Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti SƏRBƏst iŞ



Yüklə 18,78 Kb.
səhifə1/3
tarix22.12.2023
ölçüsü18,78 Kb.
#154190
  1   2   3
Nitqin saheleri —


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Azərbaycan Dillər Universiteti

SƏRBƏST İŞ

Tələbə: Fatimə Əliyeva


Müəllim: B/m Səbinə Eliyeva
Fakültə: Filologiya
İxtisas: İngilis dili və ədəbiyyatı
Qrup: b23-134
Kurs :1
Fənn: Azərbaycan dilində işgüzar-akademik kommunikasiya
Mövzu: Forma və məzmununa görə nitqin ən geniş yayılmış sahələri

Bakı-2023


Mövzu : Forma və məzmununa görə nitqin ən geniş yayılmış sahələri

Nitqin geniş yayılmış sahələri bunlardır:



  • Məhkəmə natiqliyi.

Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər, təsir funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bütün dil üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi kateqoriyalar, standart formulalar işlədilir ki, bu da təbiidir. Ona görə ki, məhkəmə prosesində hüquqi təhsili və müəyyən hüquqi savadı olanlar danışır, fikir və mülahizələrini söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat və təşviqat məqsədilə publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə bilmək üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim, şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur.
İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara, obyektivliyə, əda-lətə, qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur. Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi nəticələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliliyinə riayət etməlidir.
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə