Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti SƏRBƏst iŞ



Yüklə 18,78 Kb.
səhifə2/3
tarix22.12.2023
ölçüsü18,78 Kb.
#154190
1   2   3
Nitqin saheleri —

Akademik natiqlik

Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq konfrans, simpozium, treninq və sairədə edilən məruzələr, çıxışlar, verilən elmi məlumatlar və s. akademik natiqliyə aid edilir. Bu, elm adamlarının, alimlərin, yüksək hazırlıqlı ziyalıların, müəllimlərin elmi-praktik konfranslarda, ali məktəb auditoriyalarında, radio və televiziya verilişlərində, müdafiə sovetlərində və s. yerlərdəki nitqidir. Elmi nitq öz məntiqliyi, fikirlərin ardıcıllığı, söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdirmələri, nəticələri və s. ilə digər nitq növlərindən fərqlənir. Nitqin bu növü vasitəsilə yaradıcı insanlar, alimlər və b. öz tədqiqatlarından, araşdırmalarından alınmış nəticələri həm yazılı (məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla başqalarına çatdırırlar. Bu nitq o zaman yararlı sayıla bilir ki, insanlar onu başa düşsünlər, orada şərh olunanlara inansınlar. Mühazirəçinin söylədikləri reallığa əsaslanmalı, dinləyicilər tərəfindən qəbul olunmalıdır.

  • İctimai-məişət natiqliyi

Bu nitqin geniş istifadə olunan növlərindən biridir. Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, ad günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər digərləri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər söylənilir, obrazlı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən zaman istifadə olunur. Bu tədbirlər, əsasən, iki formada aparılır. Birincisi, görkəmli adamların – elm, maarif və mədəniyyət xadimlərinin, yazıçı, aktyor, əmək və müharibə veteranları və başqalarının yubileyləri, həmçinin əlamətdar, tarixi günlərin qeyd olunması; ikincisi isə kiçik kollektivlərdə, ailədə dostlarla, yaxınlarla keçirilən yubiley şənlikləri. Yubileylərin forması və keçirilmə şəraiti fərqli olduğu kimi, orada söylənilən nitqlərin, çıxışların ifadə tərzi də müxtəlif olur. Birincidə bu tədbir, adətən, ciddi planda aparılır. Orada əvvəlcə bir nəfərin (müəssisənin rəhbəri və ya orada çalışan mötəbər adamlardan birinin) giriş nitqi dinlənilir. Onun ardınca əvvəlcədən müəyyənləşdirilmiş çıxışlar olur, xatirələr söylənilir
Ailədə, kollektivdə dostlar arasında keçirilən yubiley şənliklərində yubilyarın xarakteri, mənəvi keyfiyyətləri, insanlara münasibəti, cəmiyyətdə, ailədə mövqeyi və s. haqda söhbətlər ön planda olur. Bu söhbətlərdə zərif-duzlu atmacalara, incə yumora geniş yer verilir. Orada söylənilən xatirələr, bir növ, ürək nəğmələrini xatırladır, yubiley tədbirlərinin təsirini artırır.
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə