Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 367,3 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix20.09.2018
ölçüsü367,3 Kb.
#69572
1   2   3   4   5   6   7

4.5.3.      qiymətləndirmə  zamanı  istifadə  edilən  məlumatların  dürüstlüyü  və 

dolğunluğu; 

4.5.4.      qiymətləndirmə zamanı istifadə olunan fərziyyə, model və ssenarilərin 

əsaslandırılması və etibarlılığı. 

4.6.            Bu  Qaydaların  4.4-cü  və  4.5-ci  bəndlərinə  müvafiq  olaraq  aparılmış 

qiymətləndirmənin  və  təhlilin  nəticələri  bankda  müəyyən  edilmiş  hesabatlıq 

qaydasına uyğun olaraq Müşahidə Şurasına təqdim edilir. 

4.7.            Bankın  məcmu  kapitalının  qiymətləndirilməsi  və  idarə  edilməsi 

prosesləri ildə bir dəfədən az olmayaraq daxili audit vasitəsilə yoxlanılır və nəticələr 

barədə Müşahidə Şurasına hesabat verilir. 



  

5. Məcmu kapitalın strukturu 

  

Məcmu  kapitalın  strukturuna  birinci  (I)  dərəcəli  və  ikinci  (II)  dərəcəli  kapital 



daxildir.  I  və  II  dərəcəli  kapitala  aid  olan  komponentlər  bu  Qaydaların  6-cı  və  7-ci 

hissələrində müəyyən edilir. 



  

6. I dərəcəli kapital 

  

6.1.       I dərəcəli  kapital  bankın  əsas  kapitalı  hesab  olunur  və  onun  məbləği 



(aparılan  “tutulmalardan”  sonra)  bankın  hesablanmış  məcmu  kapitalında  50  (əlli) 

faizdən az olmamalıdır. 

6.2.       I dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir: 

6.2.1.       dövriyyəyə  buraxılıb  tam  ödənilmiş  adi  səhmlər  (bankın  geri  aldığı 

adi səhmlər çıxılmaqla); 

6.2.2.       dövriyyəyə  buraxılıb  tam  ödənilmiş  qeyri-kumulyativ  müddətsiz 

imtiyazlı səhmlər; 

6.2.3.       kapital artıqlığı; 

6.2.4.       keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti; 

6.2.5.       bankın  konsolidasiya  olunmuş  törəmə  cəmiyyətlərində  azlıq  təşkil 

edən səhmdarların (payçıların) kapitalı. 

6.3. Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəətinə aşağıdakılar daxil edilir: 

6.3.1.      cari ilin zərəri çıxılmaqla bütün əvvəlki illərin yığılıb bölüşdürülməmiş 

mənfəəti; 

6.3.2.      kapital  ehtiyatları,  yəni  əvvəlki  illərin  bölüşdürülməmiş  mənfəəti 

hesabına yaradılmış fondlar. 



  

7. II dərəcəli kapital 

  



7.1.            II dərəcəli  kapital  əlavə  kapitaldır.  Bankın  hesablanmış  məcmu 

kapitalında  II  dərəcəli  kapitalın  məbləği  I  dərəcəli  kapitalın  məbləğindən  (aparılan 

“tutulmalardan”  sonra)  çox  olmamalıdır.  Bundan  artıq  olan  hissə  məcmu  kapitalın 

hesablanması zamanı nəzərə alınmır. 

7.2.            II dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir: 

7.2.1. cari ilin mənfəəti; 

7.2.2.  ümumi  ehtiyatlar  (balans  aktivlərinin  və  balansdankənar  öhdəliklərin 

risk  dərəcəsi  üzrə  ölçülmüş  məbləğinin  (aparılan  “tutulmalar”dan  sonra)  1,25 

faizinədək, lakin “adi” ehtiyatların məbləğindən çox olmayan hissəsi); 

7.2.3. qeyri-kumulyativ  müddətsiz  imtiyazlı  səhmlər  istisna  olmaqla kapitalın 

hibrid elementləri.

[8]

 

7.2.3.1.              kumulyativ müddətsiz imtiyazlı səhmlər; 



7.2.3.2.              ən  azı  5  (beş)  il  müddətinə  buraxılmış  subordinasiya  borc 

öhdəlikləri  (ödəniş  müddətinin  başa  çatmasına  qalan  son  5  (beş)  ildə  II  dərəcəli 

kapitala  daxil  edilmək  üçün  hər  il  20  (iyirmi)  faiz  azaldılması  şərti  ilə).  II  dərəcəli 

kapitalın hesablanmasında nəzərə alınan subordinasiya borc öhdəliklərinin məbləği 

I  dərəcəli  kapitalın  (aparılan  “tutulmalar”dan  sonra)  50  (əlli)  faizdən  çox 

olmamalıdır.



 

[9]

 

7.3.  Bu  Qaydaların  7.2.3-cü  yarımbəndində  nəzərdə  tutulmuş  kapitalın  hibrid 



elementləri  II  dərəcəli  bank  kapitalına  daxil  edilməsi  üçün  onlar  ən  azı  aşağıdakı 

meyarlara cavab verməlidir:



[10]

 

7.3.1.      kreditorların tələbi ilə geri çağırılmasının qeyri-mümkünlüyü; 



7.3.2.      bankın  bu  alətlər  üzrə  faiz  ödənişlərinin  təxirə  salmaq  hüququnun 

olması; 


7.3.3.      bank  ləğv  edildikdə  bu  alətlər  üzrə  öhdəliklərin  ödənilməsinin  bütün 

digər kreditorların tələbləri tam ödənildikdən sonra icra olunması; 

7.3.4.      bu  alətlər  üzrə  öhdəliklərin  bankın  öz  aktivləri  ilə  icrasına  hər  hansı 

formada təminat verilməməsi; 

7.3.5.      kapital  adekvatlığı  göstəricilərinin  bu  Qaydalarla  müəyyən  edilmiş 

minimum  səviyyədən  aşağı  olduğu  halda  bankın  bu  alətlər  üzrə  öhdəliklərinin 

icrasını təxirə salmaq hüququnun olması; 

7.3.6.      bankın bu alətlər üzrə öhdəliklərinin əsas məbləğinin icra müddəti ən 

azı 5 (beş) ildən sonra və ya müddətsiz şərti ilə müəyyən olunmalıdır.

[11]

 

7.4. Kapitalın hibrid elementləri, o cümlədən subordinasiya borc öhdəlikləri II 



dərəcəli kapitalda ödəniş müddətinin başa çatmasına 5 il qaldıqda qalıq müddətinin 

birinci ilinin əvvəlindən başlayaraq hər il 20 faiz azaldılmaqla nəzərə alınır. 

7.3.7.      7.5.  II  dərəcəli  kapitalın  hesablanmasında  nəzərə  alınan  kapitalın 

hibrid  elementlərinin  məbləği  I  dərəcəli  kapitalın  (aparılan  “tutulmalar”dan  sonra) 

50 (əlli) faizindən çox olmamalıdır.

[12]

 

  



8. Kapitaldan tutulmalar 


  

8.0.  Kapitalın  adekvatlıq  əmsalları və  leverec  əmsalı hesablanmazdan  əvvəl 

kapitaldan aşağıda göstərilənlər çıxılır (“tutulmalar” aparılır):

[13]

 

8.0.1.  I  dərəcəli  kapitaldan  -  bütün  “qeyri-maddi”  aktivlərin  xalis 



dəyəri (amortizasiyası  nəzərə  alınmaqla) və  Maliyyə  Hesabatlarının  Beynəlxalq 

Standartları ilə müəyyən olunmuş təxirə salınmış vergi aktivlərinin məbləği;



[14]

 

8.0.2.  məcmu  kapitaldan  -  bankın  investisiyalar  üçün  yaratdığı  “məqsədli” 



ehtiyatlar  çıxılmaqla  konsolidasiya  olunmamış  törəmə  cəmiyyətlərinə,  habelə  digər 

hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları. 



  

9. Aktivlərin risk dərəcəsi üzrə ölçülməsi 

  

9.1.       



Banklar  bütün  balans  aktivlərini  və  balansdankənar  öhdəliklərini 

növündən, xüsusiyyətindən, habelə öhdəliyin təminatından asılı olaraq müxtəlif risk 

dərəcələrinə  aid  edirlər.  Aktivlərin  və  balansdankənar  öhdəliklərin  təminatı 

qismində  qiymətli  kağızlar  çıxış  etdikdə  risk  dərəcələrinin  ölçülməsi  zamanı 

qiymətli kağızların bazar dəyəri nəzərə alınır.

[15]

 

9.2.       



Aktivlər 0 (sıfır), 20 (iyirmi), 50 (əlli), 100 (yüz) və 120 (yüz iyirmi) faizli 

risk dərəcələrindən (qruplarından) birinə aid edilir.



[16]

 

9.3.       



Balans  aktivlərinin  risk  dərəcəsi  üzrə  ölçməsi  üçün  aktivlərin  balans 

məbləği aşağıda göstərilən müvafiq risk əmsallarına vurulur və nəticələr toplanır. 

9.4.       

Balans  aktivləri  risk  qruplarına  aşağıdakı  xüsusiyyətlərindən  asılı 

olaraq aid edilir: 

9.4.1. 0 (sıfır) faizli (0,0 əmsallı) risk qrupu; 

9.4.1.1.         bankın  kassalarında,  xəzinələrində,  onun  nümayəndəlik,  şöbə  və 

filiallarında, mübadilə şöbələrində, bankomatlarda  və digər ödəniş terminallarında, 

habelə  yolda olan Azərbaycan Respublikasının milli  valyutası, İqtisadi Əməkdaşlıq 

və  İnkişaf  Təşkilatı  (bundan  sonra  -  İƏİT)  ölkələrinin  (Əlavə  1)  sərbəst  dönərli 

valyutası və bank metalları; 

9.4.1.2.         bankın  Mərkəzi  Bankda  və  ya  onun  ərazi  idarələrindəki  müxbir 

hesablarında və məcburi ehtiyatlarında olan vəsait; 

9.4.1.3.         Azərbaycan  Respublikası  adından  bağlanmış  müqavilələr  üzrə 

yaranan  birbaşa  tələblər,  dövlət  qiymətli  kağızları,  Mərkəzi  Bank  tərəfindən 

buraxılan  qiymətli  kağızlar  və  ya  Azərbaycan  İpoteka  Fondunun  buraxdığı  təmin 

edilmiş qiymətli kağızlar;

[17]

 

9.4.1.4.         İƏİT  ölkələrinin  hökumətlərinin  və  ya  mərkəzi  banklarının 



buraxdıqları qiymətli kağızlar və onlara qarşı olan birbaşa tələblər; 


Yüklə 367,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə