35
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
neft yataqlarına qarşı iddia irəli sürdü və bu məqsədlə 2001-ci ildə İran
təyyarələri Azərbaycan sərhədlərini pozaraq Xəzərdə araşdırma aparan
gəmiləri təhdid etdi. Buna qarşılıq olaraq Türkiyə İrana nota verdi,
45
həmin
ilin avqustun 24-də türk təyyarələrinin Bakı səmasında nümunəvi göstərişini
təşkil etdi və Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargah rəisi,
ordu generalı Hüseyn Kıvrıkoğlu Bakıya səfəri
46
ilə Azərbaycana dəstək
verdi.
Enerji məsələsində İranı Türkiyə və Azərbaycanla rəqabətə itələyən
digər bir məqam enerji ehtiyatlarının daşınması istiqamətində idi. İran
Xəzər hövzəsi enerji ehtiyatlarını öz ərazisindən keçirərək dünya bazarına
çıxarmaqla beynəlxalq münasibətlərdə mövqeyini möhkəmlətmək istəyirdi.
Azərbaycan və Türkiyə buna qarşı çıxdı, BTC və BTƏ nümunəsindən
göründüyü kimi enerji xətləri Türkiyə üzərindən dünya bazarına çıxarıldı.
İranın Azərbaycan və Türkiyə ilə münasibətlərində digər problem bu
ikiliyin İsrail və ABŞ-la əlaqələridir. İran İslam Respublikası ekspertləri
və səlahiyyətli dövlət şəxsləri bu səbəbdən vaxtaşırı Azərbaycanı sionist
rejim olaraq adlandırdıqları İsrailin maraqlarını qoruyan dövlət adlandırır
və İsrail kəşfiyyatının Azərbaycanda İrana qarşı məlumat topladığını iddia
edir. Bu iddiaları gündəliyə gətirən İran rəsmiləri və mətbuatı
Azərbaycan
rəsmilərinə qarşı təhqiramiz açıqlamalar verib. ABŞ-ın Azərbaycanda hərbi
baza qurduğunu və burdan da İranı vura biləcəyini iddia edən İran mətbuatı
Azərbaycandakı dini inanclı insanları hakimiyyətə qarşı istifadə etməyə
çalışıb. Lakin indiyə kimi “MOSSAD Azərbaycanda İrana qarşı fəaliyyət
aparır” və ya “ABŞ Azərbaycanda İrana qarşı hərbi baza qurdu” iddiaları
sübut olunmayıb.
Lakin İran xarici siyasətindəki ikili standartlar hələ də cavabını gözləyən
suallar olaraq qalmaqdadır. İran rəsmiləri işğalçı dövlət adlandırdıqları İsraili
yer üzündən silmə şüarları səsləndirir, lakin digər tərəfdən işğalçı dövlət
olan Ermənistanı iqtisadi cəhətdən dəstəkləyir. Qərb dövlətləri və İsrail ilə
əməkdaşlıq edən Azərbaycanı ittiham etdiyi halda, Qərbin regiondakı əsas
müttəfiqi olan Gürcüstana qarşı eyni iradlarla çıxış etmir.
İranın nüvə proqramı Qərb dövlətləri qədər region dövlətlərini də
narahat edir. Region dövlətləri, o cümlədən Türkiyə və Azərbaycan bu
coğrafiyada İranla rəqib olduqları üçün nüvə proqramının nüvə silahı ilə
nəticələnməsini istəmir. Digər tərəfdən hər iki dövlət İrana qarşı iqtisadi
sanksiyaların tətbiq olunmasına və hərbi müdaxiləyə qarşıdır. İrana qarşı
45
Hürriyet, 13 avqust 2001.
46 http://www.voanews.com/turkish/news/a 17-a-2001-08-22-1-1-87860997.html, 22 avqsut 2001.
36
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
hərbi müdaxilə nəticəsində yaranacaq regional ixtişaşın hər iki dövlətə
sıçrama ehtimalı olduğu kimi, İranda yaşayan milyonlarla türkün müharibə
zamanı Azərbaycan və Türkiyəyə üz tutacaqları da aşkardır. Həm hərbi
müdaxilə, həm də iqtisadi sanksiyalar Azərbaycan və Türkiyənin İranla
iqtisadi münasibətlərinə ciddi zərər verəcək.
Ədalət və İnkişaf Partiyası (AK Parti) hökumətinin İrana qarşı iqtisadi
sanksiyalar və hərbi müdaxiləyə qarşı çıxması İran tərəfindən razılıqla,
ABŞ tərəfindən isə narazılıqla qarşılanır. Türkiyə İranla münasibətlərdəki
etimadsızlığın aradan qalxmasından istifadə edərək, Azərbaycan-İran
münasibətlərinin də düzəlməsinə dəstək verməyə çalışdı. Bu məqsədlə
Əhməd Davudoğlunun təşəbbüsü ilə Azərbaycan və İranın xarici işlər
nazirləri arasında görüş keçirilib. 23 dekabr 2010-cu ildə İstanbulda keçirilən
üçtərəfli görüşdə regional problemlərin dövlətlərin torpaq bütövlüyü
çərçivəsində həlli, terrorizm, mütəşəkkil cinayət və silah, narkotika və insan
alveri daxil olmaqla regional və qlobal səviyyədə müştərək maraq kəsb edən
hadisələrdə xarici işlər nazirləri səviyyəsində birgə məsləhətləşmələrin
davam etdirilməsi və nazirlərin mütəmadi görüşmələrinin davamlı olması
qərara alınıb.
47
2011-ci ildə Yaxın Şərqdə baş verən “Ərəb baharı” Türkiyə-İran
münasibətlərində yeni pərdə açıb. Türkiyə Yaxın Şərq ölkələrində (Misir,
Tunis, Liviya və Suriya) cərəyan edən xalq hərəkatlarına ciddi dəstək
verdi, İran isə ölkələrə görə fərqli mövqe nümayiş etdirir. Xüsusən İranın
regiondakı müttəfiqi Suriyada cərəyan edən hadisələrdə Türkiyə və İran
fərqli mövqelərdən çıxış edir. Bundan başqa, RƏMS-in radarlarının
Türkiyədə İrana yaxın bölgəyə yerləşdirilməsi ikitərəfli münasibətlər üçün
imtahan xarakteri daşıyır.
Ɔ
Türkiyə-Azərbaycan münasibətləri və İsrail
1970-ci illərdən etibarən Yaxın Şərqdə dəyişən vəziyyətə paralel olaraq
Türkiyə-İsrail arasında ittifaq səviyyəsində geniş ikitərəfli əlaqələr yaranıb.
Bu əlaqələr əsasən iki tərəfin təhlükəsizlik və hərbi texnologiya sahəsində
qarşılıqlı ehtiyacından irəli gəlib. 1996-cı ildə bağlanmış bir müqavilə
ilə ikitərəfli münasibətlərdə təhlükəsizlik və hərbi texnologiya sahəsində
əməkdaşlıq rəsmiləşib.
48
Çox geniş hava və quru sahəsi olmadığı üçün
47 http://www.1news.com.tr/azerbaycan/spor/20110417110909741.html, 17 aprel 2011.
48
Mustafa Kibaroğlu, “Turkey and İsrael Strategize”,
Middle East Quarterly, Winter 2002, Volume IX,
Number 1, pp. 61-65.