394
(səni) bizə çox görməsin! Çox sağ ol! Diqqətinizə görə min-
nətdaram!; Əziyyət çəkməyin! Qulluğunuzda olum (olaq);
Əgər mümkünsə; Zəhmət olmasa; Çox şadam! Etiraz etmi-
rəm! Bağışlayın, mən sizinlə razı deyiləm; İcazə verin deyim;
Səbr edin; Bir qədər səbrli olun; Özünüzü ələ alın; Sizə
zəhmət verdim; Əziyyət çəkdiniz; Yaxşı yol!; İşiniz avand
olsun! Buyurun soruşun; Mənim üçün xoşdur; Bağışlayın,
vaxtınızı aldım; Deyəsən, sizi yordum! və s.
5. Hal-əhval tutma: - Necəsiniz? Kefiniz (əhvalınız) necə-
dir? Necə dolanırsınız? Xanımınız necədir? Uşaqlar (ınız)
necədir? İşləriniz yaxşıdırmı? Özünüzü yaxşı hiss edirsiniz?
və s.
Müəllimlər və valideynlər uşaqlara öyrətməlidirlər ki,
qocalara, xüsusən, xəstələrə baş çəkməyə gedəndə "Allaha
şükür, yaxşısınız", "Xəstəliyiniz yüngüldür", "Bu xəstəlik in-
di boş şeydir, qabaqki dövrlərə baxmayın", "İnşallah, iki-üç
günə sağalarsınız", "Həmişəki kimi, gümrahsınız" - desinlər.
Ağır xəstəyə də "Siz tezliklə sağalacaqsınız" demək lazımdır.
Bunların əvəzinə "Nə yaman qocalmısınız!", "Niyə belə
arıqlamısınız?", "Xəstə-zad deyilsiniz ki?", "Gözümə belə
birtəhər dəyirsiniz, nə olub?" - kimi cümlələrlə həmin adamın
qəlbini yaralamaq, ovqatını korlamaq işin xeyirinə deyil. Buna
görə də həyatda hər bir şəxsə hörmət, dəyərindən artıq
qayğıkeşlik göstərmək lazımdır.
6. Qarşılama: Xoş gördük! Nə gözəl təsadüf; Xoş gəlmi-
siniz; Lap vaxtında gəlmisiniz; Həmişə siz gələsiniz; Gəlişini-
zə şadıq; Sizi çoxdan gözləyirdik; Buyurun, buyurun; Keçin
içəri; Buyurun, əyləşin və s.
7. İntizama dəvət etmə: Sizdən bu hərəkəti gözləməzdim;
Sizdən (bunu) heç gözləmirdim; Belə hərəkət (etmək) sizə
yaraşmaz; Adınıza yaraşan iş deyil; Siz adınıza layiq hərəkət
etməlisiniz; Danışığınıza fikir verin; Bir az nəzakətli olun;
Çalışın, başqaları sizdən ibrət götürsün; Bir qədər səmimi
olun; Səhvinizi etiraf edin və s.
395
Xalqımızın təfəkkür tərzinə uyğun etik görüşlərini, danışıq
etiketlərini özündə əks etdirən N. Tusinin "Əxlaqi-Nasiri" (XIII
əsr), A.A.Bakıxanovun "Nəsihətnamə", M.M.Nəvvabın "Nəsi-
hətnamə" (XIX əsr), M.T.Sidqinin "Həkimanə sözlər",
M.S.Yusifzadənin "Ata-baba nəsihətləri" (XX əsrin əvvəlləri)
və başqa maarifpərvər yazıçı və ziyalıların neçə-neçə əsərində
olduqca qiymətli fikirlərə, mülahizələrə rast gəlirik. Bunlar
əsrlər boyu xaqdan toplanmış insanlıq normalarının, əxlaq
qaydalarının yazıya alınmış nümunələridir.
Uşaqlara ünsiyyət etiketlərini bir sistem halında mənim-
sətmək üçün onlara öncə ailədə, sonra bağçada, daha sonra
məktəbdə geniş söhbətlər aparmaq, etika qaydalarına riayət et-
məyi vərdiş halına salana qədər daim işləmək lazımdır. Uşaqlar
ana dilimizi, onun qrammatik quruluşunu, fonetik, leksik,
morfoloji və sintaktik normalarını mükəmməl mənimsəməklə
ətrafındakıların kimlər olduğunu dəqiq bilməsələr də, kiçiklərlə
öz yaşıdı, özündən böyüklərlə böyük kimi danışmağı, fikrinin
ifadəsində söz və ifadələri uğurla seçməyi bacarmalıdırlar.
Məktəblilər müraciət edərkən təkcə müəllimə və ya qarşısın-
dakı şəxsə "əziz müəllim", "hörmətli filankəs"-deməli yox,
eləcə də sual verməyi, suala cavab verməyi, sağollaşmağı,
üzrxahlıq və ya təşəkkür etməyi, yeri gələndə hal-əhval tutmağı
öyrənməli, bunu adi həyat normasına çevirməlidirlər. Onlar
sualın münasibliyini, vacibliyini götür-qoy etməyin, ölçülü-
biçili olmasının fərqinə varmalıdırlar. Sorğu-sual insanın insan-
lıq səviyyəsinin, dünyagörüşünün, bilik və məlumat dərəcəsi-
nin aynasıdır. Sual vermə məqamına qədər diqqətli olmaq,
söhbətin nədən getdiyini dəqiq bilmək zəruridir. Şagirdlərə
öyrədilməlidir ki, sual söhbət gedən mövzudan olmaqla mən-
tiqli, düşündürücü və öyrədici xarakter daşımalıdır. Müəllimə,
lektora, məruzəçiyə, rəsmi yerlərdə isə müsahibə "Zəhmət
olmasa deyin..", "Zəhmət olmasa baĢa salın", "Sizə belə bir
sual vermək olarmı?", "Sizin Ģəxsi fikrinizi bilmək
olarmı?"-və s. kimi sual-cavabdan sonra üzrxahlıq etmək,
396
cavabın qaneedici olub-olmamasına baxmayaraq
"Çox sağ
olun", "Razı qaldım", "TəĢəkkür edirəm", "Minnətda-
ram" kimi söz və ifadələr işlədilməlidir. Təbii ki, danışan,
çıxış edən fikrinin şərhindən sonra "Diqqətinizə görə təĢək-
kür edirəm", "Məni axıra qədər diqqətlə dinlədiyinizə görə
sağ olun" deməyi unutmamalıdır. Bu hal auditoriyada, sinif
otaqlarında, mühazirə salonunda baş vermişsə, müəllim (lektor,
məruzəçi) sualın müqabilində "Sizi baĢa düĢdüm", "Sualınız
aydındır", "Sualınıza görə təĢəkkür edirəm", "Çox yerində
verilmiĢ sualdır", "ÇalıĢaram, məsələyə aydınlıq gətirəm"
və s. kimi nəzakətli ifadə və cümlələrlə dinləyicilərdə xoş
təəssürat yaratmalıdır. Suallar sinfin və ya auditoriyanın səviy-
yəsinə uyğun olmalı, mövzudan kənara çıxmamalıdır, Sual sual
xatirinə verilməməli, eləcə də hamının bildiyi sual səsləndiril-
məməlidir. Cavab verməli olan şəxs sualları nəzakət və
razılıqla qarşılamalı, onlara öz münasibətini bildirməlidir.
Hazırda biz televiziya verilişlərində aparıcı ilə müsahibə
verən şəxslər arasında bu aspektdə gedən sual və cavabların
şahidi oluruq. Müsahib "Sual yerində verilmiĢdir", "YaxĢı
sualdır", "DüĢündürücü sualdır", "Mən bu sualı gözləyir-
dim" -kimi fikrə münasibət bildirən ifadələrdən istifadə edər-
kən diskusiya xoş təəssürat yaradır. Sinifdə, auditoriyada dərs
və ya məşğələ zamanı müəllim şagird və ya tələbələrin yerində,
məqamında verilməyən bəsit suallarına da nəzakətlə, dözüm-
lülük göstərməklə təmkinli cavab verməlidir. O, "Bu nə
sualdır?", "Belə də sual olar?", "Sən onu da bilmirsən?",
"Vaxtımızı almayın, əyləĢin", "Mane olmayın, oturun!" və
s. kimi ifadələr işlətməməlidir. Təəssüf ki, kobud ifadələr
işlətməkdən çəkinməyən müəllimlər də vardır. Onlar "uşaqdır"
deyə "Zəhləmi tökmə", "BaĢımı ağrıtma", "Açıl baĢım-
dan", "Sən belə Ģeyləri baĢa düĢməzsən", "Səni baĢa sal-
maq çətindir", -deməklə öz "mədəni" səviyyəsini göstərirlər.
Dinləmə zamanı tez-tez əsnəmək, saata baxmaq, laqeydliklə
başı yelləmək, barmaqlarını əzişdirmək, telefonda mesajları