1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

95
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
olunmuş  qaz  ehtiyatları  23  trilyon  m
3
-dir.  Böyük  həcmdə  qaz  ehtiyatları 
Türkmənistanı  dünyanın  qazla  ən  zəngin  dördüncü  ölkəsinə  çevirir. 
Lakin  əsasən  “onshore”  yataqlarda  yerləşən  qaz  Çin  şirkətləri  tərəfindən 
hasil  olunur.  Türkmənistanın  “upstream”  layihələrində  1  dənə  də  olsun 
Avropa şirkətinin investisiyası mövcud deyil. Bu o deməkdir ki, Avropanın 
Türkmənistan qazına nəinki girişi yoxdur, hətta qaz yataqlarının müəyyən 
hissəsinə Çin nəzarət edir. Çin hasil etdiyi qazın qərb istiqamətində nəql 
olunmasında nə qədər maraqlı ola bilər?! Şübhəsiz, o bunda heç maraqlı 
deyil.  Qaz  mövcud  olmadan  infrastrukturu  qurmaq  əslində  infrastruktur 
hazır olduqdan sonra ən azı 10 il gözləmək anlamına gəlir. Əgər Avropa 
bu gün Mərkəzi Asiya ölkələrində “upstream” layihələrinə investisiyaların 
yatırılmasına başlayarsa, qazın ərsəyə gəlməsi ən azı 10 il vaxt tələb edəcək. 
Bu səbəbdən ilk növbədə boru xəttini çəkmək və 10 il qazın ərsəyə gəlməsini 
gözləmək düşünülmüş addım sayıla bilməz.      
Beləliklə,  əgər  mövcud  olan  boru  xətləri  ilə  yanaşı  planlaşdırılan 
layihələr  həyata  keçərsə,  Türkiyə  ildə  100  m3  qazı  tranzit  etmə  gücünə 
malik  olacaq.  Bu,  ölkəni  bütün  regionda  yeganə,  hətta  Avstriyanın 
Baumqarten  “hub”ından  da  böyük  qaz  ticarət  mərkəzinə  çevirəcək.  Son 
imzalanan tranzit sazişində Türkiyəni bu cür mərkəzə çevirmək üçün bütün 
məqamlar əks olunub. Cənub qaz dəhlizinin tərkibində olan üç layihədən – 
“Nabukko”, “ITGI”, “TAP”-dan biri seçilərsə, Bakı-Tbilisi-Ərzrum xətti ilə 
yanaşı Türkiyə ərazisində yeni Transanadolu boru xətti tikiləcək və bu xətt 
“BOTAŞ”ın inhisarında olmayacaq, digər özəl şirkətlər də açıq, şəffaf və 
rəqabət əsasında ondan istifadə edə biləcək. Bundan əlavə, həmin boru xətti 
Türkiyə qanunları ilə deyil, beynəlxalq qanunlara uyğun tənzimlənəcək və 
əgər hər hansı bir mübahisə yaranarsa, İsveçrə məhkəməsində həll olunacaq.  
Bu  boru  xətti  Xəzər  dənizinin  zəngin  resurslarını  Türkiyə  vasitəsilə 
artan,  rəqabətə  davamlı,  şəffaf,  əlverişli  və  hüquqi  baxımdan  yaxşı 
tənzimlənən, 500 milyon istehlakçısı olan Avropa bazarlarına bağlayacaq. 
Beləliklə, Türkiyə  beynəlxalq  qaz  ticarət  mərkəzinə  çevriləcək  ki,  bu  da 
ölkənin həm siyasi, həm də iqtisadi mövqeyini möhkəmləndirəcək və nəinki 
Xəzər dənizi, hətta Yaxın Şərq və Şimali Afrika ölkələrinin karbohidrogen 
resurslarını öz ərazisindən Avropaya nəql etməsinə imkan verəcək. 
 
Ɔ
Nəticə 
Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə  dünya  enerji resurslarının 70%-
nin cəmləşdiyi regionun tam mərkəzində yerləşsə və dünyanın ən böyük və 


96
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
əlverişli enerji ticarəti mərkəzinə çevrilmə potensialına malik olsa da, bu 
imkandan indiyədək səmərəli istifadə edə bilməyib. Eyni zamanda,  qazı 
Azərbaycandan  və  digər  ölkələrdən  aşağı  qiymətə  alıb  yüksək  qiymətə 
digərlərinə  satması  bu  ölkəni  sözügedən  qlobal  hədəflərdən  uzaqlaşdırır. 
Dünyanın ən böyük “hub”ına çevrilməsi ücün Türkiyənin ərazisində yalnız 
boru xətlərinin kəsişməsi kifayət deyil.  
Ölkəni enerji ticarət mərkəzinə və “hub”ına çevirən ən başlıca amillər 
qanunvericiliklə  tənzimlənən  enerji  bazarının  liberallaşması  və  üçüncü 
şirkətlərin boru xətləri sisteminə asan, şəffaf və azad daxil olma imkanıdır. 
Müasir  enerji  ticarətinin  tələbləri  ilə  ayaqlaşmaq  məcburiyyətində  qalan, 
Azərbaycan yataqlarının inkişafına külli miqdarda investisiya yatırmış  və 
regionda böyük gücə malik qərb transmilli enerji şirkətlərinin maraqlarını 
və habelə Avropa alıcısını nəzərə alan rəsmi Ankara İzmirdə Azərbaycanla 
saziş  imzalamaqla  enerji  siyasətində  köklü  dəyişikliklər  edib.  Cənub 
qaz  dəhlizi  vasitəsilə  Azərbaycan  qazının  Avropaya  nəqli  üzrə  tranzit 
şərtlərində “BOTAŞ”a məxsus boru xəttinin liberallaşması, üçüncü tərəfin 
bu xəttə sərbəst daxil olma imkanlarına razılıq verilməsi Türkiyənin enerji 
siyasətində  mühüm  dönüş  nöqtəsidir.  Sazişə  əsasən, Azərbaycan  qazının 
nəqli  üçün  tikilməsi  planlaşdırılan  Transanadolu  boru  xətti  beynəlxalq 
qanun və transmilli enerji şirkətləri tərəfindən idarə ediləcək və Türkiyənin 
regionun ən böyük və ən vacib enerji mərkəzinə çevrilməsində başlanğıc 
layihə olacaq. Öz növbəsində Azərbaycan da bununla Avropa bazarlarına 
çıxışını təmin etmiş olur və Cənub dəhlizi vasitəsilə Rusiya, Şimalı Afrika 
və Norveçdən sonra Avropanın dördüncü qaz təchizatçısına çevrilir.


97
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
 
Ɔ
Giriş
Məlum  olduğu  kimi,  ötən  əsrin  90-cı  illərində  dünya  coğrafiyasında 
sürətli  transformasiyalar  yaşanıb.  Varşava  blokunun  və  SSRİ-nin  süqut 
etmələri nəticəsində Orta Asiya, Cənubi Qafqaz və Balkan yarımadasında 
yeni  dövlətlər  meydana  çıxıb.  İnkişaf  etmiş  ölkələr  gözləmə  siyasəti 
yürüdərkən,  Türkiyə  müştərək  tarix,  mədəni  və  dil  bağları  olan  yeni 
dövlətlərin  müstəqilliyini  tanıyıb.  Türkiyənin  tarixi  məsuliyyəti,  sahib 
olduğu  təcrübəni  region  ölkələri  ilə  daha  asan  paylaşa  bilmə  üstünlüyü 
və  bu  ölkələrin  dünya  ilə  inteqrasiyasına  kömək  edə  bilmə  imkanları 
xüsusi bir vəzifə və məsuliyyət anlayışı formalaşdırıb. Bu anlayışdan irəli 
gələrək 1992-ci ildə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Baş Ofisi 
(TİKA) qurulub. Türkiyə Cümhuriyyəti uzun illər boyu qardaş dövlət və 
cəmiyyətlərə sözlə və qəlbən verdiyi dəstəyi həmin tarixdən etibarən texniki 
əməkdaşlıq  və  konkret  layihələr  ilə  tamamlamağı  prioritet  xarici  siyasət 
hədəfinə çevirib. Bu çərçivədə qarşıya inkişaf etməkdə olan türkdilli ölkələr, 
qohum cəmiyyətlər və Türkiyəyə qonşu dövlətlərlə iqtisadi, ticarət, texniki, 
sosial,  mədəni  və  təhsil  üzrə  əməkdaşlığı  inkişaf  etdirmək,  bu  ölkələrin 
inkişafına köməklik göstərmək hədəfi qoyulub. Türkiyə Cümhuriyyəti Baş 
Dr. Salih POLAT
TİKA Azərbaycan Proqram Koordinatoru
Abbas HÜMMƏTOV 
TİKA Bakı Proqram  Koordinasiya Ofisi Assistenti
Azərbaycan-Türkiyə arasinda texniki 
yardim layihələri: TİKA nümunəsi


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə