1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə102/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   98   99   100   101   102   103   104   105   ...   128

 

 

311 



sulu dağlar (Bayatı); 6) Bərbər Murad yeddi gün, yeddi ge-

  işə  çıxmadı.  7)  Dəli  Domrulun  görər  gözü  görməz  oldu. 

(“Kitabi-Dədə Qorqud”) 



UzlaĢma  əlaqəsi  cümlənin  əsas  üzvləri  arasında  olur. 

Uzlaşan üzvlər cümlənin  baş  üzvləridir, mübtəda və  xəbəridir. 

Xəbər  mübtəda  ilə  şəxsə  və  kəmiyyətə  görə  uzlaşır.  Üslubi 

məqamlarda bu qayda pozula bilir, yəni mübtəda hansı şəxsdə, 

hansı kəmiyyətdədirsə xəbər də həmin vəziyyətdə olmalı ikən, 

bəzən dil qanunları buna yol vermir.  



Qonaqlar  bir-bir  içəri  girdi,  oturanlar  ayağa  durdu

Onların evi  kəndin  kənarında idi.  MaĢınlar dayandı. QuĢlar 

alçaqdan uçur və s. “Maşınlar dayandılar” deyilmədiyi  halda, 

“Quşlar uçurlar” deyilir.  

Əsas tərəfin tələbi ilə asılı tərəfin müəyyən hallara düşməsi 



idarə əlaqəsidir: Qapıçı topu Əlindən yerə saldı. Hücumçu to-

pa tərəf qaçdı. Qapıçı hücumçuya heç bir söz demədi. Biz mey-

dançadan küçəyə çıxdıq. Tamaşaçılar futbolçuların oyunundan 

razı qaldılar.  



ÇalıĢma. Mətni oxuyun, söz birləşmələrini tapıb altından xətt 

çəkin, üstündə hansı növ təyini söz birləşməsi olduğunu yazın: 

Atletikanı “İdmanın şahzadəsi” adlandırırlar. Görkəmli rus 

şairi  Aleksandr  Blok  “İdman  şahzadəsi”nə  dəqiq  qiymət  ver-

mişdir: “Dünya incəsənət orkestrində atletika incəsənəti heç də 

axırıncı yeri tutmur”. Bu sözlərin dərin mənası vardır. Heç bir 

digər fiziki hərəkət insan orqanizminə atletika qədər faydalı tə-

sir  göstərə  bilmir.  Açıq  havada,  günəşin  həyatverici  şüaları 

altında  qaçmaq,  tullanmaq,  idman  alətlərini  atmaq  əzələləri 

möhkəmləndirir, ürək-damar, sinir, tənəffüs sistemlərini yaxşı-

laşdırır,  maddələr  mübadiləsini  sürətləndirir,  orqanizmi  sağ-

lamlaşdırır,  onun  xəstəliklərə  qarşı  müqavimətini  artırır.  Təsa-

düfi  deyildir  ki,  “idman  şahzadəsi”nin  pərəstişkarları  ildən-ilə 

artır. Ən güclü xizəkçilər, konkisürənlər, avarçəkənlər, boksçu-

lar,  güləşçilər,  futbolçular  yarışlara  hazırlaşarkən  atletika 

hərəkətlərindən müvəffəqiyyətlə istifadə edirlər.  




 

 

312 



ÇalıĢma. Cümlələri oxuyun, sintaktik-qrammatik cəhətdən 

əlaqələnmiş sözləri tapın, uzlaşma, idarə və yanaşma əlaqəsinin 

necə  yarandığını  deyin,  əsas  (tabeedici)  və  tabe  olan  sözləri 

göstərin: 

Qaçmağı öyrənmək ilk baxışda çətin iş sayılmır. Bunu hamı 

bacarır.  Bəs  bacarmayanlar  nə  etsin?  Axı  biri  yaxşı  qaçır,  onu 

pis. Lakin diqqətlə baxsaq görərik ki, qaçmağa təzə başlayanlar 

təcrübəli  idmançıdan  geri  qalır.  Əsl  idmançılar  qaçış  cığırında 

elə  irəliləyirlər  ki,  kənardan  baxanda  pəncələrini  yerə  ehmalca 

vuraraq pərvazlandıqlarını söyləmək olar. Onların bütün bədəni 

sim kimi gərilmişdir, eyni zamanda son dərəcə sərbəstdir. Onlara 

baxanlar elə güman edirlər ki, özləri də elə bu cür qaça bilərlər. 

Buna  kim  cəhd  göstərsə,  iyirmi-otuz  metrdən  sonra  tövşümə-

yəcək ki? Mənə görə məsafəsindən asılı olmayaraq son mənzilə 

qədər  qaçmaq  hamının  borcudur.  “Ayaqlarım  getmir”  deyib 

distansiyadan çıxmaq olmaz. Bizim tələbələr belə öyrəniblər.  



