1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

68
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
min ton reformat, 630 min ton petrokok və s. məhsullar istehsal ediləcəkdir 
ki, bunların da nəticəsində Türkiyənin illik xarici ticarət kəsiri təxminən 2 
milyard dollar azalacaq. Kompleksin inşası zamanı 10 min nəfər, fəaliyyəti 
zamanı  isə  min  nəfər  işçi  çalışacaq.  Kompleksin  tikintisi  nəticəsində 
Petkim  kompleksi  xammalla  təmin  olunmalı,  ARDNŞ  dizel  yanacağı, 
aviasiya kerosini və kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına 
çıxmalıdır. Bütövlükdə, “SOCAR-TURCAS” birgə müəssisəsi “Petkim”ə 
2023-cü ilə qədər 10 milyard dollar sərmayə qoymağı planlaşdırır
12

ATİB-in  fəxri  sədri  Ahmet  Erentok  bu  layihə  ilə  bağlı  bildirib  ki, 
Türkiyə  və  Azərbaycan  arasında  sarsılmaz  qardaşlıq  münasibətlərinin 
simvollarından  olacaq  “STAR”  neft-kimya  kompleksi  ölkələrimiz 
arasındakı  strateji  müttəfiqliyi  daha  da  gücləndirəcək:  “25  oktyabr 
Azərbaycan və Türkiyə üçün tarixi gündür. Azərbaycan nefti artıq xammal 
kimi deyil, əlavə dəyər yaradılaraq yarımfabrikatlar və hazır məhsul kimi 
üçüncü  ölkələrə  ixrac  ediləcək.  Eyni  zamanda,  istehsal  edilən  məhsullar 
Türkiyənin daxili tələbatını ödəməklə yanaşı, idxalı əhəmiyyətli dərəcədə 
azaldacaq.  Həmçinin,  hər  iki  ölkə  iqtisadiyyatlarının  əsas  sektorlarından 
olan  neft-kimya  komplekslərinin  inteqrasiyası  digər  sektorlar  üçün 
multiplikator  effekti  rolunu  oynayaraq  onların  da  inteqrasiyasına  gətirib 
çıxara  bilər.  Hazırkı Avropa  Birliyinin  əsasında Avropa  Kömür  və  Polad 
Birliyi  dayanır.  Azərbaycan  və  Türkiyənin  neft-kimya  komplekslərinin 
inteqrasiyasının  regionda  analoji  nəticəyə  gətirib  çıxaracağı  iddiasından 
uzağam. Amma  bu  inteqrasiya  iki  qardaş  ölkə  iqtisadiyyatlarının  ümumi 
bir vəhdət halında çalışması istiqamətində ciddi addım olacaq. Bir sözlə, 
Türkiyə və Azərbaycanın strateji gücünü artıracaq bu layihə ölkələrimizin 
regiondakı və dünyadakı mövqelərini daha da qüvvətləndirəcək”
13
.
 
Ɔ
Ticarət münasibətləri
Son  on  ildə  iki  ölkə  arasında  mal  dövriyyəsi,  demək  olar  ki,  10  dəfə 
artıb və hazırda ildə 2,5 milyard dollar təşkil edir. 2010-cu ildə Türkiyə və 
Azərbaycan arasında mal dövriyyəsi 12,2 faiz artıb. 2010-cu ildə Azərbaycana 
Türkiyədən 771.2 milyon dollarlıq mal idxal edilib ki, bu da idxal üzrə əsas 
tərəfdaş ölkələr arasında Rusiyadan sonra 2-ci mövqedir. Azərbaycanın əsas 
idxal tərəfdaşları arasında Türkiyənin mövqeyi (Rusiyadan sonra 2-ci yer
son dörd ildə dəyişmədən stabil qalır
14
. 2010-cu ildə Türkiyəyə 170.8 milyon 
dollarlıq mal ixrac olunub
15
. Bu göstəriciyə görə, Türkiyə Azərbaycanın ixrac 
üzrə əsas tərəfdaşları sırasında hətta Tailanddan da geridə qalır. İdxal-ixrac 
12   http://abc.az/news_28_11_2011_59966.html 
13   http://www.atib.az (2011)
14   http://www.azstat.org (2011)
15   http://www.customs.gov.az (2011)


69
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
üzrə Türkiyə və Azərbaycanın rəsmi statistik mənbələri, aşağıdakı cədvəldən 
də göründüyü kimi, fərqli məlumatlar verir.
Azərbaycan-Türkiyə ticarət dövriyyəsinə dair 
hər iki ölkədən statistik göstəricilər
2005
2006
2007
2008
2009
2010
Azərbaycanın rəsmi statistikası əsasında
İxrac (mln.$)
276
388.2
1056.3
626.2
107.6
170.8
İdxal (mln.$)
313
385
624.6
807.1
906.9
771.2
Türkiyənin rəsmi statistikası əsasında
İxrac (mln.$)
272.3
340.5
329.7
928.4
752.8
865.1
İdxal (mln.$)
528.1
695.3
1047.7
1667.5
1400
1551
Mənbə: Azərbaycan Dövlət Satistika Komitəsi; Azərbaycan Dövlət Gömrük Komitəsi; Türkiye İstatisik Kurumu
Tərəflər yaxın illərdə qarşılıqlı mal dövriyyəsini 5 milyard dollara çatdırmağı 
nəzərdə tutur. Türkiyənin Azərbaycana yönəlik ixracatının  85.6 %-i sənaye 
məhsulları, 10.96%-i isə kənd təsərüfatı mallarıdır. Türkiyənin Azərbaycandan 
idxalatında isə 81.9%-i neft və təbii qaz təşkil edir (2009)
16

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
16   http://www.mfa.gov.tr/turkiye-azerbaycan-ekonomik-iliskileri.tr.mfa


70
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
Azərbaycanla  Türkiyə  arasında  ticarət  dövriyyəsi  diaqramından  da 
göründüyü kimi, iki ölkə arasındakı ticarət dövriyyəsinin dinamikası son 5 
ildə əvvəlki dövrlərlə müqayisədə daha yüksək olub. Azərbaycanla Türkiyə 
arasında ticarət dövriyyəsi 1995-ci ildə cəmi 167 milyon dollar, 2000-ci ildə 
234 milyon dollar, 2005-ci ildə isə 589 milyon dollar təşkil edib. Bu ticarət 
dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin müvafiq olaraq 
1995-ci ildə 12.8%-i, 2000-ci ildə 8%-i, 2005-ci ildə isə 7%-ini təşkil edib. 
1995-ci ildə Azərbaycanın idxal əməliyyatlarının beşdə biri (21%-i), 2000-
ci ildə 11%-i, 2005-ci ildə isə 7.4%-i Türkiyə ilə aparılan əməliyyatların 
payına düşüb . 
Qeyd  edək  ki,  son  illər  Azərbaycan  Ümumdünya  Ticarət  Təşkilatına 
üzvlüyü  çərçivəsində  də  Türkiyə  ilə  əməkdaşlığı  uğurla  davam  etdirir. 
Azərbaycan  Milli  Məclisində  müzakirə  edilən  yeni  Gömrük  Məcəlləsinin 
həmmüəllifləri arasında Türkiyə ekspertləri də var. Bu sənəd ölkənin gömrük 
sisteminin və tətbiq edilən gömrük rejimlərinin təkmilləşməsini nəzərdə tutur. 
İndiki mərələdə iki ölkə arasındakı mövcud gömrük qanunvericiliyi, gömrük 
statistikası və gömrük hesabatlarının unifikasiyasına da ehtiyac duyulur. 
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Qarşılıqlı  artan  maraqlar  ölkələrimiz  arasındakı  ticarət  əlaqələrinə  də 
pozitiv  təsir  göstərib.  Azərbaycanın  idxalda  əsas  tərəfdaşlarının  siyahısında 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə