76
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
Son zamanlar tez-tez səsləndirilən üçüncü ölkələrdə birgə layihələrin
həyata keçirilməsi üçün qeyd etdiyimiz məsələlər vacibdir. Azərbaycan-
Türkiyə İş Adamları Birliyinin üzvü olan Türkiyə sərmayəli şirkətlərdən bir
çoxu ilk zamanlar işə başlarkən peşəkar yerli kadrlar tapa bilmədiklərindən
Türkiyədən ixtisaslı kadrlar gətirməli olurdular. Lakin apardığımız
monitorinq göstərir ki, getdikcə Türkiyədən gələn işçiləri onların yanında
yetişmiş yerli işçilər əvəz etməyə başlayır. Nəticədə şirkətlərdə yerli işçilər
mütləq çoxluğa malik olurlar. Bundan sonra isə həmin şirkətlər Azərbaycan
vətəndaşı olan işçilərindən Türkiyədə, o cümlədən digər ölkələrdə həyata
keçirdikləri layihələrdə də istifadə edirlər. Beləliklə, əməyin sərbəst
hərəkətinin təmin edilməsi ilə üçüncü ölkələrdə birgə layihələrin həyata
keçirilməsi üçün ciddi kadr potensialını formalaşdırmaq mümkündür.
İki ölkənin iş adamları üçüncü ölkələrdə, xüsusilə də keçmiş sovet
respublikalarında birgə ciddi nailiyyətlərə imza ata bilərlər. Azərbaycanla
Türkiyə arasındakı əlaqələr kompleks şəkildə gücləndirilərək, sinerji
yaradılmalı və bu, ölkələrimiz arasında mövcud olan münasibətlərlə yanaşı,
digər ölkələrlə əlaqələrə də töhfə verməlidir.
Beləliklə, Azərbaycan bu prosesdən keyfiyyətli insan resursları axını,
Türkiyə isə işsizlik probleminin müəyyən qədər də olsa yumşalması
faydasını görəcək. Qarşılıqlı viza tələbinin, ümumiyyətlə, ləğv edilməsi
və MDB məkanında tətbiq edilən vizasız rejimin bu halda Türkiyə
vətəndaşlarına tətbiq edilməsi vacibdir. Azərbaycana daxil olarkən cəmi 3
ölkənin vətəndaşları viza haqqı ödəməkdən tamamilə və ya qismən azad
ediliblər ki, bunlar da Türkiyə, Pakistan və Yaponiya vətəndaşlarıdır.
Hazırda Azərbaycanda 11,3 min əmək miqrantı əmək fəaliyyəti ilə
məşğul olur. Əgər 2006-cı ilə kimi Azərbaycan işçi qüvvəsi ixrac edirdisə,
ölkə 2011-ci il iyunun 1-nə təxminən 90 ölkədən miqranta malikdir. Burada
Rusiya, Türkiyə və İran üstünlük təşkil edir
22
.
Ɔ
Enerji daşıyıcılarının ixracı sahəsində əməkdaşlıq
Azərbaycanla Türkiyə arasında 20 illik iqtisadi əməkdaşlıqda enerji
sahəsi xüsusi yer tutur. Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi Ərzurum
neft-qaz ixrac kəmərlərində Türkiyə həm tranzit, həm də layihə iştirakçısı
kimi çıxış edir. BTC-də TPAO-nun payı 6.53%, “Azəri-Çıraq-Günəşli”
22 http://www.apa.az (2011)
77
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
layihəsində 6.75%, “Şahdəniz” layihəsində 9%-dir
23
. Beş il əvvəl - 2006-cı
il iyunun 4-də ilk neft partiyası BTC ilə Azərbaycan, Gürcüstan, Türkiyə
ərazisindən 1.768 km məsafə qət edib, Ceyhan limanına çatdı.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri “Şahdəniz” yatağından hasil edilən
qazın bir hissəsini ( 7,7 mlrd. m
3
) Bakıdan Türkiyənin Ərzurum şəhərinə
nəql etmək üçün tikilib. Uzunluğu 970 km olan, məhsuldarlığı ildə 30
mlrd. m
3
olan kəmər BTC-yə paralel çəkilib. Kəmərin tikintisi 2004-cü
ildə başlayıb və 2006-cı ilin sonunda başa çatıb. Bağlanmış müqaviləyə
müvafiq olaraq Türkiyə 15 il ərzində 91,0 milyard m
3
qaz alacaq
24
. Ərzurum
şəhərindən kəmər Türkiyənin daxili qaz kəmərləri şəbəkəsinə qoşulacaq ki,
bu da Azərbaycan qazının Türkiyənin qərbinə nəql olunaraq Cənubi Avropa
ölkələrinə çıxmasına imkan yaradacaq. Beləliklə, Azərbaycan qazını nəinki
Türkiyəyə, həm də Türkiyə üzərindən Yunanıstana, İtaliyaya, Balkan
yarımadasına və başqa Avropa ölkələrinə ixrac etmək mümkün olacaq.
Eyni zamanda, ARDNŞ Yaxın Şərq bazarına da Türkiyə vasitəsilə
çıxmaq istəyir. Azərbaycan qazının Suriyaya tədarükü 65 km-lik Türkiyə-
Suriya ( Kilis-Hələb) boru kəməri çəkiləndən sonra mümkün olacaq.
Amma Suriyadakı siyasi qeyri-sabitlik layihənin müddətinə təsir edə bilər.
Türkiyənin BOTAŞ şirkəti bu marşrutu gələn il başa çatdırmağı planlaşdırır.
O, Türkiyəni Hələblə birləşdirəcək və ARDNŞ-ə qazını İordaniya və İsrailə
satmaq imkanı verəcək.
Türkiyə və Azərbaycanın əməkdaqlıq edə biləcəyi növbəti layihə
“Nabukko”dur. “Nabukko” layihəsi (“ TAP” və “ITGI” layihələri ilə
paralel) Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə,
Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya
və Avstriyadan Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Bu layihə ildə
31 milyard kubmetr qaz nəqli üçün nəzərdə tutulub ki, bu da 2020-ci
ildə Avropa İttifaqının tələbatının 5%-ə qədərini təşkil edəcək. Layihə
iştirakçıları Avstriyanın “OMV”, Macarıstanın “MOL”, Bolqarıstanın
“Bulgargaz”, Rumıniyanın “Transgaz”, Türkiyənin “BOTAŞ” və
Almaniyanın “RWE” şirkətləridir. Hər birinin layihədə iştirak payı 16,7%-
dir. “Nabucco Gas Pipeline International GmbH” və beş tranzit ölkəsinin
( Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) səlahiyyətli
nazirləri arasında layihəyə dəstək sazişinin imzalanması ilə “Nabukko”
boru kəməri üzrə hüquqi çərçivələr tamamlanıb. Layihəyə artıq imzalanan
23 http://socar.az/btc-az.html (2011)
24 http://socar.az/btc-az.html (2011)
78
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
dəstək sazişləri Nabukko Konsorsiumuna daxil olan şirkətlər və hər bir
tranzit ölkəsinin hökuməti arasında imzalanan ikitərəfli hüquqi sazişlərdir.
Dəstək sazişlərinin əsas elementləri Türkiyə qanunvericiliyi əsasında
Avropa İttifaqının yardımı ilə işlənib hazırlanmış səmərəli tranzit
rejiminin təsdiq olunması, “Nabukko” boru kəmərinin qanunda potensial
dəyişikliklərdən müdafiəsi və layihənin gələcək icrası üçün qanunverici
və inzibati fəaliyyətə dəstəkdən ibarətdir.
İki ölkə arasında qaz sahəsində əməkdaşlığın perspektivləri çox
əhatəlidir. Azərbaycan 2011-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
üçün əlavə vəsait ayırıb. Həmçinin elektrik enerjisi sahəsində əməkdaşlıq,
xüsusən Türkiyə, Gürcüstan və Azərbaycanın elektrik ötürücü xətlərinin
birləşdirilməsi, habelə Türkiyəyə elektrik enerjisi ixracı da rəsmi
gündəmdədir.
Enerji sahəsində iki ölkə arasında uzun müddət müzakirə predmeti olan
təbii qazın nəqli qiymətlərində yeni formul artıq razılaşdırılıb. Bununla
da həm “Şahdəniz” yatağı üzrə 1-ci fazada Türkiyəyə satılmış qazın yeni
qiymətləndirilməsindən sonra həmin ölkənin qaz borcu problemi, həm də
2-ci faza üzrə yeni nəql həcmi və qiyməti problemi xeyli dərəcədə həllini
tapıb. 2010-cu il dekabrın sonunda Türkiyə “Şahdəniz” səhmdarlarına
qaza görə borcunu da ödəməyə başlayıb. 2010-cu ilin iyununda rəsmi
Bakı və Ankara Türkiyə bazarında qazın qiyməti və “Şahdəniz 2” layihəsi
çərçivəsində Azərbaycan qazının həcmi üzrə razılıq əldə edib.
“Şahdəniz”in işlənməsinin 2-ci mərhələsindən Türkiyəyə ildə 6
mlrd. kubmetr və Türkiyədən tranzitlə Avropaya 10 mlrd. kubmetr qaz
göndərilməsi realdır. “Mərhələ 2” layihəsi çərçivəsində boru kəmərinin
tikintisi də daxil $25-30 milyard investisiya qoyulacaq. “Şahdəniz” qazının
əsas alıcısı olan Türkiyə daim alış həcmini azaldır. Əgər 2008-ci ildə bu
ölkə Azərbaycandan 5,3 milyard kubmetr qaz almışdısa, 2009-cu ildə 5,1
milyard kubmetr, ötən il cəmi 4,9 milyard kubmetr qaz alıb. 2011-ci ildə
həmin göstəricinin 4,75 milyard kubmetrə düşəcəyi gözlənilir
25
.
2011-ci ilin oktyabrında iki ölkə arasında Türkiyənin Azərbaycandan qaz
almasına və Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzitinə
imkan verən bir sıra mühüm qaz ixracı sazişləri imzalanıb. Bu sənədlərə
Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hökumətlərarası
saziş, ARDNŞ və “BOTAŞ” arasında, eləcə də Azərbaycan Qaz Təchizatı
25 http://www.milli.az (2011)
Dostları ilə paylaş: |