 

 

CÜMLƏ TĠPLƏRĠNĠN ÜSLUBĠ ĠMKANLARI 

 

Bir və ya bir neçə sözün bitmiş fikir intonasiyasına və pre-

dikativliyə malik olmaqla modallıq bildirən birləşməsinə cümlə 

deyilir. Bir, iki və daha çox qrammatik əsaslı cümlələr quruluş-

ca  sadə  və  ya  mürəkkəb  olur.  Cümlənin  ifadə  məqsədinə  görə 

növlərinin  hər  biri  özünəməxsus  üslubi  imkanlara  malikdir. 

Məqsəd  və  intonasiyaya  görə  fərqlənən  sadə  cümlələr  nəqli, 

sual, əmr və nida cümlələrinə bölünür.  

Nəqli cümlədə əşya və hadisələr haqqında müəyyən məlu-

mat verilir, fikir ya təsdiq, ya da inkar edilir, məlumat adı təsvi-

ri xarakterdə olur. Biz fikrimizi bildirərkən əsasən nəqli cümlə-

lərə üstünlük veririk, dinləyiciyə öz fikirlərimizi nəqli formada 

çatdırırıq. Nəqli cümlələrdə əsas məqsəd dinləyicidə müəyyən 

fikir  oyatmaq,  müəyyən  hadisəni,  əhvalatı  adi  intonasiya  ilə 

nəql  etmək,  məlumat  verməkdir.  Yazılı  nitqdə  də  bu  vəziyyət 

qorunub saxlanılır. Məs.: 




 

 

313 



Basketbol  hərəsi  10  dəqiqə  davam  edən  4  hissədən  ibarət 

oyundur. Oyun davam edə-edə məhdud sayda dəyişikliyə icazə 

verilir.  Komanda  üzvləri  dəfələrlə  meydançaya  çıxıb  əvəz 

oluna bilərlər. Lakin hakimdən beşinci dəfə xəbərdarlıq alanda 

oyunçu meydançaya qayıtmaq hüququnu itirir və komanda yol-

daşlarından  biri  ilə  əvəz  olunur.  Basketbol  oyununda  səbətə 

salınmış  top  komandaya  2  xal,  cərimə  atması  ilə  salınmış  hər 

top  isə  bir  xal  qazandırır.  Basketbolda  heç-heçə  olmur.  Əsas 

vaxtda qalib müəyyən olunmadıqda əlavə 5 dəqiqə vaxt verilir. 

Oyun rəqiblərdən birinin qalib gəlməsinə qədər davam etdirilir.  

 Sual  cümləsində  danışan  öz  fikrini  dəqiqləşdirmək,  müəy-

yən əşya və hadisə haqqında məlumat öyrənmək, sorğusuna cavab 

almaq  istəyir.  Sual  cümlələri  şifahi  və  yazılı  nitqdə  çox  işlədilir. 

Bədii  əsərlərdə  yazıçı  diqqəti  müəyyən  şəxsə  və  ya  hadisəyə 

yönəltmək  məqsədilə  suallardan  istifadə  edir:  Əsgər.  Dedim 

baxım görüm kimdir. Bir də gördüm kim? Həmin bu Məşədi İbad 

(Ü.Hacıbəyli); Qalxdım nə gördüm? Madyan yoxdur. (S.Vurğun); 

Cahan: - Xalan qurban, evlənmək su içmək kimi asan şeydir, onda 

nə  çətinlik  var  ki?  (Ü.Hacıbəyli);  Ayrılarmı  könül  candan?  Kim 

bilir  neçədir  dünyanın  yaşı?  Nədir  gözəllərdə  bu  işvə,  bu  naz? 

(S.Vurğun); Millət necə tarac olur olsun, nə işim var? Düşmənlərə 

möhtac olur olsun, nə işim var? (M.Ə.Sabir) 

Sözlərinin sırası dəyişdirilən sual cümləsində məntiqi vur-

ğulu  söz  və  ya  söz  birləşməsi  xəbərin  yanına  və  ya  mümkün 

qədər  cümlənin  sonuna  yaxın  gətirilir.  Sual  cümlələri  ya  sual 

intonasiyası, ya sual əvəzlikləri, ya da sual ədatlarının köməyi 

ilə əmələ gəlir.  

Sual  cümləsinə  bədii  priyom  kimi  fikrin  dolğunluğunu 

dəqiqləşdirmək üçün də müraciət olunur:  

 

Saatları kim yaratdı, neçin yaratdı? 



Bu ölçüylə kim dünyada murada çatdı? 

Neçin bu az ömrümüzü ölçüyə saldıq? 

Ömür getdi, həyat getdi, vaxtsız qocaldıq (B.Vahabzadə)  



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə