1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə106/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   102   103   104   105   106   107   108   109   ...   128

 

 

323 



zirəyə başladı; 3) Biz yenicə məşqə başlamışdıq ki, məşqçimiz 

də gəlib çıxdı.  

Zaman  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrin  sino-

nimlik  təşkil  edən  formaları  nitqi  daha  da  zənginləşdirir.  Belə 

mürəkkəb  cümlələri  sadə  cümlələr  şəklində  işlətmək  mümkün 

deyildir.  Müxtəlif  məna  çalarlıqlarına  görə  bir-birindən  fərq-

lənən  yuxarıdakı  cümlələrdə  zaman  anlayışı  vardır  və  zaman 

budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrlə  üslub  cəhətdən  çox 

yaxşı  uyuşur.  Bu  tip  cümlələr  nitqdə  müəyyən  məqsədlə  işlə-

dilir və əsasən fikrin daha yığcam ifadəsinə xidmət edir.  



ÇalıĢma. Cümlələri oxuyun, onların üslubi imkanlarını 

izah edin.  

1) Əsgər. Dedim baxım görüm kimdir. Bir də gördüm kim? 

Həmin  bu  Məşədi  İbad  (Ü.Hacıbəyli);  2)  Siz  bilən,  mədən-

lərdəki  bu  şuluqluğun  əsl  səbəbi  nədir,  əsl  şuluqluq  salan  kim-

dir? (C.Cabbarlı); 3) Sultan bəy. Nə danışırsan, axmaq qızı ax-

maq!  Bazarın  gedəsinə  ərə  gedəcəksən?  Dəli  olubsan,  nədir? 

(Ü.Hacıbəyli); 4) Bərəkallah, Züleyxa, bərəkallah, afərin; 5) Pa-

pan səni mağazada gözləyir! – deyəndə Nazilənin ağzından ixti-

yarsız bu söz çıxdı.- Buyy! (M.Cəlal). 6) Vay atonnan, inanmır 

ha!  (M.Cəlal).  7)  Aç  qapını,  rədd  olub  get.  Sən  mənim  daxili 

işlərimə  qarışma,  çıx  burdan!  (S.Rəhman).  8)  Mənim  sənə  çox 

mühüm  bir  tapşırığım  vardır:  hər  halda  hansı  işdə  olursan  ol, 

daxilən, vicdanən pak və  təmiz ol! Mənəviyyatını  gün kimi  saf 

və  parlaq saxla! Heç zaman balaca nöqtə qədər də  olsa belə  öz 

ürəyini ləkələmə (S.Rəhimov). 

ÇalıĢma.  Aşağıdakı  cümlələrdə  vulqar  sözlərin  altından 

xətt çəkin. Vulqarizmlərin hansı üslub üçün xarakterik olduğu-

nu deyin: 

Xudayar bəy Əhmədə: -Köpək oğlu köpək! Hara aparırsan 

eşşəyi? 

Kərbəlayi Cəfər arvadının arxasınca- Gün olmaz ki, o itin 

qızı əti yandırmasın. 



 

 

324 



Xudayar bəy  Zeynəb haqqında:  -  Mən bilirəm  niyə  bikef-

sən.  Amma  neyləmək.  Allah  ananın  atasına  nəhlət  eləsin! 

(C.Məmmədquluzadə) 

Hacı  Qara:  -Allah  kəssin  belə  bazarı!  Belə  alış-verişi!  İt 

oğlu  qədək,  şilə  verənin  əli  qurğuşun  imiş.  Evin  dağılsın  çit 

satan! Qapın çırpılsın şilə verən! (M.F.Axundzadə) 



ÇalıĢma.  Müəllimlərinizdən  birinin  kitabına  (dərsliyinə) 

annotasiya yazın. Annotasiya formasını deyin. 

 

 

ÜSLUBĠ NORMALAR 

 

FUNKSĠONAL ÜSLUBLAR 

 

Üslub  nitqlə  bağlıdır,  fikrin  ifadə  tərzi  deməkdir.  Üslub 

hərfi  mənada  tərz,  üsul,  səliqə  deməkdir.  Qədim  yunanlar  və 

romalılar üslub (stil) sözünü gözəl danışıq, natiqlik sənəti kimi 

başa düşürdülər.  

Ünsiyyətin hansı şəraitdə baş verməsi nitqi məqsədə müva-

fiq formalarda qurmaq tələbini qarşıya qoyur və beləliklə, nitq 

üslubları  yaranır.  Nitq  üslubları  fərdi-subyektiv  olub,  şəxsin 

dünyagörüşündən, savadından, nitq qabiliyyətindən, məqsəd və 

şəraitdən asılıdır. Nitqin ayrı-ayrı üslubları fərdi üslub çərçivə-

sində mövcuddur. 

Nitq üslubları, adətən, iki növə bölünür: 1) yazı (kitab) üslu-



bu.  Bura  bədii  üslub,  elmi  üslub,  publisistik  üslub,  rəsmi-kargü-

zarlıq üslubu və epistolyar (yazışma) üslubu daxildir. 2) danıĢıq 



üslubu.  Bura  xalq  danışıq  üslubu  və  ailə  -məişət  üslubunu  aid 

edirlər.  Birinci  qrupa  daxil  edilən  üslublar  yazılı  formada  olur, 

lakin onlar haqqında auditoriyada, ekran və efir qarşısında aparı-

lan söhbətlər, müsahibələr şifahi formada da baş tutur. 

Dil inkişaf etdiyi kimi üslublar da dəyişir, inkişaf edir, tək-

milləşir, bir-biri ilə əlaqədə olub bir-birinə təsir edir.  

 



 

 

325 



 

 

BƏDĠĠ ÜSLUB 

 

Ədəbi  dilin  ilkin  formalaşan  üslubu  bədii  üslubdur.  Bədii 

üslubu başqa üslublardan fərqləndirən dilin ekspressivlik, emo-

sionallıq  və  təsir  vasitələrinin  seçilmiş  sistemidir.  Bədii  üslub 

obrazlı dildir. Bədii üslubda yazıçı qələmə aldığı həyat hadisə-

lərini, insanları, öz fikir və düşüncələrini müxtəlif dil və təsvir 

vasitələri  ilə  bədii  şəkildə,  müəyyən  ölçü  və  forma  daxilində 

əks  etdirir.  Bu  üslub  digər  funksional  üslublara  nisbətən  daha 

qədimdir. Elmə məlum olan "Orxon-Yenisey abidələri", "Kita-

bi-Dədə Qorqud" dastanı, Dəvdəkin, Qətran Təbrizinin, Xaqani 

Şirvaninin, Nizami Gəncəvinin şeirləri, Xacə Nəsirəddin Tusi-

nin "Əxlaqi-Nasiri", Nizamül - Mülkün "Siyasətnamə" əsərləri, 

tarix,  siyasət  və  tərbiyə  mövzularına  həsr  olunmuş  tədqiqatlar 

daha əvvəl yazıya alınmışdır. İzəddin Həsənoğlunun, İ.Nəsimi-

nin, Ş.İ.Xətainin ana dilində yazılmış şeirlərindən, M.Füzulinin 

elmi-fəlsəfi  əsərlərindən  çox-çox  əvvəllər  yazılmışdır. Ana di-

limizdəki  elmi  əsərlərin  tarixi,  ümumiyyətlə,  bədii  üsluba  ba-

xanda yaxın dövrün məhsuludur. Bədii üslubda ifadə vasitələri 

– ahəngdarlıq, melodiyalılıq, ritm, obrazlılıq, müəyyən lövhələr 

yarada  bilmək  keyfiyyəti,  incə  məna  çalarlıqları  nəzərdə  tutu-

lur.  Bu  üslubda  dilin  lüğət  tərkibindəki  sözlərin  məna  qrupla-

rından, üslubi laylarından, bədii təsvir vasitələrindən, məcazla-

rın  müxtəlif  formalarından,  hətta  vulqar  leksika  və  jarqonlar-

dan,  köhnəlmiş  sözlərdən,  yerinə  görə  terminlərdən  istifadə 

olunur.  Lakin  bir  məsələ  həmişə  diqqətdə  saxlanılır  ki,  bədii 

əsərin  vəzifəsi  gözəl  mənəviyyatı,  əxlaqilik,  əzəlilik,  insanlıq 

kimi  keyfiyyətləri  bədii  sözün  qüdrəti  ilə  emosional,  ifadəli, 

ekspressiv  və  obrazlı  təsvir  və  tərənnüm  etməkdir.  Xalqın  tə-

fəkkür tərzi məişət və təsərrüfat həyatı ilə bağlı olaraq bir qisim 

söz ilkin mənasını genişləndirir, yeni-yeni məna çaları qazanır, 

öz  formasını  dəyişdirir.  Buna  görə  də  dildə  sözlərin  mənala-

rının şaxələnməsi,  köçürülməsi,  müxtəlif istiqamətlərdə dəyiş-




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə