Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 367,3 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix20.09.2018
ölçüsü367,3 Kb.
#69572
1   2   3   4   5   6   7

2.0.13. leverec əmsalı – “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti 

(bundan  sonra  -  Azərbaycan  İpoteka  Fondu) tərəfindən  yenidən  maliyyələşdirilmiş 

ipoteka  kreditlərinin  həcminin  50  (əlli)  faizi  istisna  olmaqla,  bankın  I  dərəcəli 

kapitalının  (bu  Qaydaların  8.0.1-ci  yarımbəndində  müəyyən  edilmiş  tutulmalardan 

sonra) balans aktivlərinə və balansdankənar öhdəliklərə (bankın hesablarında girov 

qoyulmuş  Azərbaycan  Respublikasının  milli  valyutası  ilə,  xarici  valyuta  ilə  və  ya 

bank metalları ilə təmin olunmuş hissəsi istisna olmaqla) nisbəti;

[5]

 

2.0.14.  balansdankənar  öhdəliklər  -  qarantiyalar,  zaminlik  və  oxşar  şərti 



öhdəliklər, kredit alətləri (kredit xətləri  üzrə icra olunmamış  hissəsi  və oxşar  kredit 

öhdəlikləri) və akkreditivlər. 

2.0.15. istehlak  krediti – sahibkarlıq  və  ya  peşə  fəaliyyəti,  habelə  daşınmaz 

əmlakın əldə edilməsi və ya tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə 

verilən kredit.

[6]

 

  



3. Məcmu kapitalın məqsədi və ona dair tələblər 

  

3.1.  Bankın  məcmu  kapitalının  əsas  məqsədi  bankın  biznes  strategiyasının 



dəstəklənməsi,  daxili  və  xarici  mühitdə  baş  verən  əlverişsiz  dəyişikliklər  zamanı 

bankın  maliyyə  dayanıqlığının  təmin  edilməsidir.  Məcmu  kapital  bankın  ödəmə 

qabiliyyətinin  itirilməsinə  gətirib  çıxara  bilən  mümkün  zərərlərin  azaldılmasına, 

əmanətçilərin  və  potensial  investorların  bank  sisteminə  etimadının  artırılmasına 

xidmət edir. 

3.2. Bankın məcmu kapitalının minimum miqdarı 10 (on) milyon manat, 2015-ci 

il 1 yanvar tarixindən isə 50 (əlli) milyon manat məbləğində olmalıdır.(

[7]


3.3. Məcmu kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir. 

3.4. “Banklar  haqqında” Azərbaycan Respublikası  Qanununun 21.2-ci  və 21.3-

cü  maddələrinin  tələblərinə  müvafiq  olaraq  Mərkəzi  Bankın  qabaqcadan  yazılı 

icazəsi  olmadan  heç  bir  bank  səhmlərinin  satın  alınması  və  ya  səhmlərin  nominal 

dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını 

azalda  bilməz,  habelə  heç  bir  xarici  bank  nizamnamə  kapitalına  bərabər  tutulmuş 

vəsaitlərinin  geri  götürülməsi  yolu  ilə  yerli  filialının  məcmu  kapitala  bərabər 

tutulmuş vəsaitini azalda bilməz. 

3.5.  Bankların  nizamnamə  kapitalı  (xarici  bankların  yerli  filialları  üçün 

nizamnamə  kapitalına  bərabər  tutulmuş  vəsait)  “Banklar  haqqında”  Azərbaycan 

Respublikası  Qanununun  21.4-cü  maddəsinə  uyğun  olaraq  yalnız  Azərbaycan 

Respublikasının milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılır. 

3.6. Yeni yaradılan banklar üçün nizamnamə kapitalının (xarici bankların yerli 

filialları  üçün  nizamnamə  kapitalına  bərabər  tutulmuş  vəsaitin)  minimum  miqdarı 

50 (əlli) milyon manat məbləğində olmalıdır. 




  

4. Kapitalın idarə edilməsi 

  

4.1.            Müşahidə  Şurası  və  İdarə  Heyəti  məcmu  kapitalın  bankın  üzləşdiyi 



bütün  risklərin  səviyyəsinə  uyğun  həcmdə,  bu  Qaydalarda  müəyyən  edilən 

minimum  miqdardan  az  olmayaraq,  saxlanmasını  və  onun  adekvatlıq  normalarına 

riayət olunmasını təmin etməlidir. 

4.2.            Kapitalın 

bankın 

biznes 


fəaliyyətinin 

və 


risk 

mühitinin 

xüsusiyyətlərinə uyğun qiymətləndirilməsi və onun səviyyəsinin müəyyən edilməsi 

mexanizmləri,  o  cümlədən  bankın  məruz  qaldığı  kredit,  bazar,  əməliyyat  və  digər 

risklərin  məcmu  kapitalın  adekvatlığına  potensial  təsirinin  qiymətləndirilməsi 

prosedurları,  həmçinin  kapitalın  adekvat  səviyyədə  saxlanılması  strategiyası 

risklərin  müəyyənləşdirilməsi,  qiymətləndirilməsi,  ölçülməsi,  tənzimlənməsi  və 

onlara  dair  hesabatlığı  əks  etdirən  risklərin  idarə  edilməsi  sistemi  ilə  əhatə 

olunmalıdır. 

4.3.            Risklərin  idarə  edilməsi  üzrə  bankın  siyasətində  onun  kapitala  olan 

cari və gələcək tələbatı, gözlənilən kapital xərcləri, kapitalın arzuolunan səviyyəsi və 

strukturu,  kapitalın  daxili  və  xarici  mənbələri,  həmçinin  bankın  maliyyə 

vəziyyətinin pisləşməsi halında əlavə kapital vəsaitlərinin cəlb edilməsi imkanları və 

müddətləri müəyyən edilir. 

4.4.            Bank  məruz  qaldığı  risklərin  və  bu  risklərin  dəyişməsinin  bankın 

gəlirliyinə,  məcmu  kapitala  və  onun  adekvatlığına  təsirini  qiymətləndirir. 

Qiymətləndirmə  bank  risklərinin  xüsusiyyətləri  nəzərə  alınmaqla  bankın  müəyyən 

etdiyi  dövriliklə  stress-testləşdirmə  və  ya  risklərin  idarə  edilməsi  sahəsində  tətbiq 

olunan digər metodlardan istifadə edilməklə həyata keçirilir. Qiymətləndirmə ən azı 

aşağıdakı elementləri əhatə edir: 

4.4.1.      bütün  mühüm  risklərin  müəyyənləşdirilməsi,  ölçülməsi  və  onların 

bankın məcmu kapitalının adekvatlığına təsirinin qiymətləndirilməsi; 

4.4.2.      bankın  təyin  edilmiş  kapital  adekvatlığı  hədəflərinə  nail  olmasının 

qiymətləndirilməsi; 

4.4.3.      məcmu  kapitalın  qiymətləndirilməsi  sistemində  istifadə  edilən  əsas 

fərziyyələrin həssaslığının və əsaslandırmaların qiymətləndirilməsi; 

4.4.4.      risklər  əsasında  bankın  gələcəkdə  məcmu  kapitala  olan  tələbatının 

qiymətləndirilməsi  və  lazım  gəldikdə  risklərin  idarə  edilməsi  siyasətində  müvafiq 

düzəlişlərin edilməsi zərurətinin müəyyənləşdirilməsi. 

4.5. Məcmu kapitalın adekvatlığını təmin etmək məqsədilə bankda kapitalın və 

müvafiq risklərin idarə edilməsi prosesləri aşağıdakı istiqamətlər üzrə təhlil edilir: 

4.5.1.      fəaliyyətinin  xüsusiyyəti,  həcmi  və  mürəkkəbliyi  nəzərə  alınmaqla 

məcmu kapitalın qiymətləndirilməsi prosesinin səmərəliliyi; 

4.5.2.      məcmu kapitalın əsas risklərin səviyyəsi ilə düzgün əlaqələndirilməsi; 




Yüklə 367,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə