1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə114/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   110   111   112   113   114   115   116   117   ...   128

 

 

349 



5. BĠLDĠRĠġ 

 

BildiriĢ  əməli  yazıların  sadə  və  çox  işlənən  formasıdır. 

Anons,  bildiriĢ,  afiĢa,  reklam  və  s.  kimi  əməli  yazılar  elan 

xarakterlidir.  

Məzmun  və  məqsədinə,  eləcə  də  əhatə  dairəsinə  görə 

bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) 

haqqında  müəyyən  kollektivə  və  ya  ictimayyətə  əvvəlcədən 

verilən məlumat anlamındadır.  

Bildiriş  (elan)  yazılarkən  aşağıdakı  məqamlar  diqqət 

mərkəzində saxlanmalıdır: 

1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır; 

2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalı-

dır; 

3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir



4.  Tədbirin  keçiriləcəyi  yer,  ünvan  (ərazi,  bina),  lazım 

gələrsə  təşkilatın  yerləşdiyi  otağın  nömrəsi,  varsa  telefonu 

göstərilir; 

5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir

6.  Məlumatda  hər  hansı  bir  məsələ  gizli  saxlanıla  bilər. 

Bildiriş  respublika  və  ya  şəhər  miqyaslı  olarsa  qəzetdə,  radio 

və televiziyada da verilə bilər. 

 

Nümunə: 

 

BildiriĢ 

 

Tələbələrin nəzərinə! 

Azərbaycan 

Dövlət  Bədən  Tərbiyəsi  və  İdman 

Akademiyasının əyani şöbəsində II yarımilin dərsləri 15 fevral 

2017-ci il tarixdən başlanacaq. 

Tədris hissəsi 

*** 


 


 

 

350 



6. ELAN 

 

2017-ci  il  may  ayının  20-də  saat  11.00-da  akt  zalında  IV 



kurs tələbələrinin "Pedaqoji təcrübə"yə həsr olunmuş konfransı 

keçirilicək.  

Təcrübə rəhbərlərinin və tələbələrin iştirakı vacibdir. 

 

"Bədən tərbiyəsinin nəzəriyyəsi 

 və onun tədrisi metodikası" kafedrası 

*** 


 

7. ETĠBARNAMƏ 

 

Etibarnamə  ərəbcə  "etibar"  ("nəzərə  alma")  və  farsca 

"namə" ("məktub", "kağız") sözlərinin birləşməsindən  yara-

nıb,  "etibaretmə  sənədi"  mənasındadır.  Etibarnamə  bir  şəxsin 

bir işin icrasını başqa birisinə etibar etdiyini bildirən sənəddir. 

Bir şəxsin və ya bir idarənin adından iş görmək üçün verilən bu 

rəsmi  sənəd  müəssisənin  kadrlar  şöbəsində,  yaxud  dövlət 

notariusu tərəfindən təsdiq olunur. 

 

Nümunə: 

 

Etibarnamə 

 

Bakı Ģəhəri  

 

 

        20 dekabr 2016-cı il 

 

Mən,  Bakı  şəhəri  Binəqədi  rayonu,  S.S.Axundov  küçəsi, 

13 saylı binanın 56-cı mənzilində yaşayan, 2008-ci ildə həmin 

rayonun 36-cı polis bölməsi tərəfindən verilmiş VI-BC seriyalı 

6453421  saylı  şəxsiyyət  vəsiqəsinin  sahibi  Qaragözov  Nama-

zəli Xanış oğlu ADBTİA- nın Həmkarlar İttifaqı Komitəsindən 

mənə  çatacaq  60  manat  məbləğindəki  yardımı  almağı  Bakı 

şəhəri Yasamal rayonu, Azadlıq prospekti 158 nömrəli evin 46 




 

 

351 



saylı  mənzilində  yaşayan  qrup  yoldaşım  Abdullayev  Bəhram 

Güləli oğluna (Şəxsiyyət vəsiqəsi seriya AZE 01643538) etibar 

edirəm. 

Ġmza: N.X.Qaragözov 

28.01.2017 

 

N.X.Qaragözovun imzasını təsdiq edirəm. 



 

ADBTİA  kadrlar  şöbəsinin  müdiri:(imza)  Cəfərova  S.Ġ. 



29.01.2017-ci il 

*** 


Nümunə: 

 

Etibarnamə № 

 

Verildiyi tarix "__" _____________2017-ci il 

Şəxsiyyət vəsiqəsinin seriyası ___№__________________ 

Verilib ____________________________polisi tərəfindən 

  (icra edən idarənin adı) 

____________________________ malları götürmək üçün 

(№ və fakturanın tarixi) 

 

Götürüləcək malların siyahısı 



№ 

Götürüləcək malların adı 

Ölçü 

vahidi 


Miqdarı 

(hərflə) 

 

 

 



 

 

____________________________ imzasını təsdiq edirəm 



      

(mal götürən adamın imzası) 

 

Möhür yeri 



Ġdarənin müdiri: (imza S.A.A.) 

BaĢ mühasib: (imza S.A.A.) 

*** 


 

 

352 



8. ƏMR 

 

"Əmr"  sözü  ərəb  mənşəli  olub  iĢ,  Ģey,  sərəncam  məna-

sındadır, bir işin görülməsi üçün verilən hökm, göstəriĢdir. Bu 

əməli  yazı  forması  idarə,  müəssisə,  təşkilat  və  s.  rəhbərinin 

rəsmi sərəncamıdır.  

Əmr müəssisənin xüsusi əmr blankında çap olunur. Vərəqin 

birinci sətrində əmr verən müəssisənin adı göstərilir. İkinci sətirdə 

böyük hərflə "Əmr" sözü yazılır. üçüncu sətirdə sol tərəfdən əm-

rin verildiyi tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı qeyd 

edilir. Altında aşağıdan əmrin verilmə səbəbi və ya məqsədi açıq-

lanır.  Ondan  aşağıdakı  sətirdə  vərəqin  ortasında  "əmr  edirəm" 

sözləri  gəlir.  Sonra  əmrin  məzmunu  verilir.  Əmrin  aşağı  hissə-

sində əmrin əsası yazılır. Sonra əmri verən məsul şəxsin vəzifəsi, 

titulu,  adı  və  atasının  adlarının  baş  hərfləri  və  soyadı  göstərilir. 

Rəhbərin  imzasından  sonra  əmri  hazırlayanın  və  əmri  verməyə 

razılığı  olan  şəxsin  imzası  qeyd  edilir.  Əmrin  icrası  ilə  bağlı 

qurumlara göndərilməsi haqqında göstəriş olur.  

İdarə rəhbərinin, məktəb direktorunun (rektorun) əmri, işə 

qəbul  etmə, işdən xaric etmə, müəyyən iş  tapşırma, komissiya 

yaratma, tədbir keçirmə və s. kimi əmrlər vardır. 

 

Nümunə: 

 

Əmr 

 

 

10 sentyabr 2017-ci il    

 

Bakı Ģəhəri, 20 

 

Rüstəmov  Vahid  Əli  oğlu  hərbi 



xidmətini  başa  vurduğuna  görə  "İdman 

oyun  növləri"  fakültəsinin  II  kursuna 

(OA 16-03) bərpa edilsin. 

Əsas: Tələbənin təqdim etdiyi arayış və ərizəsi. 



 

Rektor: (imza) A.A.S 

 

 



Əmri hazırladı:  

fakültə dekanı: (imza) A.A.S. 

*** 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə