1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə118/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   114   115   116   117   118   119   120   121   ...   128

 

 

364 



19. MÜRACĠƏT 

 

"Müraciət" ərəb mənşəli söz olub "rica", "çağırıĢ" mə-

nasını ifadə edir. Müraciət şifahi və yazılı formada olur. Yazılı 

formada olan müraciətdə aşağıdakılar nəzərdə saxlanılır: 

1. Müraciətin kimə ünvanlandığı qeyd olunur

2. Müraciətin mətni məzmunlu və qısa olur; 

3. Sonda müraciəti qəbul edən təşkilat və ya şəxs göstərilir. 

4. Müraciətin qəbul olunduğu yer və tarix qeyd edilir. 

 

Nümunə: 

 

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik 

və Milli Birlik Günü münasibətilə bütün gənclərə 

 

MÜRACĠƏT 

 

Xalqımız bütün tarixi boyu milli birlik və həmrəylik arzu-

ları,  ideyaları  ilə  yaşamışdır.  Dünya  azərbaycanlılarının  təş-

kilatlanması,  onların  milli  birlik  və  həmrəyliyinin  güclənməsi 

son  illərdə  daha  da  geniş  vüsət  almışdır.  Biz,  bütün  dünyada 

yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin, 

ümummilli ideyaların güclənməsinə bütün bacarıq və iş fəaliy-

yətimizi sərf edək. Hər yerdə Azərbaycan dövlətçiliyi ətrafında 

sıx birləşək, ölkəmizin daxili və xarici siyasətini dəstəkləyək.  

 

ġəmsəddin Hacıyev,  

Azərb. DBTĠA-nın II kurs tələbəsi  

 

Bakı şəhəri, 31 dekabr 2017-ci il. 



 

*** 


 


 

 

365 



 

20. PROTOKOL 

 

"Protokol"  yunanca  protok  "ilk,  birinci  vərəq",  kolos 

"yapıĢdırmaq" sözlərinin birləşməsindən düzəldilmişdir. Kol-

lektivlərdə  keçirilən  müşavirə,  konfrans,  yığıncaq,  toplantı  və 

iclasların  gedişini  nizamlamaq  üçün  sədr  və  katib  seçilir. 

Sədrin  vəzifəsi  yığıncağı  nəzərdə  tutulmuş  formada  aparmaq, 

katibin vəzifəsi isə iclasın gedişini sənədləşdirməkdir. Bu yazılı 

sənəd protokol adlanır.  

Forma  və  məzmununa  görə  protokol  bir  və  ya  bir  neçə 

məsələni  əhatə  edə  bilər.  Protokolun  tərtibi  və  yazılışında 

aşağıda göstərilən cəhətlər nəzərdə saxlanılır: 

1. "Protokol" sözü və onun nömrəsi vərəqin  yuxarısında, 

ortada böyük hərflərlə yazılır. 

2.  Təşkilatın  adı,  yığıncağın  keçirildiyi  tarix  və  yer  qeyd 

edilir. 

3. Yığıncaqda iştirak edən kollektiv üzvlərinin sayı, rəhbər 

orqanların nümayəndələrinin adı, soyadı və vəzifəsi göstərilir. 

4. Giriş hissədən sonra "Gündəlik məsələlər" qeydi orta-

dan  böyük  hərflə  yazılır,  müzakirə  olunacaq  məsələ  abzasdan 

verilir. Məsələ birdən çoxdursa, nömrələrlə qeyd aparılır. 

5. Gündəlik məsələdən sonra yeni sətirdən abzasdan böyük 

hərflə "EĢidildi" sözü yazılır. 

6.  "Çıxış  etdilər"  hissəsində  çıxış  edənlərin  adı  və  soyadı 

sətrin  əvvəlində  göstərilir,  onların  çıxışındakı  fikirlərin  qısa 

məzmunu aydın qeyd olunur. 

7.  Sonra  vərəqin  ortasında  "Qərar"  sözü  yazılır.  Məsə-

lənin qərar hissəsi iclasın məqsədini ifadə etməli, bəndlər üzrə 

yığcam şəkildə yazılmalıdır. 

8. Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir 

və onlar protokolu imzalayırlar. 



 

Nümunə: 

 


 

 

366 



Azərb. DBTĠA tələbə-gənclər təĢkilatının 

18 noyabr 2017-ci il tarixli 8 saylı iclasının 

 

Protokolu 

 

2017-ci  il  dekabr  ayının  18-də  Azərb.  DBTİA  Tələbə 

Həmkarlar  İttifaqı  Təşkilatının  növbəti  iclası  keçirildi.  İclasda 

25  nəfər  təşkilat  üzvündən  23  nəfər  və  Akademiyanın  idman 

işləri  üzrə  prorektoru,  professor  D.Q.  Quliyev  iştirak  edirdi. 

Təşkilatın  sədri  Babanlı  Y.M.  iclasın  gündəliyini  təşkilat 

üzvlərinin nəzərinə çatdırdı. 

 

Ġclasın gündəliyi: 

1.  2017-2018-ci  tədris  ilinin  birinci  yarısında  tələbələrin 

dərsə davamiyyəti haqqında. 

2. Ali məktəblər arasında keçiriləcək Spartakiadaya hazır-

lıq haqqında. 

 

EĢidildi: 

1.  Müzakirə  olunan  birinci  məsələ  haqqında  təşkilat 

sədrinin  müavini  E.Şükürov  məruzə  etdi  (məruzənin  mətni 

protokola əlavə olunur). 

2. İkinci məsələ haqqında Akademiyanın idman işləri üzrə 

prorektoru D.Q.Quliyev məlumat verdi. 



 

ÇıxıĢlar 

“İdman  təkmübarizliyi”  fakültəsinin  dekan  müavini  Q. 

M.Cəfərov,  "İdman  oyun  növləri"  fakultəsinin  dekan  müavini 

A.M.İbrahimli,  tələbələrdən  Əliyev  E.  (qrup  OA  17-02), 

Həşimov M. (qrup OA 17-10), Süleymanov Ç. (qrup TA 17-4) 

çıxış edərək müzakirə olunan məsələyə münasibət bildirdilər. 



 

Qərar: 

1.  Birinci  məsələ  haqqında  məruzə  edənlər  və  çıxışçıların 

göstərdikləri  qeydlər  nəzərə  alınsın.  Qərarın  icrasına  nəzarət 



 

 

367 



Akademiyanın  Tələbə-Gənclər  Təşkilatının  sədrinə  həvalə 

edilsin. 

2. Ali məktəblər arasında keçiriləcək Spartakiadaya hazır-

lıqla  bağlı  ayrı-ayrı  idman  növləri  üzrə  işləri  gücləndirmək 

aidiyyatı  olan  kafedra  müdirlərinin  nəzərinə  çatdırılsın. 

Növbəti iclasda görülmüş işlər haqqında Akademiyanın idman 

işləri üzrə prorektorunun geniş məruzəsi dinlənilsin. 

 

Sədr: (imza) G.Qarayev 

Katib:(imza) F.Həsənova 

 

*** 


 

21. RAPORT 

 

"Raport" fransız sözü olub bir şəxsin vəzifəcə böyük şəxsə 



verdiyi şifahi və ya yazılı məlumatdır. 

 

Nümunə: 

 

"İdman oyun növləri " fakültəsinin 

dekanı A.A.S.-a 

 

II kurs OA 17-10-cu qrupun 



nümayəndəsi Müzəffər Şükürovun 

 

Raportu 

Sizin  tapşırığınıza  əsasən  Akademiya  binasının  cənub 

səhəsi  -  keçmiş  yataqxanaya tərəf  ərazi  qrupumuzun tələbələri 

tərəfindən  təmizlənib  qaydaya  salınmışdır.  Tələbələrdən 

Ələkbərov  Habil  və  Əzimov  Möhsün  stadionda  işləyən  8-ci 

qrupa kömək etməyə göndərilmişdir. 



 

Ġmza:Müzəffər ġükürov 

25 aprel 2017-ci il 

*** 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə