1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə110/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   106   107   108   109   110   111   112   113   ...   128

 

 

336 



istifadə  etməyi,  haqqında  söhbət  gedən  məsələlərlə  onları  əla-

qələndirməyi bacarmalıdır. 



 

Sual və tapĢırıqlar: 

1. Dilin üslubi imkanları dedikdə nələr nəzərdə tutulur? 

2. Üslub normaları nəyə xidmət edir? 

3.  Alliterasiya  nədir?  O,  poetik  üslubi  priyom  kimi  bədii 

ifadə vasitəsi hesab olunurmu? 

4. Frazeoloji birləşmələr məcazi məna kəsb etməklə fikrin 

obrazlı ifadəsinə necə xidmət göstərir? 

5. Atalar sözləri, zərb-məsəllər və aforizmlər hansı üslubda 

daha çox işlənir və səbəbi nədir? 

6. Ədəbi dil normaları hansı nitqdə tam gözlənilir? 

7. Daxili nitq hansı əsərlər üçün səciyyəvidir? 

8. Hansı əsərlər makrodialoq əsasında yaradılır? 

9.  Bədii  əsərlərdə  qeyri-mədəni  nitq  hansı  məqamlarda 

işlədilir? 

10. Dialoq hansı formalarda olur? Replika nədir və o, hansı 

əsərlərdə təzahür edir? 



ÇalıĢma.  Azərb.DBTİA-da  tələbələrin  elmi-praktik  konf-

ransı keçirilir, onun reqlamentini tərtib edin. 



ÇalıĢma.  Misra  və  cümlələrdə  eyni  cinsli  samitlərin  tək-

rarlanaraq  müəyyən  ahəng,  musiqilik  yaratmasına  fikir  verin. 

Bədii  üslubun  daha  da  qüvvətləndirilməsinə  xidmət  edən 

fonetik təkrarın bu növü necə adlandırılır? 

 

Qar üzərinə qan dammış kimi qızıl yanaqlım! 



Qoşa badam sığmayan dar ağızlım. 

Qələmçilər çaldığı qara qaşlım! 

Qurumsu qırx tutan qara saçlım (“Kitabi-Dədə Qorqud”dan) 

 

Uzun-uzadı  uzunçuluq  etmək;  Gününü  göy  əsgiyə  düyün-



ləmək;  Gedər-gəlməzə  getmək;  Qurddan  qorxan  qoyun  saxla-

maz;  Azacıq  aşım,  ağrımaz  başım;  Ucunu  tutub  ucuzluğa  get-




 

 

337 



mək;  Axmağın  ağlı  başında  olmaz,  Dabanında  olar;  Açıq  ağız 

ac qalmaz və s. 



ÇalıĢma. Üslubi fiqurlardan olan anaforalarda eyni söz və 

ifadələrin təkrarı ilə  yaranan bədii ifadə tərzinin göstəricilərini 

tapıb altından xətt çəkin. 

Qaraca  Çobanın  qara  köpəyi  Qazana  qarşı  gəldi.  Qazan 

qara köpəklə xəbərləşdi (“Kitabi-Dədə Qorqud”dan) 

 

Qırat Koroğlunun vuran əlidir, 



Qırat Koroğlunun qaçar ayağı. 

Var günündə Qırat onun yoldaşı, 

Hay günündə Qırat onun dayağı. (C.Cabbarlı) 

 

Gözəl qamət, gözəl gərdən, gözəl üz, 



Gözəl olmaz sən tək olsa, gözəl yüz. 

Gözəl canı munca yetər, gözəl üz, 

Gözəl deyil, etmə, gözəl, alı sən. (M.P.Vaqif) 

 

Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat 



Hər nə düz versən, ver, oğlum, borcunu vermə təmam. 

Hər nə alsan, al, amandır, alma kasıbdan salam 

Hər nə etsən, et və lakin etmə meydən ictinab, 

Hər nə tutsan, tut və lakin tutma bir kari-səvab. 

Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhdən. 

Harda yatsan, yat, ayılma, durma hərgiz sübhdən. (M.Ə.Sabir) 



 

ÇalıĢma. Bədii dilin ifadəliyini təmin edən üslubi fiqurlar-

dan  biri  şeirdə  misralarda,  cümlədə  son  sözlərin  təkrarı  ilə 

yaranan epiforadır. Onları tapın: 

 

Eyb eləmə eybəcərin eybinə, 



Eyb edirsən öz eybinə, eybi yox. 

Qırx gün saqqal dəlisi, 

Qırx gün daraq dəlisi. 

Qırx gün yaraq dəlisi. 




 

 

338 



İskəndər:  -Gəlin  içəri,  gəlin  bura!  Gəl,  gəl!  Yavuq  gəl?! 

Gəl, keç içəri. Sən də gəl. Hacı Kazım, sən də buyur içəri. Ha-

mınız  gəlin  içəri!  Mən  ölüm,  hamınız  gəlin!  Bax,  belə!  Keç, 

keç! Sən də gəl içəri! Sən də gəl. Gəlin, gəlin! (C.Məmmədqu-

luzadə."Ölülər" komediyasından) 

 

Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can! 



Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can! (M.Ə.Sabir) 

 

 



ELMĠ ÜSLUB 

 

Elmi təfəkkürün ifadə tərzi elmi üslubun əsasını təşkil edir. 



Elmi  üslub  elm  aləmində 

  elmi  ədəbiyyatda,  elmi  mühazirə, 



məruzə və söhbətlərdə istifadə olunan üslubdur. Elmi üslub el-

mi əsərlərin dilində təzahür edir. Elmi fikir elmi əsərlərdə şərh 

olunur. Elmin, istehsalat və  texnikanın ayrı-ayrı  sahələrinə aid 

məqalə, tezis, məruzə, rəy və monoqrafiyalar bu üslubda yazı-

lır. Elmi üslubun əlamətdar cəhətlərindən biri elmi anlayışların 

ən dəqiq ifadəsi kimi terminlilikdir. Terminlərin sistem halında 

işlənməsi  onu  digər  üslublardan  fərqləndirən  əsas  əlamətdir. 

Elmi üslubun ikinci cəhəti mücərrəd mənalı sözlərin, beynəlmi-

ləl  alınmaların  həqiqi  mənada  işlədilməsi,  fikirlərin  dəqiq, 

konkret  və  birmənalı  ifadə  edilməsidir.  Elmi  üslubda  sözlərin 

öz müstəqim mənasında işlənməsi bəhs edilən təbiət və cəmiy-

yət  hadisələri  haqqında  tam,  dürüst  və  dəqiq  məlumatın  veril-

məsi  ilə  bağlıdır.  Bu  üslubda  məcazi  mənalı  sözlərə  yer  veril-

mir.  Emosionallıq,  obrazlıq  kimi  xüsusiyyətlər  də  bu  üslub 

üçün xarakterik deyildir. Elmi üslubda mövzu müəyyən ixtisas 

sahəsinə aid olur, kitabın, monoqrafiyanın adı, onlarda verilmiş 

fəsil,  bölmə  və  başlıqlar,  şərh  olunmağa  yönəlmiş  mətnlər  sə-

bəb-nəticə  əlaqələri  əsasında  qurulur,  burada  sübut  və  dəlillər 

elmi şəkildə tərif, düstur, cədvəl və rəqəmlərlə verilir, mürək-

kəb  cümlə  tipləri  üstünlük  təşkil  edir.  Fikirlər  sübutlara,  fakt-

lara istinad edilir, ümumiləşdirilmələr aparılır, nəticə çıxarılır. 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə