Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti SƏRBƏst iŞ



Yüklə 18,78 Kb.
səhifə3/3
tarix22.12.2023
ölçüsü18,78 Kb.
#154190
1   2   3
Nitqin saheleri —

Ekran nitqi

Buna telenitq də deyilir. Ekran nitqi kütləvi informasiya vasitələrindən ən dəyərlisidir. Bu nitq həm yazılı, həm də şifahi nitqin xüsusiyyətlərini özündə birləşdirir. Telenitq monoloji və dialoji formalarda olur, məzmun hərəki təsvir və səs ifadəsi ilə dinləyiciyə çatdırılır. Televiziya verilişləri zamanı bəzən təsvir, bəzən də sözün rolu ön plana çəkilir. Şübhəsiz ki, hər bir halda sözün, nitqin publisistik funksiyası daha geniş olur. Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitqdə ədəbi dilin normalarına ciddi bir şəkildə riayət edilir. Danışan fikrini çatdırmaq üçün münasib formaları tapmağa, dilin sinonimik vasitələrindən yerli-yerində istifadə etməyə, cümlələri düzgün qurmağa çalışır. Burada orfoepik normaları - ədəbi tələffüz qaydalarını gözləmək daha vacib sayılır. Teleekran ədəbi dilin, xüsusilə orfoepik tələffüzün təbliğatçısı, yayıcısı, tənzimləyicisi olduğundan bu verilişlərdə həmin qaydalara xüsusi qayğı və tələbkarlıqla yanaşılır, əməl edilir və tələb olunur ki, danışanın nitqi diksiya baxımından aydın olsun, səslər öz məxrəcində deyilsin. Hər bir söz, söz qrupu ədəbi tələffüz normalarına uyğun, aydın, emosional və təsirli bir şəkildə tələffüz edilsin.

  • İctimai-siyasi nitq

İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf etmişdir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Respublikamızın prezidenti möhtərəm İ.Əliyev cənablarının ölkənin daxili və xarici vəziyyəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin dəyərli nümunələridir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən mötəbər məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox böyük razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət verir, onu düzgün yola istiqamətləndirir.
Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoymuşdur. Dövrün bu görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də publisistik cəhətdən təhlil olunmalı, öyrənilməlidir. Ali məktəblərdə tədris olunan “Nitq mədəniyyətinin əsasları” fənninə bu barədə ayrıca bölmə daxil edilməlidir. Qoy bizim gənclər Heydər Əliyev natiqliyinin sirlərinə bələd olsunlar, onun məziyyətlərini əxz etsinlər, öz ixtisasları ilə yanaşı, həm də gözəl natiq, söz ustası kimi yetişsinlər.
Yüklə 18,78 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə