1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

90
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
ən iri həcmli investisiyası olan bu layihə ölkəyə əlavə gəlirlərin axınını və 
yeni iş yerlərinin açılmasını təmin edəcək. Bundan əlavə, ildə 10 milyon 
ton maye qaza ehtiyac duyan və hazırda bunu idxal edən Türkiyə zavod 
vasitəsilə öz hesabına ölkəni maye qazla təmin etmə gücünə malik olacaq. 
Nəticədə,  Azərbaycan  Türkiyədə  yeni  “downstream”  bazarlarına 
çıxışını  planlaşdırır.  Gürcüstanda  uğurla  yerləşdikdən  sonra  “SOCAR” 
Türkiyənin enerji bazarında istər neft məsulları, istər neft-kimya, istərsə də 
qaz bazarında artan aktiv rola malikdir.
Həm Azərbaycan, həm də Türkiyənin investisiya təcrübəsi hər iki ölkənin 
yeni  iqtisadi  mövqeyini  əks  etdirir.  İqtisadi  təsirini  postsovet  məkanında 
yaymaq uğursuzluğuna düçar olan Türkiyə bu regionda enerji investisiyaları 
mövqeyini proqressiv olaraq məhdudlaşdırır və karbohidrogen istehsal edən 
ölkələrlə əməkdaşlığa üstünlük verir. Bundan əlavə, Azərbaycan iqtisadi və 
siyasi çətinliklərdən sonra sərhədlərindən kənarda, o cümlədən Türkiyədə 
enerji  sektoruna  investisiya  yatırımına  başlayıb.  Vaxtilə  Türkiyədən 
investisiya alan Azərbaycan hazırda bu ölkəyə sərmayə yatırır. Belə cərəyan 
Azərbaycanın  Xəzər-Qara  dəniz  regionunda  enerji  sahəsində  artan  lider 
mövqeyindən irəli gəlir. Bu, həmçinin enerji tərəfdaşlığına əsaslanan yeni 
münasibətlərin təməlini qoyur. 
 
Ɔ
Türkiyə enerji qovşağına çevrilə bilərmi? 
Əvəzsiz  əlverişli  coğrafi  vəziyyəti,  Şərq-Qərb  və  Şimal-Cənub 
dəhlizlərinin  kəsişməsində  yerləşməsi  Türkiyəni  geniş  regionun  enerji 
qovşağına, beynəlxalq leksikonda qəbul olunmuş terminlə desək “hub”ına və 
regionda nəhəng neft, qaz, neft-kimya və neft məhsullarının satış mərkəzinə 
çevirməyə  imkan  verir.  Türkiyə  dünyanın  karbohidrogen  ehtiyatlarının 
70%-nin  cəmləşdiyi  Xəzər  dənizi,  Rusiya,  Yaxın  Şərq  və  Şimali Afrika 
regionlarının neft, ənənəvi və qeyri-ənənəvi qaz resurslarını öz ərazisindən 
nəql etmək gücünə malikdir. Əgər mövcud olan və planlaşdırılan bütün qaz 
boru xətləri işə düşərsə və onların vasitəsilə Türkiyə təbii qazı ərazisindən 
nəql edərsə, nəql olunan qazın həcmi 100 milyard m
3
-ə çata bilər. 
Lakin  sadalanan  geniş  regionun  karbohidrogen  məsullarının  satış 
mərkəzinə  çevrilməklə  yanaşı  Türkiyə  bu  vəzifəni  yerinə  yetirməkdə 
uğursuzluğa da düçar ola bilər. Bunun səbəbini Türkiyənin regionda həyata 
keçirdiyi xarici siyasət, onun enerji-tranzit məsələlərinə və ölkədaxili enerji 
infrastrukturuna  yanaşma  tərzi  və  ümumilikdə,  Türkiyənin  dünyada  bu 
gün  tutduğu  yerə  dair  qeyri-müəyyənlik,  həmçinin  onun  Avropaya  cəlb 


91
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
olunmasındakı  fərqli  vəziyyətdə  görmək  olar.  Bütün  bunlar  onu  deməyə 
əsəs verir ki, Türkiyənin qaz satış mərkəzinə çevrilməsi onun öz əlindədir. 
Bu  məqsədin  əldə  olunması  üçün  Türkiyə  ilk  növbədə  ölkə  daxilində 
bazarın liberallaşdırılması yolunu seçməli və bu istiqamətdə müəyyən işlər 
görməlidir. 
Aydın  məsələdir  ki,  Türkiyə  fiziki  və  coğrafi  olaraq  artıq  enerji 
mərkəzidir. Ölkə ərazisindən keçən nəhəng və ildə 50 milyon ton neft nəql 
edən BTC neft boru kəməri, həmçinin, qaz boru xətləri bunu deməyə əsas 
verir.  Mövcud  qaz  xətləri  vasitəsilə Türkiyə  ölkəsinə  külli  miqdarda  qaz 
idxal  edir:  Tükiyə-İran  boru  xətti  ilə Ankaraya  ildə  10  milyard  m
3
  qaz,  
Bakı-Ərzrum  xətti  ilə  6,6  milyard  m
3
,  “Mavi  axın”  vasitəsilə  Rusiyadan 
ildə 16 milyard m
3,
 həmçinin, Ceyhan limanına Əlcəzair və Nigeriyadan 5,2 
milyard m
3
 maye qaz
12
 idxal olunur. Bundan əlavə, Türkiyə planlaşdırılan 
və qısa müddət ərzində reallaşması gözlənilən Transxəzər boru xətti ilə 16 
milyard m
3
  türkmən qazı, Türkiyə-İraq boru xətti ilə ildə 10 milyard m
3
  
və  Ərəb  qaz  boru  xətti  vasitəsilə  ildə  10  milyard  m
3
  Suriya  qazını  idxal 
edib,  sonradan  Avropa  bazarlarına  nəql  etməyi  planlaşdırır.  Həmçinin, 
Türkiyə üzərindən Azərbaycan qazının Suriyaya nəqli haqda 2010-cu ildə 
memorandum imzalanıb və gələcəkdə 1 milyard m
3
 həcmində qazın ixracı 
nəzərdə tutulur. Bu qaz kəmərinin son qolunun cəkilməsinin 2012-ci ildə 
bitməsi planlaşdırılırdı, lakin “ərəb baharı”ndan sonra, çox güman ki, boru 
kəmərin  istismara  verilməsi  bir  qədər  uzanacaq.  Rəsmi  Ankara  ölkənin 
cənub  və  şimal  limanlarında  maye  qazı  qəbul  etmək  məqsədilə  yenidən 
qazlaşdırma  zavodları  tikir  və  gələcəkdə  bunlardan  maye  qaz  hesabına 
daxili təlabatı ödəmək və qazın tranzitini artırmaq üçün istifadə edəcək. 
Bundan  əlavə,  Türkiyə  İraqın  qaz  yataqlarına  böyük  ümid  bəsləyir 
və  Ərəb  qaz  xətti  vasitəsilə  gələcəkdə  İraqın  şərqində  yerləşən  nəhəng 
“Akkas” yatağından qaz nəql etməyi planlaşdırır. Həmçinin, İraqda yerləşən 
ümidverici  neft  və  qaz  yataqlarının  hasilatı  və  onları  nəqletmə  layihələri 
türk şirkətləri tərəfindən işlənilir. Yeni Çamçamal və Xor-Mor yataqlarının 
Türkiyənin cənub hissəsi ilə birləşdirilməsi haqqında təkliflər artıq ölkənin 
müvafiq hakimiyyət orqanına təqdim olunub və plana görə, Şimali İraqdan 
Türkiyə  qaz  xəttinə  birləşəcək  180  kilometrlik  boru  kəmərinin  tikintisi 
2014-cü ildə sona çatacaq. 
Şübhəsiz,  bütün  bunlar  Türkiyəni  regionda  fenomenal  boru  xətlər 
qovşağına  çevirir.  Lakin  bu  qovşaq  ölkəni  “hub”  adlandırmaq  hüququ 
12   http://www.enerji.gov.tr/index.php?dil=tr&sf=webpages&b=dogalgaz&bn=221&hn=&nm=384&
id=40694 (October 28, 2011)


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə