AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Aktın növü
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı
Qəbul edildiyi tarix
25.07.2012
Qeydiyyat nömrəsi
20/3
Adı
Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank kapitalının və
onun adekvatlığının hesablanması Qaydaları”nın təsdiq edilməsi
barədə
Rəsmi dərc edildiyi
mənbə
Qüvvəyə minmə
tarixi
07.08.2012
Azərbaycan
Respublikasının
Vahid
hüquqi
təsnifatı üzrə indeks
kodu
090.060.080
Hüquqi
Aktların
Dövlət Reyestrinin
qeydiyyat nömrəsi
23201207250203
Hüquqi
aktın
Hüquqi
Aktların
Dövlət
Reyestrinə
daxil edildiyi tarix
06.08.2012
Bank sektorunda maliyyə sabitliyinin və kapital mövqeyinin gücləndirilməsi
və kapitalın keyfiyyətinin artırılması, habelə bank nəzarəti tələblərinin beynəlxalq
standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi
Bankının İdarə Heyəti “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun
21-ci və 34-cü maddələrinə, habelə “Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən
Q Ə R A R A A L I R :
1. “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” təsdiq
edilsin (əlavə olunur);
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydaların 3 gün
müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;
3. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10.12.2003-cü il
tarixli qərarı ilə (20 nömrəli protokol) təsdiq edilmiş (29.12.2003-cü il tarixli 3025
nömrəli şəhadətnamə) “Bank kapitalının və onun adekvatlığının hesablanması
Qaydaları” və bu Qaydalara 28.06.04-cü il tarixli (17.07.04-cü il tarixli 3067 nömrəli
şəhadətnamə), 18.02.08-ci il tarixli (15.03.08-ci il tarixli 3388 nömrəli şəhadətnamə),
17.12.08-ci il tarixli (27.12.08-ci il tarixli 3429 nömrəli şəhadətnamə), 17.06.09-cu il
tarixli (02.07.09-cu il tarixli 3456 nömrəli şəhadətnamə), 10.11.09-cu il tarixli
(01.12.09-cu il tarixli 3486 nömrəli şəhadətnamə), 16.06.10-cu il tarixli (08.07.10-cu il
tarixli 3926 nömrəli şəhadətnamə,) və 06.09.10-cu il tarixli qərarlarla (24.09.10-cu il
tarixli 4012 nömrəli şəhadətnamə) təsdiq olunmuş dəyişikliklər ləğv edilsin.
Sədr Elman Rüstəmov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 20/3
25 iyul 2012-ci il
Sədr
____________________
Elman Rüstəmov
Bank kapitalının və onun adekvatlığının hesablanması
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və
“Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və
xarici bankların yerli filialları (bundan sonra - banklar) üçün bank nəzarəti üzrə
Bazel Komitəsinin müəyyən etdiyi prinsiplərə müvafiq surətdə məcmu kapitalın
strukturunu, komponentlərini, adekvatlıq və leverec əmsallarını, onların minimum
miqdarını və hesablanması qaydalarını müəyyən edir.
2. Anlayışlar
2.0. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. məcmu kapital (xarici bankların yerli filialları üçün məcmu kapitala
bərabər tutulmuş vəsait) - prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan
kapital olmaqla, bu Qaydalarda müəyyən edilmiş I dərəcəli (əsas) və II dərəcəli
(əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan
tutulmaların fərqi;
2.0.2. risk dərəcəsi üzrə ölçülmüş aktivlər - balans aktivlərinin və
balansdankənar öhdəliklərin hər birinin risk dərəcəsinə əsasən qiymətləndirilmiş
dəyəri (müxtəlif aktivlərlə bağlı meydana çıxan nisbi risk dərəcəsini əks etdirir);
2.0.3. kapitalın adekvatlıq əmsalları - bu Qaydalarda müəyyən edilmiş
düsturlarla hesablanan I dərəcəli kapitalın və məcmu kapitalın ayrılıqda risk
dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti;
2.0.4. kreditə konvertasiya əmsalı - bankın balansdankənar öhdəliklərinin
balans aktivlərinin dəyərinə çevrilməsinə imkan verən göstərici;
2.0.5. aktivlər üzrə zərərin ödənilməsi üçün “adi” ehtiyatlar - bankın “standart
aktivlər”i üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatlar;
2.0.6. aktivlər üzrə zərərin ödənilməsi üçün “məqsədli” ehtiyatlar - bankın
“qeyri-standart aktivlər”i üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış
ehtiyatlar;
2.0.7. kapitalın hibrid elementləri - səhmlərin və borc öhdəliklərinin
xüsusiyyətlərini özündə birləşdirən müddətli və müddətsiz maliyyə alətləri, o
cümlədən kumulyativ və qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər,
subordinasiya borc öhdəlikləri və yadigər oxşar qiymətli kağızlar;
[1]
2.0.8. qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər - emissiya şərtlərində geri
alınma tarixi olmayan, sahibinin tələbi ilə ödənilməyən, ona gələcəkdə bu hüquqları
verməyən, emitentə səhm mülkiyyətçilərinə dividendlərin verilməməsi barədə qərar
qəbul etmək, habelə səhm mülkiyyətçilərinə əvvəlki ödənilməmiş dividendlər üzrə
ödənişlərin alınmasını tələb etmək hüququ verməyən imtiyazlı səhmlər (emissiya
şərtlərində dividendlərin məbləği bazar şəraitindən və bankın maliyyə
vəziyyətindən asılı olaraq dəyişilməsi nəzərdə tutulursa, bu səhmlər qeyri-
kumulyativ müddətsiz imtiyazlı səhmlərə aid edilmir);
[2]
2.0.9. kumulyativ müddətsiz imtiyazlı səhmlər - emissiya şərtlərinə görə
mülkiyyətçilərinə ödənilməyən dividendləri daim toplanan və qeyri-kumulyativ
müddətsiz imtiyazlı və adi səhmlər üzrə dividendlər ödənilməzdən əvvəl ödənilən,
habelə emitentə dividendlərin ödənilməsi vaxtının müəyyən müddətə təxirə
salınması hüququ verən imtiyazlı səhmlər;
[3]
2.0.10. subordinasiya borc öhdəlikləri - emissiya şərtlərinə görə ödəmə vaxtı
çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, mülkiyyətçisinin
tələbi ilə geri alınmayan, son ödəmə müddəti başa çatana kimi bu öhdəlik üzrə
ödəmə (faiz və ya əsas borc) baş tutmadığı təqdirdə bankı müflis elan etmək və ya
ləğv etmək hüququ verməyən, bank ləğv edilərkən onların ödənilməsi əmanətçilərin
və bankın digər kreditorlarının tələbləri tam ödənildikdən sonra icra olunan
öhdəliklər;
[4]
2.0.11. səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait (bundan sonra -
kapital artıqlığı) - adi, yaxud imtiyazlı səhmlərin yerləşdirilməsi zamanı onların satış
dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq həcmində əldə edilmiş vəsait;
2.0.12. qeyri-maddi aktivlər - kompüter proqramları, müəllif hüquqları, patent,
təbii ehtiyatlardan istifadə hüquqları, lisenziyalar, ticarət və əmtəə nişanları, “nou-
hau”, “qudvil” və fiziki ifadə forması olmayan, lakin dəyər yaradan digər aktivlər;