29
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
və hələ də bəzi regional məsələlərin həllində rəsmi Moskvanın səmimi
olmadığı düşünülür. Türkiyə və Azərbaycan Qərbin Cənubi Qafqazda
müttəfiqidir, lakin hər iki dövlət regionda Rusiya ilə müsbət əlaqələr
qurmadan mövqelərinin güclü olmayacağını düşünürlər. Hər iki dövlət bu
mənada Cənubi Qafqaz problemlərinin həllində Rusiya ilə əməkdaşlığa
əhəmiyyət verir.
Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərdə yaşanan böhranlar
Cənubi Qafqazda rəqabəti sərtləşdirir, bu isə Azərbaycana təzyiqi artırır.
Bir tərəfdə qonşusu, digər tərəfdə isə qardaş dövlət və strateji müttəfiqi
Türkiyə arasında seçim etməkdə çətinlik çəkən Azərbaycan xarici, enerji
və təhlükəsizlik siyasətində əlavə problemlərlə qarşı-qarşıya qalır. 2012-
ci ildə Cənubi Qafqazda və Rusiyanın daxili siyasətində yaşanacaq bəzi
dəyişikliklər regionda yeni rəqabət mərhələsi yaradacaq. Prezidentlik
postu üçün təkrar namizəd olan Vladimir Putin “İzvestiya” qəzetində
çap etdiyi məqaləsində bildirib ki, postsovet məkanında siyasi və iqtisadi
sahədə inteqrasiya olunmuş “Avrasiya Birliyi” qurmaq arzusundadır. Bu
strukturda iştirak etməyəcəyini bildirməsi Azərbaycana Rusiya təzyiqlərinin
artmasına səbəb olacaq. Rusiyanın “Avrasiya Birliyi” layihəsi regionda
Türkiyə-Rusiya rəqabətini artıracaq, eyni zamanda Türkiyənin Qərb ilə
əməkdaşlığını sıxlaşdıracaq. Rəqabəti artıracaq digər məsələ isə NATO-nun
Raket Əleyhinə Müdafiə Sisteminə (RƏMS) qarşı Rusiyanın öz sistemini
qurması qərarıdır. NATO-nun RƏMS-inin bir hissəsi Türkiyə ərazisində
yerləşir və bu da Türkiyəni Rusiya raketlərinin hədəfinə çevirir.
Azərbaycana təzyiqi artıracaq ikinci bir məsələ isə Türkmənistan
və Qazaxıstan qazını Qərbə çatdıracaq qaz xəttinin Xəzərdən çəkilməsi
planlarıdır. “Transxəzər” layihəsinə Qərb dövlətlərinin dəstəyi get-gedə
artır. BTC və BTƏ-nin reallaşmasından sonra regiondakı gücünə ciddi
zərər vurulduğunu düşünən Rusiya hesab edir ki, “Transxəzər” layihəsi
onun Mərkəzi Asiyadakı gücünə qarşı yönəlib. Bu səbəbdən də Rusiya
Azərbaycana və Türkmənistana təzyiqlərini artıra bilər.
29
Ɔ
Gürcüstanın mövqeyinin gücləndirilməsi
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Türkiyəyə qarşı
torpaq tələbləri nəticəsində hər iki dövlətlə sərhədlərinin bağlanması
Gürcüstanın regionda geosiyasi dəyərini artırıb. Gürcüstan Azərbaycanın
29
Сергей Куликов, “Война на Каспии может стать реальностью”, http://www.ng.ru/
economics/2011-11-22/1_kaspiy.html, 22.11.2011.
30
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Qərbə çıxış qapısı və Xəzər hövzəsi enerji xətləri üçün yeganə etibarlı
istiqamət olaraq qəbul olunur. Gürcüstanda 400 min azərbaycanlı yaşayır,
onların sosial, iqtisadi və humanitar vəziyyəti Azərbaycan dövləti və
cəmiyyətinin maraq dairəsindədir. Gürcüstanda yaşayan ermənilərin siyasi
fəaliyyətləri həm Azərbaycan, həm də Türkiyənin diqqət mərkəzindədir.
Türkiyə 1921-ci il Moskva və Qars müqavilələri ilə Gürcüstan sərhədləri
daxilində müsəlmanların çoxluqda yaşadığı Acarıstan Muxtar Vilayətinin
statusu üçün qarant dövlətdir.
30
Saakaşvilinin hakimiyyətə gəlməsindən
sonra Acarıstanın muxtar statusunun azaldılması addımları Türkiyədə
narazılıqla qarşılanıb.
31
Azərbaycan və Türkiyə 1944-cü ildə Gürcüstandan
Stalin tərəfindən qovulan Məshəti türklərinin geri qaytarılması üçün rəsmi
Tbilisinin atdığı addımları dəstəkləyir. Türkiyədəki gürcü və abxaz lobbisi
daim Türkiyənin buraya marağını artırır. Həm Azərbaycan, həm də Türkiyə
Cənubi Osetiya və Abxaziya problemlərinin Gürcüstanın ərazi bütövlüyü
çərçivəsində həllinin tərəfdarıdır.
Gürcüstan regionda əldə etdiyi geosiyasi dəyərdən maksimum
güzəştlər qazanmaq üçün istifadə edir. Azərbaycan və Türkiyənin daxil
olduğu layihələrin mərkəz ölkəsi olaraq Gürcüstan sadəcə Cənubi Qafqaz
üçün deyil, Şərq-Qərb layihələrində də əhəmiyyət qazanıb. Qara dənizdə
limanları olan Gürcüstan Azərbaycanın neft və digər məhsullarının açıq
dənizlərə çıxışı üçün əhəmiyyətli rol oynayır.
Ermənistan və erməni faktoru Gürcüstan-Türkiyə-Azərbaycan üçlüyünün
ortaq problemidir. Erməni millətçi təşkilatının doğuş yeri Gürcüstanın indiki
paytaxtı Tbilisidir. 1918-ci ildə Gürcüstan da Ermənistanın hücumuna məruz
qalıb. Sovet İttifaqının qurulması ilə Azərbaycanla Ermənistan arasında
olduğu kimi Gürcüstan-Ermənistan arasında da problemlər dondurulub və
İttifaq dağıldıqdan sonra təkrar alovlanıb.
32
Gürcüstanda azərbaycanlılardan sonra ikinci böyük azlıq ermənilərdir.
33
Qamsaxurdiyanın Gürcüstanda etnik siyasətindən narahat olan ermənilər
1990-cı illərdə təşkilatlanıb. Cavax Xalq Hərəkatı başda olmaqla bəzi
erməni təşkilatları ermənilərin çoxluqda yaşadığı Cavaxetiya regionunda
idarəçiliyi ələ keçiriblər. Bu təşkilatlar Rusiyadan aldığı dəstəklə mərkəzi
hakimiyyətə qarşı muxtariyyət tələb edib. Gürcüstan mərkəzi hökumətinin
30 Türkiye-Gürcistan
siyasi ilişkileri, http://www.mfa.gov.tr/turkiye-gurcistan-siyasi-iliskileri.tr.mfa, (19
noyabr 2011).
31
Hasan Kanbolat, “Gürcüstan`da neler oluyor?”, Zaman, (8 Mayıs 2004).
32
Kamil Ağacan, “Ermenistan Gürcüstan İlişkileri”,
Ermeni Araştırmaları, Sayı 19, Sonbahar 2005
33 Ethnic Groups in Georgia–Armenians,
The Georgian Times, 14 april 2008.