmək üçün zəngin material verir. Bəkir Çobanzadənin ədəbiyyatşünaslıq irsinin əsasında ədəbiyyat tarixinin yaradılması ideyası dayanırdı. Azərbaycan ədəbiyyatı tarixinin ayrı-ayrı mərhələlərinin öyrənilməsində, tarixi mənşəyinin araşdırılmasında onuun böyük xidmətləri vardır. Firdövsi, Nəvai, Xətai, Nəsimi, Füzuli, Bayqara kimi klassiklərin yaradıcılığının təhlilində ədəbiyyatşünas-alim öz elmi mövqeyini ortaya qoymaqla kifayətlənmir, tarixçi və ədəbiyyatşünasların fikirlərinə istinad edərək Azərbaycan ədəbiyyatının möcüzəsinə heyrətini gizlətmir. “Xətainin dili və ədəbi yaradıcılığı haqqında” məqaləsində Bəkir Çobanzadə yazır: “Xətai birinci dəfə Azərbaycan, xüsusən İran Azərbaycanı türk ləhcəsində yazmış və bu ləhcədə XVI miladi əsrdə bulunan xalq yaradıcılığı məhsullarından geniş surətdə istifadə edərək, nəticə etibarilə bu vaxta qədər inkişaf etmiş türk feodal ədəbi normalarından aşağıda olmayan bir feodal türk şairi olaraq diqqətə və təbdidə layiqdir. XVI əsrdəki türk ədəbiyyatınıın bədii yüksəkliyi, vertikalı Füzuli ilə ölçülərsə, dil və yaradıcılıq ünsürləri vasitəsilə və içərisinə də aldığı bədii və lisani komponentlərinin genişliyi, horizontal meyarı Xətai ilə təmsil olunur” [2, s. 332]. O, Xətai şeirlərini mündəricəsində, bədii dilində və ümumən quruluşundakı xüsusiyyətlərə görə 3 qismə ayırır: 1) Dini-şiə ruhunda yazılmış mənzumələrdir ki, ...bu şeirləri ilə Xətai Azərbaycan türk ədəbiyyatında sonralar inkişaf edən mərsiyə ədəbiyyatına yol açmışdır;
2) Eşq tərənnüm edən parçalardır ki, Xətai bu şeirlərində istər fars, istərsə də türk ədəbiyyatında ona qədər yaradılmış bədii ünsürlərin mahiyyətcə kamil olanlarından istifadə edir;
3) Xalq ədəbi nümunələrinə yaxın və bu nümunələrdə işlənən bədii elementlərdən zəngin istifadə yolu ilə yaranan şeirlərdir ki, quruluş, bədii ifadə və dil cəhətdən daha orijinal və qüvvətlidir [2, s. 330]. Xətainin əksər şeirlərinin lüğət tərkibinin canlı və sadə danışıq dilində olduğunu yazan alim onun (Xətainin – N.A.) XVI əsrə qədər olan Azərbaycan türk şairləri arasında müstəsna mövqe tutduğu qənaətinə gəlir. Onun fikrincə, Xətainin bu çür şeirləri XVIII əsrin ikinci yarısında yetişmiş Vaqif və Vidadi kimi şairlərin yaradıcılığına təkan vermişdir. Bəkir Çobanzadə XVI əsr Azərbaycan türk ədəbiyyatının bədii yüksəkliyini Füzuli yaradıcılığı ilə ölçür. Anadilli qəzəllə yanaşı, klassik şeirin bənzərsiz nümunələrini yaradan Füzuliyə sonsuz məhəbbət və ehtiram bəsləyən alimin 1925-ci ildə nəşr olunan “Füzuli, ədəbi fəaliyyətinin dörd yüz illiyi münasibətilə” kitabında Füzuli irsinə, şəxsiyyətinə verdiyi yüksək qiymət Şərq və Avropa mütəfəkkirlərinin fikirləri ilə sintez təşkil edir. “ Füzuli münəvvər təbəqə ilə xalqı ən böyük və ən incəlmiş şairlərimizlə yüzlərcə illərdən bəri, bəlkə də, əlinə heç bir zaman kitab almamış köylülərimiz “Leyli və Məcnun”u ilə ağladan, “Şikayətnamə”si ilə güldürən və digər qəzəllərilə coşduran yeganə bir şairimizdir” [3, s. 164] deyən ədəbiyyatşünas alim şairi Orxon kitabələri, “Kitabi-Dədə Qorqud”, “Divani-lüğət-it türk” yazılı abidələri ilə müqayisə edir və nəticədə Füzulini onlardan yüksək qiymətləndirir: “Füzuli dörd yüz il əvvəl ədəbiyyatımızın dumanlı-buludlu üfüqlərində doğmuş, ölməmişdir və bəlkə daha bir çox əsrlər ölməyəcəkdir. Ona bir müasirimiz, yaddaşımız desək, yanılmaz olmayız. O, dörd yüz il yaşayan bir insandır. Füzuli bu günə qədər canlı bir simadır. Digər tərəfdən, azacıq əlinə qələm tutan, bir kaç yazılı nümunə görən türk gəncləri, ixtiyarları arasında bilərəkbilməyərək Füzulini oxumayan, eşitməyən, dinləməyən həman yox kibidir” [3, s. 164]. Almаn professoru Martin Hartman, ingilis şərqşünası Gibb, Edmon Fazi, rus şərqşünası Krımskinin Füzuli yaradıcılığı haqqında dəyərli fikirlərini təhlil süzgəzindən keçirən Bəkir Çobanzadə Azərbaycan ədəbiyyatının tarixi mənşəyini Füzulinin yaradıcılığından başlayır. Bununla bərabər, Məhəmməd Füzuli yaradıcılığının Azərbaycan ədəbiyyatınıın başlanğıcı olmadığını qeyd edir. O, ədəbiyyatın tarixini türkdilli xalqların ədəbi abidəsi sayılan Orxon kitabələrindən başlamağı daha doğru hesab edirdi: “Orxon kitabələrinin ədəbiyyat nöqteyi-nəzərdən əhəmiyyəti böyükdür, bu kitabələr türk ədəbiyyatına aid ilk əsərdir. Həmin 1300 il əvvəl türklərin nə sürətlə yazdıqlarını, fikirlərini nə sürətlə ifadə etdiklərini bilmədən bugünkü ədəbiyyatımızı elmi surədə anlamaq mümkün deyildir. Orxon kitabələrinini dili bir neçə alimlərin təsdiq etdiyi gibi ibtidai bir dil deyildir. Bu dildə rast gəldiyimiz cümlə quruluşu, bəzi işlənmiş olduqca ədəbi və rəsmi bir dil olduğunu göstərir [3, s. 27]. Bəkir Çobanzadəyə görə, Füzuli böyük sufi şairi kimi xalq ruhunun tərcümanıdır. Müqəddəs Kərbəla torpağında dünyaya göz açan şair “ərəb eşqi, fars ruhu və türk qılıncı ilə qurulan əsrlərin ağır və acıqlı 56 uuşları altında yıxılan Bağdadin ruhunu” oxucuya duyurur. Füzulinin sufi-mistik sevgisində ədəbiyyatşünas alim səltənət və qovğalardan uzaq bir guşədə xoşbəxt ailə sevdası ilə çırpınan həssas bir insanın ürək çırpıntılarını görür. Füzuli sevgisi Əhməd Yəsəvi, Yunus İmrə kimi türk sufilərində rast gəlinən ilahi eşq deyil, onun tərənnüm etdiyi məhəbbətlə platonik məhəbbət arasında böyük fərq vardır.

Pərişan halın oldum, sormadın hali-pərişanım,


Qəmindən dərdə düşdüm, qılmadın dərimanım,
Nə dersən, ruzgarım böyləmi keçsin, gözəl canım?
Gözüm-canım, əfəndim, sevdiyim dövlətli sultanım.
Qətti könlün nədən bu zülmə, bidadə rağibdir?
Gözəllər sən kibi olmaz, cəfasından nə vacibdir?
Sənin tək nazəninə nazənin işlər münasibdir,
Gözüm-canım, əfəndim, sevdiyim dövlətli sultanım...
Füzuli şeirində “gözəl canım”, “gözüm-canım” kimi ifadələr, yaxud “Sənin tək nazəninə nazənin işlər münasibdir”, “Gözəllər sən kimi olmaz, cəfasından nə vacibdir” kimi cümlələr Çobanzadəyə görə, heç bir zaman ilahi, hətta xəyali bir gözələ, gözəlliyə deyil, Bağdadın filan məhəlləsində, filan evində yaşayan gözəl bir xanıma, bir türk qızına aiddir. Fars və ərəb dilində bənzərsiz nümunələr yaradan Füzulinin şeirlərinin çoxunu Azərbaycan türkcəsində yazmasını Bəkir Çobanzadə təsadüfi deyil, Aşıq Paşa, Əlişir Nəvai, Yunus İmrə kimi qüvvətli türk şairi olması ilə izah edir. Şeirin farscada daha gözəl yazıldığını bilən Füzuli türkcədə də qələmini sınamış və bu türkcə, alimin fikrincə, Azərbaycan şivəsinə daha yaxın olmuşdur. Bəkir Çobanzadəni bir filoloq kimi ədəbiyyatın nəzəri məsələləri ilə yanaşı, tədrisi problemləri də düşündürmüşdür. 1924-cü ildən Azərbaycana köçüb Bakı Dövlət Universitetində və respublikanın başqa ali məktəblərində dərs deməyə başlamış alim anadilli tədrisin təşkilində mövcud çətinlikləri aradan qaldırmağa çalışmış, metodika sahəsində sanballı elmi əsərlər cərgəsində layiqli yer tutan “Türk dili və ədəbiyyatının tədris üsulu” adlı əsər yazmışdır. O, ədəbiyyatın məktəblərdəki yeri, tətbiq və tədrisindəki üsullar haqqında fikir yürütməzdən əvvəl, ədəbiyyatın bir elm kimi mövcudluğu, şeir və sənətin mövzusu, xüsusiyyətləri, qanunlarını şərh edir. Ədəbiyyatın tədqiqindəki dövrlər, müxtəlif ədəbiyyat tarixçiləri tərəfindən irəli sürülən üsullar, ədəbiyyat tarixinin dövrlərə ayrılmasında prinsiplər, türk-tatar ədəbiyyatının dövrləşməsi məsələlərinə diqqət yönəldən Çobanzadənin ədəbiyyat dərsliklərinin tərtibatı, dərslərə verilən başlıca tələblər, ədəbiyyat tədrisindəki üsullar, ədəbi dərnəklər, ədəbi mühitlə bağlı görüşləri bu gün də aktuallığını qoruyub saxlayır. “Türk dili və ədəbiyyatının tədris üsulu” əsərində alim tədrisdə elmin nailiyyətlərindən səmərəli istifadə edilməsinin vacibliyini irəli sürür, ibtidai və orta məktəblərdə, universitetlərdə ədəbiyyatın başqa elm sahələri ilə əlaqədə tədris edilməsinin və bunun elmi səviyədə təşkilinin məqsədəmüvafiqliyini göstərir. Türkoloq alim, ədəbiyyatşünas Bəkir Çobanzadənin elmi irsi bu gün yalnız Azərbaycan ədəbiyyatı və türkcəsi məsələlərini deyil, türk dillərinin və ədəbiyyatlarının tədrisi və tədqiqi məsələlərinin öyrəniməsi baxımından da aktualdır.
Ədəbiyyat 1. Babayev N. Fikrin karvanı. Bakı: Yazıçı, 1984.
2. Çobanzadə B. Xətainin dili və ədəbi yaradıcılığı haqqında. Seçilmiş əsərləri, II c. Bakı: Yazıçı, 2007.
3. Çobanzadə B. Füzuli və onun yeri. Seçilmiş əsərləri, IV c. Bakı: Yazıçı, 2007.
4. Çobanzadə B. Türk ədəbiyyatı. Əski türk ədəbiyyatı. Bakı, 1929
Şər, böhtan, faciə dolu 1937-ci illərin olaylarından yaxa qurtara bilməyən elm fədailərindən biri də görkəmli alim, şair Bəkir Çobanzadə olmuşdur. 1957-ci ildə Bəkir Çobanzadəyə bəraət verilərək “xalq düşməni” damğası üzərindən götürülür. Cəmi 44 il yaşamasına baxmayaraq, elm aləmində Çobanzadə imzasının xüsusi və önəmli yeri vardır. Hərtərəfli dünyagörüşə və böyük erudisiyaya malik olan bu elm adamı zəngin bədii və elmi, o cümlədən aktiv ictimai fəaliyyət ilə türk dünyası tarixində dərin izlər buraxmışdır. Böyük həmvətəni İ.Qaspiralının əsasını qoyduğu “ Türk birliyi” ideyası da Bəkir Çobanzadənin fikir və düşüncələrinə daha çox həyatının Budapeşt dövründə hakim kəsilmişdir. Bir tərəfdən Avropa mədəniyyətinin təsiri, digər tərəfdən isə türk millətinin düşdüyü acınacaqlı vəziyyət onun həyat və yaradıcılığında dərin izlər buraxmışdır. Bəkir Çobanzadə bədii yaradıcılığında da dövrün aktual problemlərini qabartmış, xüsusən, dil, millət, vətən, məsələlərinə diqqət yetirmişdir. Onun “Anam harada?” adlı ilk şeiri 1913-cü ildə İstanbulda nəşr olunan “Yaş tatar yazıları” məcmuəsində işıq üzü görmüşdür. 1955-ci ildə Abdulla Battal Taymas tərəfindən hazırlanan “Krımlı Bəkir Çobanzadə şeirləri ” adlı kitabda şairin bəzi şeirləri verilmişdir (1, s. 8). Şairin geniş əhatəli kitabı İsmayıl Otar tərəfindən tərtib edilən “ Krımlı türk şair və bilgini Bəkir Sidqi Çobanzadə ” kitabıdır. Kitabda diqqət çəkən məqamlardan biri də əsərlərinin biblioqrafiyası, haqqında yazılan məqalələrin adları və şeirlərin ərəb əlifbası ilə orijinallarının surətlərinin verilməsidir. Şairin 84 şeiri elm aləminə məlumdur. Bundan daha çox şeirinin olması gözləniləndir. Ancaq repressiya qurbanı olduğu üçün tam yaradıcılığı bizə gəlib çatmamışdır. Ramiz Əskərin araşdırmasına görə 73 şeirində 99 dəfə Tatar sözünü, 56 dəfə yurd sözünü, 11 dəfə Krım sözünü işlətmişdir (2, s. 9) Buradan da aydın olur ki, Bəkir Çobanzadə bir şair kimi daima öz xalqını dərindən düşünmüş, türk-tatar millətinin daima qüvvətli olmasını, düşmənə əyilməməsini arzulamışdır. Onun şeirlərini mövzu baxımından bölmək çox çətindir. Ancaq nisbi yanaşsaq, ictimai-siyasi motivli şeirləri üstünlük təşkil etməkdədir. Ədibin yaradıcılığında avtobioqrafik şeirlər geniş yer tutmaqdadır. Bu şeirlərində o, uşaqlığını, gəncliyini yada salır, öz şəxsiyyəti fonunda Tatar insanının portretini yaradır. Türk olması ilə daim fəxr hissi keçirir. “ Tatar deyiləm deyənlərə ” şeirində özünü tatar saymayan vətən xainlərini tənqid edir, onları miskin, qorxaq adlandırır. Tatar xalqının tarixini qürur hissi ilə göstərir. “Biz tatar deyilik” deyirlər bu gün, Əlbəttə, deyilsən, ay kölə, miskin Sənin bu inkarın qorxudan gəlir “Biz tatar deyilik”-Avropa gülür. Şair öz millətini, kökünü dananları cəsarətsiz, hünərsiz insanlar, öz keçmişini bilməyənləri vətən xainləri adlandırır. Çingiz xanın, Batu xanın qəhrəmanlıq tarixini, xalqın qəhrəman övladlarını yada salır. Tanısan Batunu, Çingizi yaxşı, Axardı gözünün o qanlı yaşı “Tataram!” deyərdin köksünə vurub, “Tataram!” deyərdin dilini sevib. Bəkir Çobanzadə türk xalqının əzilməsinə, ayaqlar altında qalmasına dayana bilmir, ürək ağrısını şeirlərində büruzə verir. Şanlı türk tarixini yada salaraq dərs çıxarmağı, qəhrəmanlıq, şücaət göstərilməsini \
 Bakı Dövlət Universiteti Filologiya fakültəsinin III kurs tələbəsi, TEB-in idarə heyətinin üzvü dönə-dönə vurğulayır. Ümumiyyətlə, B.Çobanzadə yaradıcılığında keçmiş, indi, gələcək konsepsiyası nəzərə çarpmaqdadır. Şair keçmişi yada salaraq fərəhlənir, Sovet dövrünü sətraltı mənalarla göstərərək təəssüflənir, gələcəyi göstərərək isə ümid hissi keçirir. “Zavallı türk” şeiri buna açıq-aydın sübutdur. Şeirdə tənqidi ruh hökm sürməkdədir. O, türkləri “ zavallı”deyə tənqid edir. Fikrimizcə, bu kəlmə ikili mənada işlədilmişdir. Birinci, türklərin daim ətraf millətləri özünə dost saymasını, ikinci, türklərin güc ilə deyil, hiylə ilə aldadılmaqlarını qeyd edir:
Sən ey zavallı türk, ey bəxtsiz millət,
Gün gələr ulduzun parlayar bir gün.
Ərəbi, əcəmi dost kimi seçdin,
Sən niyə onları yarışda keçdin?
Tanı düşmanını, bil düşmanını
Pivə tək içmədə qızıl qanını.
B.Çobanzadəni türk oğlu kimi düşündürən məqamlardan biri də dil məsələsi olmuşdur. “Zavallı türk” şeirində də bu məsələ nəzərə çatdırılmaqdadır. Şeirdə “Osmanlı dövləti! Nə yalan bir söz! Necə yanlış gördü hər şeyi bu göz”, - deyən ədib Osmanlı sarayından bir xeyir gözləməməyi, yeganə və vacib çıxış yolunu ana dilinə, milli dəyərlərə, şanlı türk tarixinə dönməsində görürdü.
Yolundan etdilər, həm də elindən
Dilini aldılar zəif əlindən.
Bir gün sən yenə də oyanarsanmı?
Öz ana dilinə dayanarsanmı? B.Çobanzadənin yalnız elmi deyil, poetik irsinin də əsas mövzusu dil idi. Dil birliyini reallaşdırmağın başlıca yollarından biri B.Çobanzadənin fikrində bədii söz sənəti olan ədəbiyyat idi. Şair “Ana dili” şeirində də dil problemini ortaya qoymuşdu. Türk-tatar dilini özünün həmdəmi, qərib ölkədə yoldaşı, sirdaşı kimi yüksəklərə qaldırır. Əzrayılla belə qarşılaşdığında ondan ana dilində soruşmağı tələb edən şair ana dilini məhzun dil adlandırır.
Bilməyirəm türkümüdür, tatarmı adın,
Şirinsən, dadlısan Tanrıdan adın.
Doğma dil, başqa şey ağlıma gəlməz
Ən böyük sirrimsən, düşmənlər bilməz.
Qürbətdə olduğu üçün vətən həsrəti motivi şairin yaradıcılığının əsas leytmotivini təşkil edir.
Oy, soyuq qürbət, nə çox burda qəm,
Qucağı bizlərə olmuş cəhənnəm.
Yağanda yağışı, çiskini, çəni.
Öpər gözlərimi oxşayar məni Bu şeirdə şairin incə ruhu sanki gözümüz önündə canlanır. Xatirələri yada salan qəlb şeirləri kimi hər insanın qəlbinin dərinliyinə nüfuz etməyi bacarır.
Ya yurdu qoruyub sürərik ömür,
Ya yurd deyib, yanar, olarıq kül.
