1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə54/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   50   51   52   53   54   55   56   57   ...   128

 

 

164 



 

 

AZƏRBAYCAN DĠLĠNĠN FONETĠKASI.  

DANIġIQ SƏSLƏRĠ 

 

Fonetika  danışıq  səslərinin  xüsusiyyətlərini  öyrənir.  Da-

nışıq  səsi  nitqin  ən  kiçik  vahididir.  Təbiətdə  eşitdiyimiz  səs-

lərdən (küləyin səsi, avtomobil səsi, addım səsləri və s.) fərqli 

olaraq  danışıq  səsləri  insanların  ünsiyyət  prosesində  işlətdiyi 

səslərdir  ki,  onlar  sözlərin  yaranmasında  iştirak  edir.  Danışıq 

səslərini yazıya çevirən şərti işarələr hərf adlanır (məs.; be, ce, 

çe, de və s.). Səsi deyir və eşidirik, hərfi isə yazır və görürük.  

Bəzən  bir  hərf  bir  neçə  səsi  ifadə  edir  Məs.:  qonaq  [qo-

nax], nöqtə [nök’tə], bəzən də eyni səs bir neçə hərflə göstərilə 

bilir: təndir [təndi], Mehdi [Mehti]. 

Dilimizdə iki saitlə yazılıb bir səslə tələffüz olunan sözlərə 

də (saat [sāt], təəccüb [tə:cüp], təəssüf [tə:süf], maarif [mā:rif]), 

iki eyni samitlə  yazılıb müxtəlif cür tələffüz olunan sözlərə də 

rast gəlirik (yeddi [yetdi], səkkiz [səkgiz], toqqa [tok-qa]) və s. 

Ümumiyyətlə, səs və hərf tərkibinə görə fərqlənən sözlər dili-

mizdə  kifayət  qədər  çoxdur,  öz  səsini  ifadə  edən,  yəni  səs  və 

hərf  baxımından  bir-biri  ilə  düz  gələn  sözlərə  rast  gəldiyimiz 

kimi  (zərbə,  qapı,  oyunçu  və  s.),  səslərlə  hərflərinin  sayı  bə-

rabər  olan,  lakin  hərfləri  başqa  səsi  verən  sözlər  də  (hətta 

[hətda],  haqqında [hak’qında],  məndən [mənnən]  və  s.),  səslə-

rinin  sayı  hərflərinin  sayından  və  ya  əksinə  -  hərflərinin  sayı 

səslərinin sayından çox olan sözlərə də rast gəlirik (ailə [ayilə], 

poeziya [payeziya], neftçi [nefçi], dostlar [doslar]) və s.  

Tələffüz zamanı ağız boşluğunun və danışıq üzvlərinin al-

dığı  vəziyyətə  görə  formalaşan  səslər  hava  axınının  maneəsiz 

çıxması  ilə  sait  səslər,  maneyə  rast  gələndə  isə  samit  səslər 

yaranır. 

Dilimizdə  elə  sözlər  var  ki,  tərkibindəki  saitlərdən  biri  öz 

səs məxrəcində deyil, uzun tələffüz olunur. Məs.: əla [ə:la], Rə-




 

 

165 



na  [Rə:na],  emal  [e:mal],  mötərizə  [mö:tərizə]  və  s.  a,  e,  ö,  u 

saitlərinin iştirak etdiyi bu kimi alınma sözlər ibtidai siniflərdə 

apostrof işarəsi ilə yazılır. Əlifbamızda apostrof işarəsi olmadı-

ğından  sonrakı  siniflərdə  və  ümumiyyətlə,  yazımızda  bu  işarə 

yoxdur,  amma  kiçik  yaşlı  məktəblilərə  bu  kimi  sözlərin 

tələffüzü öyrədilir.  

Bəzi sözlərdə iki eyni sait yanaşı gəlir, ancaq uzun səs ki-

mi tələffüz edilir: camaat [cama:t], mətbəə [mətbə:], təbii[təbi:] 

və s.  

Eyni zamanda söz iki yanaşı, lakin müxtəlif saitlə yazıldığı 



halda  bir  uzun  səs  kimi  deyilir:  müalicə  [ma:licə],  müəllim 

[mə:llim]. 

Dilimizdə bir sıra ərəb və fars mənşəli sözlər də vardır ki, 

tərkibindəki saitlərdən biri uzun tələffüz olunur. Məs.: Arif, Sa-

bir,  qadir,  nazir,  adət,  sakit,  Təranə,  Səxavət,  Ədalət,  həqiqət, 

Səlimə, hökumət, təsir, tacir, namus, Kamil, maneə, nümunə və 

s.  Bu  tip  sözlərdə  saitlərin  uzun  və  ya  qısa  tələffüz  edilməsi 

sözün  mənasını  dəyişdirmir,  lakin  bu  bizə  əsas  vermir  ki, 

həmin sözləri işlədərkən uzun tələffüz olunmalı səsləri qısa de-

yək. Belə hallara təsadüf olunarsa, qulaq asanlarda belə qənaət 

hasil  olunacaq  ki,  danışan  ya  savadsızdır,  ya  da  başqa  xalqın 

nümayəndəsi.  

Dilimizdə  birinci  hecasında  qapalı  sait  olan  sözlər  qısa 

tələffüz  olunur.  Məs.:  qıfıl,  qızdırma,  kişi,  piti,  bulaq,  buzov, 

tüfəng, bütün və s.  

Birincisi  saitlə  bitib,  ikincisi  də  saitlə  başlayan  iki  sözün 

birləşməsindən  əmələ  gəlmiş  mürəkkəb  sözlərdə  birinci  sözün 

son saiti tələffüz edilmir, xüsusi isimlərdə isə həm də yazılmır: 

Ağa  Əli  [Ağəli],  Əli  Ağa  [Əlağa],  bibioğlu  [biboğlu],  Əli 

Əsgər [Ələsgər] və s.  

Dilimizdə qoşa və ya iki müxtəlif saitli sözlər olduğu kimi 

(camaat,  ailə,  müəllim  və  s.),  qoşa  samitlə  yazılan  sözlər  də 

vardır:  1)  Söz  artasında  gələn  kk,  pp,  tt  samitlərindən  ikincisi 

tələffüz zamanı özünün cingiltili qarşılığı ilə əvəz olunur: Mək-




 

 

166 



kə  [məkgə],  səkkiz  [səkgiz],  tappıltı  [tapbıltı],  hoppanmaq 

[hopbanmaq], hətta [hətda], Səttar [Sətdar] və s.  

2)  Söz  ortasında  gələn  qq  samitlərindən  birincisi  özünün 

kar  qarşılığı  kimi  tələffüz  edilir:  saqqal  [sak’qal],  doqquz 

[dok’quz], rəqqas [rək’qas] və s.  

3)  c,  d,  g,  z  samitləri  ilə  qurtaran  iki  və  daha  artıq  hecalı 

sözlərə  samitlə  başlayan  şəkilçi  artırdıqda  və  ya  samitlə  baş-

layan söz işləndikdə həmin samitlər [ç], [t], [k], [s] kimi tələf-

füz olunur. Məs.: sənəd – sənədlər [sənətlər], almaz –almazdan 

[almasdan],  çəkic  –  çəkic  vurmaq  [çəkiç  vurmaq],  tüfəng  – 

tüfəngsiz [tüfənksiz] və s. 

4)  Çoxhecalı  sözlərin  sonunda  q  samiti  [x]  kimi  tələffüz 

edilir: bayraq [bayrax], qonaq [qonax], [qarmaq [qarmax] və s.  

5)  İki  müxtəlif  cinsli  kar  samit  yanaşı  işləndikdə  ikinci 

samit  cingiltiləşir:  dəftər  [dəfdər],  əskər  [əsgər],  asfalt  [asvalt] 

və s. 


  

ORFOEPĠK NORMALAR 

 

Ayrı-ayrı  sözün,  qrammatik  forma  və  sintaktik  quruluşun 

dildə istənilən sabit və vahid qaydaları orfoepik  normaları təş-

kil  edir.  Orfoepiyaya  dilin  fonetik  sistemi  ilə  bağlı  olub  hər 

hansı bir səsin müəyyən fonetik şəraitdə, yəni sözün əvvəlində, 

ortasında, yaxud sonunda gəldikdə, qrammatik formalarda, söz 

birləşmələrində  işləndikdə  özünü  göstərən,  tələffüz  xüsusiy-

yətlərini tənzimləyən qaydalar daxildir (3, səh.171). Orfoepiya 

normalarını müəyyənləşdirərkən aşağıdakı prinsiplər əsas götü-

rülür:  1)  tələffüzün  asanlığı;  2)  danışığın  təbiiliyinin  qorun-

ması; 3)şəkilçilərin qısa variantda saxlanılması; 4) tələffüzü çə-

tin,  yazılışı  deyilişindən  fərqlənən  sözlərin  xalq  danışıq  dilinə 

uyğun variantının qəbul  edilməsi; 5) fonetik hadisələrin tətbiq 

olunmasının qarşısının alınması; 6) dilimizin təbiəti, səs və he-

ca sistemi nəzərə alınmaqla bir sıra sözlərin tələffüz formaları-

nın dəqiqləşdirilməsi; 7) alınma sözlərin tələffüzü ilə əlaqədar 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə