79
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
Şirkəti ilə “BOTAŞ” İnterneşnal Limitid arasında qaz satışı sazişləri,
ARDNŞ və “BOTAŞ” arasında qaz tranziti sazişi və Azərbaycan mənşəli
qazın Türkiyə ərazisi vasitəsilə tranziti üçün şərt və qaydaları müəyyən
edən çərçivə sazişi daxildir. Sazişlərə uyğun olaraq Türkiyədən tranzit
ya “BOTAŞ”-ın mövcud ötürmə şəbəkəsinin modernləşdirilməsi, ya da
Türkiyə ərazisində yeni bir boru kəmərinin yaradılması yolu ilə həyata
keçiriləcək. Bu sənədlər “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi
üçün və Azərbaycanın Xəzərdəki bu nəhəng qaz yatağından “Mərhələ-2”
qazını Türkiyəyə və Avropa bazarlarına çıxarmaq üçün imkanlar açır.
“Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsi Azərbaycan qazını
Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni
“Cənub qaz dəhlizi” vasitəsilə Avropa bazarlarına qaz təchizatını və
enerji təhlükəsizliyini artıracaq. Layihənin 1-ci mərhələsində hasil olunan
ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz əlavə
ediləcəyi gözlənilir. Bu, dünyada ən böyük qaz işlənməsi layihələrindən
biridir
26
.
Ɔ
Monetar və maliyyə sahəsində əməkdaşlıq
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
uzunmüddətli iqtisadi əməkdaşlıq Proqramı və İcra Planı”na görə,
Azərbaycan və Türkiyə bankları arasındakı əlaqələrin daha da inkişaf
etdirilməsi məqsədilə əməkdaşlıq davam etdiriləcək. Azərbaycanda kapital
bazarı və birjaların inkişafı məqsədilə əməkdaşlıq aparılacaq, bu sahədə
Azərbaycanın ehtiyac duyduğu texniki yardım və mütəxəssisləri imkanlar
çərçivəsində Türkiyə
təmin edəcək
27
.
Ortaq monetar məkanın qurulmasında milli valyutaların rolu
danılmazdır. Yeni türk lirəsi (TRY) yeni Azərbaycan manatı (AZN)
qarşısında son 5 ildə müxtəlif məzmunlu faktorların təsiri ilə dəyişkən
məzənnə sərgiləyib. 2006-cı ilin ortalarına qədər davam edən lirədə
dalğalı ucuzlaşmanı, 2008-ci ilin əvvəllərinə qədər davam edən dalğalı
bahalaşma əvəz edib. 2008-ci ilin əvvəllərindən 2009-cu ilin əvvəllərinə
qədər isə durğunluq və yenidən lirənin manat qarşısında bahalaşması
dönəmi olub. 2009-cu ilin aprelində isə lirə bir qədər bahalaşaraq 1 TRY
= 0.5 AZN həddinə çatıb. Ancaq 2010-2011-ci illər ərzində bu məzənnədə
26 http://socar.az/3889-news-view-az.html
27 http://e-qanun.az/print.php?internal=view&target=1&docid=13851&doctype=0