203
Sarı Aşığın cinaslı bayatıları elə
sənətkarlıqla
qurulmuşdur ki, deyəndə
qarşıdakı yerindəcə donub qalır.
Aşıq, qaz binə bağlar,
Meylin Qəzbinə bağlar.
Gözüm yaşı göl olar,
Ördək, qaz binə bağlar.
Göz yaşının axıb sel, göl əmələ
gətirməsini hələ Sarı Aşıqdan əvvəl də çoxları
deyib, amma göz yaşından əmələ gələn göldə
ördəyin, qazın məskən salıb binə bağlaması,
üzüşməsi orijinal bir bədii lövhə kimi məhz
Sarı Aşığa məxsusdur. Sarı Aşığın eşq,
məhəbbət, sevgi yanğısı nələr yaratmamışdır.
Mən aşıq, genə xar,
Araz Kürdə gen axar.
Cəfanı bülbül çəkər.
Gülü qucar genə xar.
Daha
bir
bayatı-bağlamada
isə
obrazlılıq o dərəcədə güclüdür ki, onu açmaq
güclü dərrakə tələb edir.
Mən aşiqəm ustakar,
Nədən olsun usta kar?
Süd istər, məmə istər,
Şagird laldı, usta kar.
Bu bayatı-bağlama ana ilə uşaq
haqqında
düzəldilmiş
bayatı-bağlamadır.
Uşaq acıb məmə istəyir, süd istəyir. Lakin
204
şəyird olan körpənin dili açılmamışdır. O,
laldır. Usta olan ana isə yatdığı üçün kardır.
Xalq nəyi yaradırsa, düşünüb yaradır və hər
bir folklor nümunəsinə bədii kamillik bəxş
edir. Əlbəttə, bayatı janrı özü xüsusi bir
sahədir və heca vəzninin inkişaf tarixində
onun özünəməxsus yeri vardır.
İraq-Kərkük
folklorunda,
onun
xoryatları-bayatıları içərisində Sarı Aşığın
bayatıları ilə yanaşı dura biləcək nadir
incilərin olması bizi sevindirir, coşdurur,
qanadlandırır. Məsələn:
Yaz, yara,
Sinəmdə var yüz yara,
Leylanın bir zülfünü,
Məcnun verməz yüz yara.
Və ya:
Ay demərəm,
Can versəm, ay demərəm
59
,
Hüsnün durarkən gözəl,
Aya mən, Ay demərəm.
***
İstər gül,
Bülbül ağlar,istər gül,
Həyatın sonu ölüm,
İstər ağla, istər gül.
59
Yəqin ki, oy demərəmdi, qafiyə xatirinə ay qalmışdır.
205
***
Necə dağlar,
Qarşıda necə dağlar.
Yetim yanağı bilir,
Göz yaşı necə dağlar.
***
XVII əsrin nəhəng simalarından olan
Sarı Aşığın bayatı yaradıcılığı Azərbaycan
ədəbiyyatı tarixində xüsusi bir mərhələ təşkil
edir. Sarı Aşıqdan əvvəl və sonra yaşayıb
yaratmış bayatı yaradıcılarından heç biri onun
fəth etdiyi zirvəyə yüksələ bilməmişdir
60
. Sarı
Aşığın yaradıcılıq çeşməsi özündən sonra
gələn sənətkarlar üçün bir qaynaq rolu
oynamışdır. Sarı Aşıqdan sonra sənət
meydanına gələn Tikmədaşlı Xəstə Qasımın
bu zəngin söz xəzinəsindən bəhrələnməyinə
inanmamaq olmaz. Qoşma-qıfılbənd, təcnis
üçün özül daşı olan Sarı Aşığın bayatı-
bağlamaları Xəstə Qasım kimi böyük
sənətkarın diqqətindən kənarda qala bilməzdi.
Xəstə Qasımın şeir yaradıcılığına baş vursaq,
yəqin
ki,
fikir
və
mülahizələrimizi
əyaniləşdirməyə, nəsə deməyə imkan əldə edə
bilərik.
60
Sədnik Paşayev. Azərbaycan folkloru və aşıq yaradıcılığı,
ADUN, Bakı, 1989, səh 41
206
Xəstə Qasım hələ qoşma-qıfılbəndlərə,
təcnislərə, cığalı təcnislərə girişməzdən əvvəl
qəribə bir şeirlə məşq edir və o şeirdən
özünün də xoşu gəlir. Həmin şeir aşıq
poeziyasında xüsusi məzmuna və deyim
tərzinə malik bitkin bir əsəridir.
“Gizlənər” rədifli bu qoşma qəribə bir
şəkildə qurulmuşdur. Məzmun çalarına görə,
minarələri,
bayatı-bağlama
deyişmələri
xatırladır.
Özü
sual
verir,
özü
də
cavablandırmağa çalışır. Bu, Xəstə Qasım
qıfılbəndlərinə gedən yolun başlanğıcıdır:
O necə quş idi yaz gələr bağa,
Sinəmi çəkiblər düyünə, dağa.
Bir şana, bir bafta, bir də cığa,
Bu üçü bir olsa, teldə gizlənər.
***
O necə quş idi anasın əmər,
Havada dövr edər şəms ilə qəmər.
Bir qılınc, bir xəncər, bir də kəmər,
Bu üçü bir olsa, beldə gizlənər.
***
Aladır gözləri şəhlayı-nərgiz,
Sənin tək bir gözəl bulunmaz hərgiz.
Bir bulaq, bir hovuz, bir də ki, kəhriz,
Bu üçü bir olsa yerdə gizlənər.
***
207
Yar ki, yara şirin verər salamı,
Təbibimsən özün bağla yaramı.
Bir oğru, bir əyri, bir də haramı,
Bu üçü bir olsa kolda gizlənər.
***
Xəstə Qasım deyər: ləbi ballı qız,
Bu şirin göftarlı, üzü xallı qız.
Bir qələm, bir davat, bir də kağız
Bu üçü bir olsa əldə gizlənər
61
.
Xəstə Qasımın bu şeirini, Sarı Aşığın
bayatı-bağlamalarından ayıran birinin qoşma,
o birinin bayatı şəklində olmasıdır. Xəstə
Qasım bu qoşmanı sazın iştirakı ilə, sazın kök
və pərdələrinin köməyi ilə yaratmışdır. Xalq
poeziyasının düzgü, bayatı, mənzum atalar
sözü, bağlama-bayatılarından fərqli olaraq
qoşma,
qoşma-qıfılbənd,
təcnis
sazın
bəhrəsidir.
Qoşmanın sazla bağlı olmasını heca
vəznli qoşmamızın ilk yaradıcılarından olan
Şah İsmayıl Xətai deyir:
Bir gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım.
61
Xəstə Qasım (tərtib edəni Sədnik PAşayev), Gənclik , Bakı,
1975, səh 34
Dostları ilə paylaş: |