Haqsızlıq dünyasının mövcud olması, onu hüzn içərisində qoyur, qəlibini yaralayır. “Müsəlman balası” satirik şeirindəki tənqid Sabir tənqidi ilə oxşarlıq təşkil edir. Keçmişi yalandır, bu günü bulud.
Gələcək qaranlıq, bir taxta tabut.

Bütün Şərq getmədə məzara canlı,


Bir uşaq doğulur, ovucu qanlı,
Müsəlman balası, İslam balası.
Müsəlmanların bir-birinə düşmən kəsilməsini, xarici düşmənlərini tanımamasını, İslam dünyasını içindən yeyən qurdlarının çox olmasını tənqid edir. Ovucu qanlı doğulan körpələrin təhsilə, elmə deyil, silaha, terrora yönləndirilməsini ürək ağrısı ilə qeyd edir. Bu gün İslam aləmində baş verənlər bu şeirin sanki yenicə yazıldığına əsas verir. Şair türk insanına da öz arzusunu, məsləhətini bildirir. “Sən dəyişmə” şeirində bunun şahidi oluruq:
Sən dəyişmə, muradın millətsə sənin,
Vətənə, torpağa xidmətsə sənin
Sən dönmə, qardaşım haqqın yolundan
Çəkinmə sağından, nə də solundan.
Yenə də öz köklərini unutmamağı, gələcəkdə qalibiyyət və tarixdə qalmaq yolunun məhz vətənə xidmətdə, ana yurda cəfakeşlikdə görür. Dünyanın naz nemətləri üçün mənəviyyatı satmamaq ideyasını dəstəkləyir. Görsən ki, dəyişmiş el-oba bütün, Bir parça çörək, ya isti yer üçün Sən sürün, yenə də dəyişmə ancaq, Sonda qalibiyyət sənin olacaq! Bəkir Çobanzadə poeziyasında “ İstək” şeirləri öz əksini tapmaqdadır. Bəşəriyyət üçün yalnız yüksək keyfiyyətlərə malik insanların yetişməsini arzulayır. İnsan arzuları tükənməzdir, lakin Çobanzadə şeirlərində yalnız bir arzunu ön plana çəkir: Bütün insanların birgə, bərabər yaşayacağı dünya... O dünya ki orada təbəqələr olmayacaq, hər kəs bir-birinin millətinə, dilinə, dininə hörmət edəcək, ədavət, kin, nifrət olmayacaq. Eynilə dahi Nizami Gəncəvinin romantik ruhla yaratdığı Xoşbəxtlər ölkəsi kimi. Bir saray quracağam, xan olmasın içində Qul, kasıb, aclıq, zülm, qan olmasın içində Və ya Pulum olsa, çox şeydən vaz keçərəm, Nə yalvarar, nə dəki əl öpərəm.. “Pulum olsa” şeirində, əlbəttə, “pul” simvol kimi işlənmişdir. Şair burada maddiyyat fonunda mənəviyyat axtarmaqda, onu təbliğ etməkdədir. Əvvəldə qeyd etdiyimiz kimi, Çobanzadə yaradıcılığında pessimistliklə yanaşı gələcəyə ümid işığı sönmür, sevgi, məhəbbətin dünyanı xilas edəcəyi ideyasına inanır.
Neyləyim, qəlbimə dolur məhəbbət,
Bilmirəm bunda var nə sirr, nə hikmət
Qəlbimə sevginin işığı dolur,
Duyğular qaynayır, qayğı yox olur.
XX əsrin əvvəllərində türk dünyasının mədəni tərəqqisi və ictimai-siyasi nüfuzunun güclənməsi sahəsində əvəzsiz xidmətlər göstərmiş böyük türkçü Bəkir Çobanzadə incə ruhlu şeirləri ilə ədəbiyyat aləminə öz töhfəsini vermişdir. Onun bədii əsərləri bu gün də oxunur, tədqiq edilir və gənc nəslə aşılanır. Ədəbiyyat 1. Çobanzadə B. Seçilmiş şeirləri. Bakı, 2011,160 s. 2. Çobanzadə B. Seçilmiş bədii əsərləri. Bakı, 2012, 240 s.
Yüklə 128,77 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə